Icma.az
close
up
RU
UNEC in ikinci rektoru olmuş Rəşid Qayıbovun xatirəsinə həsr olunan tədbir keçirildi FOTOLAR

UNEC in ikinci rektoru olmuş Rəşid Qayıbovun xatirəsinə həsr olunan tədbir keçirildi FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UNEC-də 1934-1937-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci rektoru olmuş Rəşid Qayıbovun xatirəsinə həsr olunan tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirin açılışında mərhum rektor Rəşid Qayıbovun xatirəsi ehtiramla yad olunub.

UNEC-in rektoru, professor Ədalət Muradov universitetin dəyərləri sırasında onun zəngin tarixinin önəmli yer tutduğunu vurğulayaraq, UNEC-in öz keçmişinə hər zaman sadiq qaldığını və dəyərlərinə hörmətlə yanaşdığını diqqətə çatdırıb. O, bu dəyərlər arasında universitetin tarixində mühüm rol oynamış şəxslərin xüsusi yer tutduğunu, UNEC-in keçmiş rektoru Rəşid Qayıbovun məhz həmin şəxsiyyətlərdən olduğunu diqqətə çatdırıb. Rektor Ədalət Muradov Rəşid Qayıbovun Azərbaycan təhsilinə və elminə verdiyi töhfələri xüsusilə vurğulayaraq, onun millətinə və vətəninə böyük sevgi ilə yanaşan, elitar bir şəxsiyyət olduğunu bildirib. O, UNEC tarixində silinməz izlər qoyaraq, bu tarixin parlaq simalarından biri olan Rəşid Qayıbovun xatirəsinin yad edilməsinin UNEC ailəsinin hər bir üzvünün mənəvi borcu olduğunu deyib.

Sonra Humanitar fənlər kafedrasının professoru Nizami Süleymanov mərhum rektor Rəşid Qayıbovun həyatı və fəaliyyəti ilə bağlı maraqlı faktları iştirakçıların diqqətinə çatdırıb: “Azərbaycanın görkəmli ziyalılarından biri olan Rəşid Qayıbovun həyatı cəsarət və mübarizələrlə dolu bir tarixdir. O, 1922-1926-cı illərdə Q.V. Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb və təhsilini tamamladıqdan sonra müxtəlif vəzifələrdə çalışıb. R.Qayıbovun həyatının ən mühüm dövrlərindən biri 1934-cü ildə baş verib. Həmin il o, Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 1936-cı ildə Sovet Ticarəti İnstitutunun Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutuna birləşdirilməsi ilə Karl Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu yaradılmış və Rəşid Qayıbov yeni yaranmış bu institutun ilk rəhbəri olub. Onun rəhbərliyi dövründə institutda tədris və elmi fəaliyyət yüksək səviyyəyə çatmışdır. Rəşid Qayıbov, eyni zamanda, təəssübkeş azərbaycanlı, qorxmaz və cəsarətli insan kimi tanınmışdır.

Lakin 1937-ci ilin yazında, Sovet hakimiyyətinin həyata keçirdiyi repressiyalar nəticəsində Rəşid Qayıbov vəzifəsindən uzaqlaşdırılaraq, əksinqilabçı və millətçi təşkilatın üzvü olduğu iddiası ilə həbs edilmiş, yalançı ifadələr əsasında təqsirli bilinərək, 1938-ci ilin iyulunda güllələnməyə məhkum edilmiş və həmin gün güllələnmişdir”.

N.Süleymanov Rəşid Qayıbovun həyatının, onun göstərdiyi cəsarət və mübarizənin tarixdə silinməz izlər buraxdığını diqqətə çatdırıb.

Sonra “Humanitar fənlər” kafedrasının müdiri professor Vəkil Həsənov və “Azərbaycan dili” kafedrasının dosenti Günal Səfərli çıxış edərək, sovet repressiyasının tariximizə və xalqımıza vurduğu ağır zərbələrdən söz açıblar. Repressiya qurbanı olmuş Rəşid Qayıbovun Azərbaycan elminin və təhsilinin inkişafındakı rolundan danışıblar. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Mart 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri