Icma.az
close
up
RU
UNHCR: Qaçmağa məcbur edilən 60 milyondan çox qadın və qız gender əsaslı zorakılıq riski ilə üzləşir

UNHCR: Qaçmağa məcbur edilən 60 milyondan çox qadın və qız gender əsaslı zorakılıq riski ilə üzləşir

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) cümə günü dünya miqyasında 60 milyondan çox məcburi köçkün və ya vətəndaşlığı olmayan qadın və qızın zorakılıq riski ilə üzləşdiyini qeyd edib. Ali Komissarlıq bildirib ki, qaçmağa məcbur edilən qadın və qızlar üçün gender əsaslı zorakılıq riskində müşahidə olunan artım həyəcan təbili çalmağa əsas verir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, UNHCR-in sözçüsü Şabia Mantu Cenevrədə keçirdiyi brifinqdə keçən il münaqişə ilə bağlı cinsi zorakılıq hallarının əvvəlki ilə nisbətən 50 faiz artdığını bildirib. O əlavə edib ki, təsdiqlənmiş halların 95 faizi qadınlar və qızlara aiddir. Ş.Mantu əlavə edib: “Bu rəqəmlər reallığın kiçik bir hissəsini göstərir, çünki qadınların və qızların sağlamlığına, ləyaqətinə, təhlükəsizliyinə və azadlığına təsir edən həmin iyrənc pozuntular və zorakılıq hallarının bir çoxu bildirilmir. Dünyada münaqişə vəziyyətlərində çalışan həmkarlarımız sağ qalan qadınlardan amansız zorakılıq, işgəncə, cinsi istismar, o cümlədən müharibə silahı kimi fundamental insan hüquqlarının inkarına qədər üzləşdikləri dəhşətlər haqqında xəbərlər almağa davam edirlər”.

O vurğulayıb ki, məcburi köçkün vəziyyətində olan və münaqişələrdən təsirlənən qadın və qızlar üçün gender əsaslı zorakılığın qarşısının alınması və cavab xidmətlərinin göstərilməsi zərurəti “mövcud maliyyə imkanlarını xeyli üstələyir”.

UNHCR bildirir ki, adekvat maliyyə vəsaiti olmadan milyonlarla məcburi köçkün qadın və qız gələn il kritik xidmətlərdən istifadə edə bilməyəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Noyabr 2024 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see379

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see183

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see162

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri