UNEC tələbələri “Robotex International 2025” yarışında ölkədə 1 ci, dünyada 5 ci olublar FOTO
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Estoniya Respublikasının paytaxtı Tallin şəhərində keçirilən “Robotex International 2025” beynəlxalq robot texnologiyaları yarışmasının final mərhələsində Azərbaycanı təmsil edən UNEC tələbələri böyük uğura imza atıblar.
Final mərhələsində 32 ölkədən 921 komandanın qatıldığı gərgin və rəqabətli yarışda UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələrindən ibarət “UNECode” komandası “Stoneridge Entrepreneurship Challenge” kateqoriyası üzrə 56 komanda ilə mübarizə aparıb. İnnovativ yanaşma və peşəkar bacarıqları ilə fərqlənməyi bacaran UNEC tələbələri dünyada 5-ci, region və Azərbaycanda isə 1-ci olublar.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışda iştirak edən “UNECode” komandasında Rəqəmsal İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbələri Aşurbəy Məmmədzadə, Əli Səfərli, Məhəmməd Mərdanov, Zahid Təzəxanov və Tofiq Əliyev təmsil olunublar.
Baxış sayı:88
Bu xəbər 17 Dekabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















