Icma.az
close
up
RU
“Bakıdan Belemə: İqlim Dəyişmələrinə Uyğunlaşma Əzmini Danışıqlardan Fəaliyyətə Daşımaq” mövzusunda tədbir keçirilib

“Bakıdan Belemə: İqlim Dəyişmələrinə Uyğunlaşma Əzmini Danışıqlardan Fəaliyyətə Daşımaq” mövzusunda tədbir keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bonn, 21 iyun, AZƏRTAC

Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı çərçivəsində “Bakıdan Belemə: İqlim Dəyişmələrinə Uyğunlaşma Əzmini Danışıqlardan Fəaliyyətə Daşımaq” adlı yüksəksəviyyəli tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, COP29 və gələcək COP30 Sədrliyi tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionları və UNFCCC ilə tərəfdaşlıq çərçivəsində təşkil edilən tədbirdə uyğunlaşma məsələlərinin diqqət mərkəzində saxlanılması və bu sahədə fəaliyyətlərin sürətləndirilməsi müzakirə olunub.

Tədbirdə çıxış edən COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişikliyinin təsirləri artıq dünyada ciddi hiss olunur və bu təsirlər inkişaf səviyyəsindən asılı olaraq ölkələrə qeyri-bərabər formada təsir edir. 2025-ci ilin artıq bir sıra hadisələrlə yadda qaldığı, o cümlədən Yaponiyada və Kaliforniyada misli görünməmiş meşə yanğınlarının baş verdiyi, Mərkəzi Afrikada isə quraqlıqların kənd təsərrüfatı və insan həyatı üçün ciddi təhlükə yaratdığı qeyd olunub.

Yalçın Rəfiyev qeyd edib ki, COP29 çərçivəsində uyğunlaşma sahəsində mühüm addımlar atılıb. Belə ki, Qlobal Uyğunlaşma Məqsədinə nail olmaq istiqamətində Bakı Uyğunlaşma Yol Xəritəsi qəbul edilib, hər il keçiriləcək Bakı Yüksək Səviyyəli Uyğunlaşma Dialoqu təsis olunub, uyğunlaşma daimi gündəlik məsələsi kimi təsdiqlənib, eləcə də BƏƏ–Belem İş Proqramı çərçivəsində göstəricilər üzrə irəliləyiş əldə olunub. Bundan əlavə, uyğunlaşma və iqlim maliyyəsi sahəsində 300 milyard dollarlıq yeni maliyyə hədəfi razılaşdırılıb.

COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai çıxışında bildirib ki, Paris Sazişindən ötən 10 ildə mühüm irəliləyişlər əldə olunsa da, daha çox iş görülməlidir və artıq vədlərdən əməli fəaliyyətə keçid zamanı çatıb. O vurğulayıb ki, COP29-un Fəaliyyət Gündəliyi məhz bu keçidi sürətləndirməyi hədəfləyib.

Nigar Arpadarai diqqətə çatdırıb ki, COP29 zamanı iqlim, sülh, enerji, su, təhsil, səhiyyə, rəqəmsallaşma, insan inkişafı və maliyyə sahələrini əhatə edən 14 qlobal təşəbbüs həyata keçirilib. “Race to Zero” və “Race to Resilience” kimi beynəlxalq kampaniyaların nəticəvermə mərhələsinə keçdiyi, təchizat zəncirindəki emissiyaların azaldılması nəticəsində 2023-cü ildə 13,6 milyard dollar qənaət edildiyi, eləcə də, 500 milyon həssas insanın dayanıqlığının artırıldığı qeyd olunub.

Nigar Arpadarai xüsusilə kiçik və orta biznes sahibkarlığın (KOB) yaşıl keçiddəki rolunu vurğulayıb. O bildirib ki, KOB-lar dünya üzrə məşğulluğun 90 faizini, ÜDM-in isə 40 faizini təşkil edir və ədalətli keçid üçün mühüm rol oynayır. “İqlimə Davamlı KOB-lar” təşəbbüsü hazırda 100 ölkədə 90 milyon KOB-a dəstək göstərir və COP29-da əldə olunan maliyyə vəsaitlərinin bu sektora çatmasını təmin etməyə yönəlib.

Tədbirdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyində Uyğunlaşma Proqramının Meneceri Olga Pilifosova, Braziliyanın iqlim dəyişikliyi üzrə katibi, COP30-un icraçı direktoru Ana Toni, COP30-un İqlim üzrə yüksəksəviyyəli çempionu Den Yoşpe,COP30-un gənc iqlim çempionu Marsele Oliveyra və digərləri çıxış ediblər.

Tədbir iştirakçıları COP30-a qədər bu sahədə birgə əməkdaşlığın və konkret nəticələrə yönəlmiş yanaşmanın vacibliyini vurğulayıblar. COP30 Sədrliyinin uyğunlaşmanı gündəmin mərkəzinə çəkmək istiqamətində səyləri alqışlanıb və iqlim dəyişikliyinə qarşı qlobal fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Vurğulanıb ki, Azərbaycanın sədrliyi ilə keçirilən COP29 BMT İqlim Dəyişikliyi Konfransı çərçivəsində iqlimə uyğunlaşma (adaptasiya) və emissiyaların azaldılması (mitiqasiya) istiqamətində mühüm qərarlar qəbul olunub. Tərəflər iqlim dəyişikliyinin təsirlərinə qarşı dayanıqlılığı artırmaq və qlobal istiləşmənin qarşısını almaq məqsədilə bir sıra yeni təşəbbüslərə və maliyyə mexanizmlərinə razılıq veriblər. Tədbirdə qəbul olunan “Bakı Uyğunlaşma Yol Xəritəsi” uyğunlaşma sahəsində fəaliyyətlərin koordinasiyası, planlaşdırılması və monitorinqi üçün strateji çərçivə təqdim edir. Yol xəritəsi Qlobal Uyğunlaşma Məqsədinə (GGA) çatmaq üçün konkret addımları əhatə edir və bu sənədin COP30 çərçivəsində icra mərhələsinə keçidi planlaşdırılır. Eyni zamanda, “Bakı Yüksək Səviyyəli Uyğunlaşma Dialoqu” təsis edilib. Bu təşəbbüs hər il CMA sessiyaları çərçivəsində keçiriləcək və uyğunlaşma mövzusunun BMT İqlim Dəyişikliyi gündəliyində daimi yer tutmasını təmin edəcək. COP29-da uyğunlaşma məsələsinin rəsmi olaraq daimi gündəlik mövzu kimi tanınması da bu sahəyə göstərilən yüksək siyasi diqqətin təzahürüdür. Uyğunlaşma üzrə göstəricilərin müəyyənləşdirilməsi istiqamətində BƏƏ–Beləm İş Proqramı çərçivəsində ekspertlər arasında razılaşmalar əldə olunub. Bu göstəricilər uyğunlaşma tədbirlərinin effektivliyini ölçmək üçün əsas vasitə olacaq. COP29-un əsas maliyyə nailiyyətlərindən biri, uyğunlaşma və mitiqasiya məqsədləri üçün 300 milyard Amerika Birləşmiş Ştatları dolları həcmində yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması olub. Bu vəsait inkişaf etməkdə olan ölkələrdə həm emissiyaların azaldılmasına, həm də iqlimə uyğunlaşmaya dəstək üçün nəzərdə tutulur. Bakı konfransında mitiqasiya sahəsində də əhəmiyyətli addımlar atılıb. Sədrliyin təşəbbüsü ilə elan olunan 1,3 trilyon dollarlıq könüllü maliyyə hədəfi, özəl sektorun və investorların iqlim məqsədlərinə yönəlik daha fəal iştirakı üçün güclü siqnal hesab olunur. COP29-un nəticələri, Paris Sazişindən irəli gələn məqsədlərə çatmaq üçün tərəflərin siyasi öhdəliyini və birgə fəaliyyət ruhunu nümayiş etdirir.

Tərəflər COP30-da bu nəticələr əsasında konkret icra mexanizmlərinə keçidə hazır olduqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see225

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see167

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see162

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see161

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see147

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see143

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see141

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see133

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see132

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see131

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Lopeslə Afflekin uğursuz malikanəsi : Milyonlarla dollara dəyəri var, amma...

20 Sentyabr 2025 22:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri