Icma.az
close
up
RU
UNEC və “Baker Tilly Audit Azərbaycan” arasında əməkdaşlıq memorandumu imzalanıb

UNEC və “Baker Tilly Audit Azərbaycan” arasında əməkdaşlıq memorandumu imzalanıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) biznes sektoru ilə növbəti əməkdaşlığı “Baker Tilly International” şəbəkəsinin Azərbaycandakı nümayəndəsi və ölkənin qabaqcıl audit şirkətlərindən biri olan “Baker Tilly Audit” Azərbaycan QSC ilə həyata keçirilib.

Əməkdaşlıq memorandumunun imzalanması məqsədilə “Baker Tilly Audit Azərbaycan”ın təsisçisi və idarəedici partnyoru Samir Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor, professor Ədalət Muradov universitet - iş dünyası əməkdaşlığında səmərəliliyin artırılmasının vacibliyini vurğulayıb. Rektor UNEC-də biznes sektoru ilə əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən yeniliklərdən də söz açıb. Həmçinin tələbələrin iş dünyasının tələbələrinə uyğun bacarıqlar qazanması məqsədilə tədris prosesində tətbiq edilən yenilikləri diqqətə çatdırıb.

Samir Vəliyev məzunu olduğu universitetlə əməkdaşlıq etməkdən məmnunluğunu bildirərək, UNEC-də son illərdə həyata keçirilən yenilikləri və məzunların iş dünyasına hazırlıq səviyyəsini yüksək qiymətləndirib. Hazırda “Baker Tilly”də çalışanların böyük qismini (46 faiz) UNEC məzunlarının təşkil etdiyini vurğulayan Samir Vəliyev onların biliyi, peşəkarlığı, innovativ yanaşmaları, çalışqanlıqları ilə daim fərqləndiklərini deyib. O, UNEC məzunları ilə bir komandada çalışmağın rahat və effektiv olduğunu qeyd edib.

Görüş zamanı hər iki tərəf yaradılan əməkdaşlığın universitet və iş dünyası üçün faydalı nəticələr verəcəyinə dair əminliklərini ifadə ediblər.

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəddə birgə elmi-praktik fəaliyyətin həyata keçirilməsi, təcrübə mübadiləsi və tələbələrin inkişafına yönəlik müxtəlif layihə və tədbirlərin icrası nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində UNEC-də “Baker Tilly Həftəsi”, “CEO Talks” görüşlərinin təşkili, “Baker Tilly Auditoriyası” və “Baker Tilly” tələbə qrupunun yaradılması planlaşdırılıb. Bundan əlavə, şirkətdə çalışan UNEC məzunlarının tələbələrlə görüşləri və karyera sərgilərində iştirakı da əməkdaşlığın əsas istiqamətləri sırasında yer alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri