Icma.az
close
up
RU
UNEC və Təhsil Nazirliyi arasında QALMAQAL: Əziyyət çəkən və diplom ala bilməyənlər isə tələbələrdir… Nə baş verir? KONKRET

UNEC və Təhsil Nazirliyi arasında QALMAQAL: Əziyyət çəkən və diplom ala bilməyənlər isə tələbələrdir… Nə baş verir? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UNEC-in Dərbənd Filialının 2023–2024-cü il məzunları diplom problemi ilə üzləşiblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023–2024-cü tədris ilini uğurla başa vuran 70 nəfər bakalavr məzunu diplom sənədi ilə təmin olunmayıb. Bu məsələ ilə bağlı bir qrup məzun və valideyn tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə rəsmi müraciət ünvanlanıb.

KONKRET.az xəbər verir ki, UNEC-in Dərbənd filialı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə təsis olunub və 2022-ci ilə qədər məzunlar diplomlarla təmin ediliblər. Lakin 2023–2024-cü tədris ilinin məzunları hazırda diplom almadıqlarına görə təhsillərini magistratura səviyyəsində davam etdirə və ya əmək bazarına daxil ola bilmirlər.

Valideynlərin sözlərinə görə, övladları UNEC-in əsas strukturuna rəsmi əmrlə köçürülüb, tədris proqramını tam yerinə yetirib və yekun dövlət attestasiyasından müvəffəq qiymətlərlə keçərək məzun olublar. Universitet tərəfindən təqdim olunan məzunluq arayışı və diplom verilməsi haqqında əmrə baxmayaraq, Elm və Təhsil Nazirliyi tərəfindən diplom blanklarının təqdim edilməməsi bu gənclərin hüquqlarının pozulmasına səbəb olub.

Müraciətdə həmçinin qeyd olunur ki, diplom sənədinin olmaması səbəbindən bəzi məzunlar magistraturaya qəbul imtahanını uğurla versələr də, qəbul olunmayıblar və ödənişlərini də itiriblər. Eyni zamanda, oğlan məzunlar hərbi xidmətə sənədsiz yollandıqları üçün 1 il əvəzinə 1 il 6 ay xidmət etməyə məcbur qalıblar.

Qanuni şəkildə təhsil alan, məzunluq statusu verilən tələbələrin diplom probleminin hələ də həll edilməməsi ilə bağlı valideynlər tərəfindən aidiyyəti qurumlara dəfələrlə müraciət olunub. Lakin məsuliyyət Elm və Təhsil Nazirliyi ilə UNEC arasında qarşılıqlı şəkildə ötürülməkdədir.
Məzunlar və onların valideynləri bu problemin ədalətli şəkildə həll ediləcəyinə, tələbələrin hüquqlarının bərpa olunacağına və diplomların alınacağına ümidvar olduqlarını bildirirlər.

UNEC tələbəsi Nilufər Kərimbəylinin anası Ləman Kərimbəyli deyir ki, qızı 2020ci ildə pandemiya zamanı İqtisad Universitetinin Dərbənd filialına qiyabi daxil olub. Lakin 6 aydan sonra UNEC-in Bakı filialına daxili qaydalara uyğun şəkildə köçürülüb və təhsil ocağını 2024-cü ildə fərqlənmə ilə bitirib. Bu illər ərzində nə kəsiri, nə də qayıbı olub. Əksinə, əlaçı təqaüdü alıb. Buna baxmayaraq heç bir əsas göstərilmədən Elm və Təhsil Nazirliyi UNEC-ə diplomların blankını vermir.

Problemlə bağlı öncə UNEC-ə müraciət etdik. Təhsil müəssisəsindən KONKRET.az-a verilən açıqlamada bildirildi ki, UNEC-in Dərbənd filialından normativ tədris müddətini uğurla bitirmiş tələbələrin məzun olduqları barədə əmrləri universitet tərəfindən verilib. Məzun olmuş tələbələrə diplom blanklarının verilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə lazımi sənədlər təqdim edilib. Nazirliklə mütəmadi olaraq əlaqə saxlanılsa da, bugünə qədər diplom blankları universitetə təqdim olunmayıb. Blanklar universitetə təqdim olunan andan məzunlara diplomlar veriləcək. Məlumat üçün bildiririk ki, UNEC-in Dərbənd filialı “Rosobrnadzor”un lisenziyası əsasında fəaliyyət göstərir və ona görə də tələbə qəbulu DİM tərəfindən deyil, Rusiya Federasiyası qaydalarına uyğun aparılır.

Problemi yaradan tərəf kimi göstərilən ELM və Təhsil Nazirliyindən saytımıza bildirildi ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən tələbənin qəbulu, təhsil prosesi və digər məsələlər araşdırılır və qeyd olunan məqamlar qanunvericiliyin tələblərinə uyğun olduğu halda diplom blankları təqdim edilir. Qanunvericiliyin tələblərinə uyğun olmayan hallar aşkar edildiyi və Elm və Təhsil Nazirliyi tərəfindən müsbət rəy verilmədiyi hallarda diplom blanklarının təqdim olunması mümkün deyil.

Beləliklə, tərəflər bir-birilərini günahlandırır. Ortada qalan, hüququ pozulan və illəri hədər gedən isə min bir zülmlə təhsil almağa çalışan tələbələrdir. Hansı ki, bu tələbələr bizim gənclərimiz və gələcəyimizdir. Onların bürokratik əngəllərə görə, diplomlarından məhrum edilməsi ölkənin təhsil sisteminə və gələcəyinə zərbə kimi dəyərləndirilməli və problem qısa zaman ərzində həllini tapmalıdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 May 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri