UNEC Startap İnkubasiya Mərkəzi Qlobal İnnovasiya İnstitutunun Akkreditasiyasını qazanıb
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Startap İnkubasiya Mərkəzi innovasiyalar sahəsində dünyanın aparıcı sertifikatlaşdırma qurumu olan Qlobal İnnovasiya İnstitutu (GInI) tərəfindən rəsmi olaraq akkreditasiyadan keçib.
525.az xəbər verir ki, bu nüfuzlu tanınma mərkəzin GInI-nin Akkreditə Olunmuş Biznes İnkubatoru (Accredited Business Incubator – ABI) statusuna layiq görüldüyünü təsdiqləyir. Belə akkreditasiya ən yüksək beynəlxalq standartlara cavab verən inkubatorlara təqdim olunur.
GInI-nin standartları bir inkubatorun idarəetmə, innovasiya ekosisteminə inteqrasiya, resursların səfərbərliyi və nəticəyönümlü fəaliyyət kimi bir sıra kritik sahələrdəki bacarıqlarını qiymətləndirən tələbkar çərçivə ilə tanınır. Akkreditasiya prosesində UNEC Startap İnkubasiya Mərkəzi dünya səviyyəli idarəetmə təcrübələri, güclü ekosistem əlaqələri, geniş icma resursları və müasir infrastruktur imkanları ilə yüksək performans nümayiş etdirib.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 16 Oktyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















