UNEC Voleybol komandası iddialıdır
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gündən Azərbaycanda qadın voleybolçular arasında Yüksək Liqanın 2025–2026-cı illər mövsümünə start verilib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu mövsümdə qadın voleybol komandası ilə Yüksək Liqada təmsil olunur. Dünyanın aparıcı universitetlərinin idman təcrübəsini nəzərə alaraq, UNEC universitet idmanı sahəsində də qlobal arenada öz mövqeyini möhkəmləndirmək niyyətindədir.
Yeni mövsümə ciddi hazırlıqla başlayan UNEC Voleybol Komandası heyətini gücləndirib. Belə ki, komandaya ABŞ-dan üç, Ukrayna, Belarus və Bolqarıstanın hər birindən bir legioner idmançı dəvət olunub.
Komandanın baş məşqçiliyi isə təcrübəli italiyalı məşqçi Covanni Torçioya həvalə edilib.
XQ

Naxçıvanın voleybol komandası ölkə çempionu olub
02 İyun 2025 18:33
FHNin voleybol komandası ölkə kubokunun qalibi OLDU
04 Noyabr 2024 19:31
FHNin voleybol komandası ölkə kubokunun qalibi olub
04 Noyabr 2024 19:19
FHNin voleybol komandası ölkə kubokunun qalibi oldu
04 Noyabr 2024 19:14
FHNin voleybol komandası ölkə kubokunda qələbə qazanıb
04 Noyabr 2024 19:09

