Icma.az
close
up
RU
UNECdə yerinə yetirilməyən təmir işlərinə görə pullar ödənildiyi üzə çıxıb

UNECdə yerinə yetirilməyən təmir işlərinə görə pullar ödənildiyi üzə çıxıb

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hesablama Palatası 2024-cü il üçün iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kənar dövlət maliyyə nəzarəti tədbiri həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə Palata məlumat yayıb.

Məlumata görə, audit 2022-2023-cü illərdə, eləcə də 2024-cü ilin I rübündə dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb.

Auditin əhatə etdiyi dövrün əvvəlinə əsasən təhsil və büdcə illərinin üst-üstə düşməməsi səbəbindən UNEC-in 13 milyon 263 min manat qalıq vəsaiti mövcud olub. 2022-2023-cü illərdə və 2024-cü ilin I rübündə müxtəlif mənbələrdən ümumilikdə 119 milyon 221,2 min manat vəsait daxil olub və 125 milyon 86,4 min manat məxaric edilib. UNEC-in 2023-cü ildə 2022-ci illə müqayisədə gəlirlərində müşahidə edilən 7,8 %-lik artım dövlət sifarişi üzrə təhsilin maliyyələşməsinə ayrılan vəsaitin 10,2 %-i və digər gəlirlərin 2,3 dəfə artımı hesabına formalaşıb. Eyni zamanda, UNEC-in gəlirlərindən Elm və Təhsil Nazirliyinin müvafiq əmrləri ilə 2022-ci ildə 1 milyon 653 min manat, 2023-cü ildə 1 milyon 100 min manat vəsait təhsil işçilərinin və Nazirlik əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Təhsilin İnkişafı Fonduna ayrılıb. 2024-cü ildə isə yalnız Nazirlik işçilərinin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə 991 min manat vəsait həmin fonda köçürülüb.

Auditin əhatə etdiyi dövrün sonunda UNEC-də 1 646 nəfər əməkdaş çalışıb ki, onların 792 nəfərini inzibati heyət, 854 nəfərini isə professor-müəllim heyəti təşkil edib. Professor-müəllim heyətinin tərkibində əvəzçilərin sayı 185 nəfər olub. Mövcud dərs yükünün təmin edilməsi məqsədilə UNEC-də çalışan 109 əməkdaşla yanaşı kənardan 380 nəfər saathesabı əsaslarla cəlb edilib. 2023-cü ilin sonuna bakalavr, magistr, doktorant və dissertantların sayı müvafiq olaraq 15 060 nəfər, 4 863 nəfər, 191 nəfər və 7 nəfər təşkil edib.

Auditlə müəyyən edilib ki, UNEC-in Nizamnaməsində nəzərdə tutulmasına baxmayaraq, Elm və Təhsil Nazirliyi Himayəçilər Şurası yaratmayıb. Bu səbəbdən, Nizamnamə ilə Himayəçilər Şurasına aid edilən vəzifələri UNEC-in müxtəlif rəhbər və məsul əməkdaşları icra edib. Həmçinin Nizamnamənin tələbinə əsasən UNEC-in strukturu təsisçi tərəfindən təsdiq edilməli olsa da, bu fəaliyyət auditlə əhatə olunan illərdə həyata keçirilməyib. UNEC-in ştat cədvəlləri rektor tərəfindən təsdiq olunub. Himayəçilər Şurasının yaradılmaması "Elmi-Metodiki Şuranın Əsasnaməsi"nin də UNEC-in Elmi Şurası tərəfindən təsdiqlənməsi ilə nəticələnib, audit dövründə kənar auditor təyin edilməyib və daxili auditin fəaliyyətinə UNEC rəhbərliyi nəzarət edib.

Audit zamanı müəyyən edilib ki, UNEC-in sosial xərcləri böyük həcmdə olub və bu vəsaitlər hüquqi aktlara uyğun şəkildə istifadə edilsə də, icra prosesində bəzi nöqsanlara yol verilib. Bu nöqsanlar ümumi maliyyə fəaliyyətinə ciddi təsir göstərməyib. Lakin ödənişli təhsil üzrə bağlanmış müqavilələrlə müəyyən edilmiş öhdəliklərə tam nəzarət olunmaması və kredit haqlarının tam yığılmaması təhsil haqqı üzrə debitor borcların artımına səbəb olub. Dövlət sifarişi əsasında maliyyələşmə müvəqqəti dayandırılmalı olduğu halda akademik məzuniyyətdə olan tələbələrin təhsil xərcinə görə UNEC-in hesabında 52 halda cəmi 32,3 min manat vəsait qalıb. Auditlə müəyyən edilib ki, UNEC-dən xaric edilmiş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla tələbələr yerləşdirilməyib və nəticədə 2022-ci ildə 71 halda 49,9 min manat, 2023-cü ildə isə 75 halda 57,6 min manat, ümumilikdə 146 halda 107,5 min manat dövlət vəsaiti büdcəyə qaytarılmayıb.

Təqaüdlərin maliyyələşdirilməsi məqsədilə ümumilikdə 27 milyon 540,9 min manat vəsait icra edilib. Təqaüdlərin bəzi hallarda düzgün hesablanmaması və kiçik məbləğlərdə səhvlər edilməsinə baxmayaraq, bu hallar vəsaitlərin icrasına ciddi təsir göstərməyib. Audit zamanı həmçinin müəyyən edilib ki, UNEC-in voleybol komandasının oyunçuları və fizioterapevti ilə bağlanmış xidmət müqavilələri əsasında onlara aylıq haqq ödənilib, həmçinin idmançılara məşqlər və oyunlarda iştirak üçün bütün xərclərin qarşılandığı məlum olub. UNEC-in ərazisində fəaliyyət göstərən 3 nömrəli Tələbə Poliklinikasına UNEC-in strukturuna daxil olmadığı halda vəsait ayrıldığı da aşkarlanıb.

Təmir işlərinin icrası zamanı təşkil olunan nəzarətin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilməyən işlərə görə əlavə ödənişlər edilib. Quba tədris mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6 %-i, tədris binalarının əsaslı təmiri üzrə 1,6 %-i və cari təmir üzrə 8,8 %-i qədər artıq vəsait icra edilib. Satınalmalar zamanı bir mənbədən alınan xidmətlərin ümumi həcmi 2022-ci ildə 8,6 %, 2023-cü ildə isə 18,7 % təşkil edib ki, bu da beynəlxalq təcrübələrlə müqayisədə məqbul sayılmayan yüksək göstəricidir. Satınalmaların müsabiqəsiz aparılması və bəzi hallarda müqavilə şərtlərinin hüquqi tələblərə uyğun şəkildə dəyişdirilməsi də audit zamanı aşkarlanan nöqsanlardan olub.

Hesablama Palatasının Kollegiyası UNEC-ə aşkarlanan nöqsanların aradan qaldırılması məqsədilə dövlət büdcəsindən artıq ödənilmiş vəsaitin geri qaytarılması, təmir işlərində artıq icra edilmiş məbləğlərin bərpası və daxili nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyələr verib.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Yanvar 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri