Icma.az
close
up
RU
UNECdə keçirilən CASI Davamlı Maliyyə Forumu uğurla başa çatıb FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet

UNECdə keçirilən CASI Davamlı Maliyyə Forumu uğurla başa çatıb FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 15-də UNEC-də təşkil olunan CASI Davamlı Maliyyə Forumu uğurla başa çatıb. CASI, UNEC və Azərbaycan COP29-un Davamlılıq üzrə Yüksək Səviyyəli Çempionu tərəfindən təşkil olunmuş forumda dövlət qurumları, maliyyə institutları və özəl sektordan 200-ə yaxın iştirakçı bir araya gəlib.

 Forumun əsas məruzəçiləri arasında CASI və Maliyyə və Davamlı İnkişaf İnstitutunun (IFS) sədri Ma Jun, UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Hüseyn Həsənov, BMT-nin sabiq icraçı direktoru Erik Solheim, Azərbaycan Mərkəzi Bankının icraçı direktoru Şahin Mahmudzadə və BMT-nin Məsul İnvestisiya Prinsipləri təşkilatının (UNPRI) icraçı direktoru David Atkin yer alıb. COP29 kontekstində təşkil edilən forumda məruzəçilər davamlı maliyyə, karbon qiymətləndirməsi və yaşıl maliyyələşmə strategiyaları üzrə təcrübə və perspektivlərini auditoriya ilə bölüşüblər. Həmçinin inkişaf etməkdə olan ölkələrin davamlı inkişafa keçidini dəstəkləyəcək yaşıl maliyyələşdirmə mexanizmlərinə xüsusi diqqət ayırıblar. Forumda bildirilib ki, neft və qaz ixracatçısı kimi tanınan Azərbaycanda iqlim dəyişikliyinin yaratdığı risklər fonunda iqtisadiyyatın diversifikasiyası istiqamətində mühüm addımlar atılmaqdadır. Ölkə 2035-ci ilə qədər istixana qazı emissiyalarını 40%, 2050-ci ilə qədər isə 70% azaltmağı qarşısına məqsəd qoyub. Bu məqsədə nail olmaq üçün Azərbaycan Mərkəzi Bankı 2022-2025-ci illəri əhatə edən Davamlı Maliyyə Fəaliyyət Planını həyata keçirir. Forum çərçivəsində davamlı inkişaf üzrə qlobal çağırışlar, yerli və regional səviyyədəki imkanlar barədə geniş müzakirələr aparılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Noyabr 2024 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri