Icma.az
close
up
RU
UNECin sertifikat təlimləri uğurla yekunlaşıb AZƏRTAC

UNECin sertifikat təlimləri uğurla yekunlaşıb AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları üçün təşkil etdiyi “Təlimçilər üçün Təlim” (TOT) proqramını başa vurmuş şəxslərlə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib. Tədbirdə rektor Ədalət Muradov ETSN-in təklifi ilə nazirliyin əməkdaşlarının liderlik qabiliyyətlərini və yumşaq bacarıqlarını inkişaf etdirmək məqsədilə UNEC-də təşkil edilmiş “Liderlik mini MBA” və “Təlimçilər üçün Təlim” sertifikat proqramlarının uğurla nəticələndiyini diqqətə çatdırıb. Ədalət Muradov təlimlərin UNEC-də təşkil olunmasını ETSN tərəfindən bu ali təhsil müəssisəsinin təlim xidmətlərinə göstərilən yüksək etimad kimi dəyərləndirib.

Rektor sürətlə dəyişən dünyada universitetlərin bu dəyişikliyə çevik cavab verməsi üçün sertifikat proqramlarının əhəmiyyətinə diqqət çəkib: “Qəbul edirik ki, müasir universitet modeli ciddi çağırışlarla üz-üzədir. Həyat sürətlə dəyişir, lakin universitetlərin bu dəyişikliklərin sürətinə uyğunlaşmasında problemlər mövcuddur. İnsanlar daim ixtisaslarını artırmalı, yeni ixtisaslara yiyələnməlidirlər. Çıxış yollarından biri hazırda dünyada vüsət almış ömürboyu təhsilin təşkilidir. Sertifikatların işəgötürənlər tərəfindən qəbul edilməsi də ömürboyu təhsilin inkişafına və təhsil xidmətləri bazarının formalaşmasına müsbət təsir göstərə bilər. Bu baxımdan sertifikatı verən təşkilatların akkreditasiyasının təşkili də həllini gözləyən məsələlərdəndir. UNEC olaraq belə bir akkreditasiya mərkəzinin yaradılması və onun beynəlxalq akkreditasiyadan keçirilməsini təmin etməyə hazırıq”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov sertifikat proqramlarının yeni bilik və bacarıqlara çevik yiyələnmək istiqamətində alternativsiz olduğunu diqqətə çatdırıb, UNEC-də bu işlərin yüksək səviyyədə qurulduğunu bildirib. O, ETSN-in Təlimlərlə bağlı İnkişaf Strategiyasında UNEC-in ən yaxın partnyor olduğunu diqqətə çatdırıb.

Sonra rektor Ədalət Muradov və nazir müavini Vüqar Kərimov təlimi uğurla bitirmiş əməkdaşlara sertifikatlar təqdim ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri