Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

UNEC Naxçıvanda silsilə görüşlər keçirib FOTOLAR

UNEC Naxçıvanda silsilə görüşlər keçirib FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

UNEC-in rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

"Unikal" xəbər verir ki, səfərin ilk günündə UNEC rektoru, professor Ədalət Muradov, millət vəkili Vüqar Rəhimzadə, elm və innovasiya məsələləri üzrə prorektor Rövnəq Rzayev, professor Mahirə Hüseynova, akademik Muxtar İmanov və UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru, dosent Etibar Əliyevin təmsil olunduğu nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşüb. Görüş zamanı UNEC-in elm və təhsilin populyarlaşdırılmasına yönəlmiş təşəbbüsləri barədə ətraflı məlumat verilib. UNEC-in məzunu olan Ceyhun Cəlilov universitetin bu təşəbbüslərini yüksək qiymətləndirib. Görüşdə Prezident İlham Əliyevin Naxçıvanın sosial-iqtisadi və elmi inkişafı ilə bağlı tapşırıqları əsasında fikir mübadiləsi aparılıb.

Təşəbbüslər çərçivəsində növbəti görüş Naxçıvan Dövlət Universitetində (NDU) baş tutub. Nümayəndə heyəti universitetin kampusu, mövcud tədris və elmi infrastrukturu ilə yaxından tanış olub. Ziyarət zamanı Naxçıvan İnnovasiya Mərkəzində həyata keçirilən innovativ layihələr, startap təşəbbüsləri və gənclərin elmi-texnoloji inkişafına yönəlmiş fəaliyyətlər təqdim edilib. Həmçinin Pedaqoji fakültədə fəaliyyət göstərən Texnologiya Mərkəzi, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində yerləşən Biotexnologiya Mərkəzi, eləcə də mövcud laboratoriya imkanları və elmi tədqiqat istiqamətləri barədə məlumat verilib. Səfər çərçivəsində Tibb fakültəsinin Sitologiya və Anatomiya kabinələri, Stomatoloji Simulyasiya Mərkəzi də nümayəndə heyətinə təqdim olunub.

Bundan əlavə, nümayəndələr NDU-nun Tələbə yataqxanası, Qonaq evi və Elmi Kitabxanasını ziyarət edərək, tələbələr və qonaqlar üçün yaradılmış sosial-məişət şəraiti və elmi informasiya resursları ilə tanış olublar.

Səfər çərçivəsində NDU-nun professor-müəllim heyəti ilə görüş də keçirilib. Görüşdə Prezident İlham Əliyevin tövsiyələri əsas götürülərək ana dilinin saflığının qorunması və inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

UNEC rektoru, professor Ədalət Muradov elmin populyarlaşdırılması təşəbbüsünün əhəmiyyətindən və bu istiqamətdə NDU ilə əməkdaşlığın vacibliyindən danışıb. Professor Mahirə Hüseynova və akademik Muxtar İmanov Azərbaycan dilinin elmi və ictimai həyatda rolu ilə bağlı fikirlərini bölüşüblər. UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru, dosent Etibar Əliyev isə elmin populyarlaşdırılması sahəsində beynəlxalq təcrübə barədə məlumat verib.

Görüş zamanı ali təhsil müəssisələri arasında elmi əməkdaşlıq, innovasiya yönümlü layihələrin birgə icrası və akademik mübadilə imkanları müzakirə edilib. Tədbirin sonunda UNEC və NDU arasında Əməkdaşlığa dair Memorandum imzalanıb.

Səfər çərçivəsində nümayəndə heyəti NDU nəzdində fəaliyyət göstərən Beynəlxalq Məktəbin şagirdləri ilə də görüş keçirib. Görüşün əsas məqsədi məktəblilər arasında elmi düşüncəni təşviq etmək və gəncləri erkən yaşlardan tədqiqatçılığa həvəsləndirmək olub. Çıxış edənlər vurğulayıblar ki, elm uzaq və mürəkkəb bir sahə deyil, gündəlik həyatın ayrılmaz hissəsidir.

Rektor Ədalət Muradov gənclərə müraciət edərək elmlə məşğul olmağın yaş həddi tanımadığını və hər bir gəncin elmə töhfə verə biləcəyini bildirib.

Görüşdən sonra qonaqlar Beynəlxalq Məktəbin infrastrukturu ilə tanış olublar, şagirdlərin laboratoriyalarda apardıqları təcrübələri izləyiblər. Gənc tədqiqatçıların elmi marağı və hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.

Tədbirin sonunda UNEC tərəfindən məktəbin kitabxanasına elmi-kütləvi və maarifləndirici ədəbiyyatlar hədiyyə edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Fevral 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri