Icma.az
close
up
RU
UNEC in rektoru təhsil müddətinin azaldılmasından danışdı Əhəmiyyətli və zəruri...

UNEC in rektoru təhsil müddətinin azaldılmasından danışdı Əhəmiyyətli və zəruri...

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bakalavr təhsilinin 3, magistr təhsilinin isə 1 ilə endirilməsinin müzakirə olunduğu haqqında məlumat oxudum. Təhsilin gələcəyi və gələcəyin təhsili baxımından bu mövzunu kifayət qədər əhəmiyyətli və zəruri hesab edirəm. Eyni zamanda, inanıram ki, yalnız təhsil müddətinin azaldılması ilə təhsilin "sıçrayışlı" inkişaf etməyəcəyini və təhsildə "hər şeyin düzəlməyəcəyini" hamı qəbul edir.

"Bakupost" xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov özünün "Facebook" hesabında paylaşım edib.

Rektor mövzuya aidiyyəti olduğunu nəzərə alaraq oxuduğu bir məlumatı da bölüşüb:

"Söhbət doktorantura təhsilinin müddətinin azaldılmasından gedir. Norveç Biznes Məktəbinin professoru Adrian Furnham hesab edir ki, eksperimental elmlər üzrə PhD proqramını 15–18 ay ərzində uğurla başa çatdırmaq mümkündür. Onun fikrincə, doktoranturanın məqsədi uzun illər davam edən tədqiqat deyil, müstəqil elmi araşdırma aparmaq bacarığını nümayiş etdirməkdir. Müəllif doktorantların ilk semestrlərdən etibarən elmi rəhbərlə birlikdə real tədqiqatlara qoşulmasını, məlumat toplamasını, təhlil aparmasını və nəticələri nüfuzlu elmi jurnallarda dərc etdirməsini tövsiyə edir. O, hesab edir ki, nəşr olunmuş elmi məqalələr uğurlu PhD-nin ən etibarlı göstəricisidir.

Professor Adrian Furnham onun fikrinə qarşı səslənən üç əsas etiraza da cavab verir:

Bu yanaşmanın yalnız psixologiyada mümkün olması fikrini qəbul etmir;

Doktorantların tədqiqatçı kimi işləməsini istismar deyil, ən effektiv öyrənmə üsulu hesab edir;

PhD-nin əsas məqsədinin böyük həcmli əsər yazmaq deyil, tədqiqat səriştəsini sübut etmək olduğunu vurğulayır.

Beləliklə, A. Furnham əmindir ki, PhD-nin keyfiyyəti onun neçə il davam etməsi ilə deyil, doktorantın qazandığı tədqiqat bacarıqları və ortaya qoyduğu elmi nəticələrlə ölçülməlidir. Başqa sözlə, PhD tədqiqat aparmaq bacarığını təsdiqləyən bir sertifikatdır. Düşünməyə dəyər".

"Bütün hallarda, bu kimi aktual məsələlərin müzakirə predmetinə çevrilməsi çox faydalıdır. Əyrini daha təkmil etməyə çalışmağa dəyməz. Həqiqət odur ki, təhsilin gələcəyi və eləcə də gələcəyin təhsilini necə görürük sualı cavabını gözləyir", - Ə. Muradov yazıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Sentyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri