Icma.az
close
up
RU
UNEC ilə Qərbi Makedoniya Universitetinin məzunlarına diplomlar təqdim edilib

UNEC ilə Qərbi Makedoniya Universitetinin məzunlarına diplomlar təqdim edilib

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Qərbi Makedoniya Universitetinin birgə magistr proqramını bitirən növbəti məzunlar üçün təntənəli Məzun Günü keçirilib.
 

Modern.az xəbər verir ki, Yunanıstanda keçirilən Məzun Günündə UNEC rektoru professor Ədalət Muradov, Qərbi Makedoniya Universitetinin rektoru professor Theodoros Theodoulidis, Azərbaycanın Yunanıstanda fövqəladə və səlahiyyətli səfiri Arif Məmmədov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Yunanıstan Parlamentinin üzvü Theofanis Papas, Qərbi Makedoniya qubernatorunun müavini Dimitrious Savvopulos, Kastoria şəhərinin meri İoannis Korentsidis və digər rəsmi şəxslər iştirak ediblər.

Hər iki universitet arasında 8 ildir ki, reallaşdırılan birgə magistr proqramından bu il 67 nəfər məzun olub.
 

Məzun Günündə çıxış edənlər “Neft və qazın menecmenti və nəql edilməsi” üzrə birgə diplom proqramının hər iki ölkə arasında elm, təhsil və sosial əlaqələrin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Avropa İttifaqına üzv olan ölkədə mütəxəssis hazırlığı həyata keçirilməsinin UNEC-in uğuru olmaqla yanaşı, həm də Azərbaycanın ali təhsil xidmətlərinin Avropa İttifaqına ixracının bariz nümunəsi olduğunu diqqətə çatdırıblar.
 

Çıxışlardan sonra məzunların təntənəli andiçmə mərasimi keçirilib.
 

UNEC rektoru professor Ədalət Muradov və Qərbi Makedoniya Universitetinin rektoru professor Theodoros Theodoulids tərəfindən imzalanan birgə diplomlar məzunlara təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri