Icma.az
close
up
RU
Unibank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF) qoşulub

Unibank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF) qoşulub

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Unibank KB ASC fəaliyyətini beynəlxalq ESG standartlarına uyğunlaşdırmaq və uzunmüddətli dəyər yaratmaq məqsədilə daha bir vacib addım atıb. Bank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF - Partnership for Carbon Accounting Financials) qoşulub. Unibank Azərbaycandan bu təşəbbüsə qoşulan ilk bankdır. Bu tərəfdaşlıq bankın şəffaflığın artırılmasına töhfə verməklə yanaşı, maliyyələşdirilən emissiyaları ölçmək və iqlim riskləri ilə mübarizəyə təkan vermək üçün imkan yaradacaq.

Unibank KB ASC-nin İdarə Heyətrinin sədri Fərid Abuşov bildirib: “ Bu addım Bankımız tərəfindən dayanıqlı maliyyə sahəsində atılmış növbəti öncül və nümunəvi addımlarından biridir. Bu, Bizim dayanıqlılıqla bağlı uzunmüddətli baxışımıza, habelə AR Mərkəzi Bankının “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi”nə uyğundur. PCAF-a qoşulmaqla, Bank kreditləşmə fəaliyyətinin karbon izini ölçmək və açıqlamaq öhdəliyi götürür. PCAF-ın qlobal standartından istifadə şəffaflığı və hesabatlılığı təmin edir. Bu bizə maraqlı tərəflərin gözləntilərini realizasiya etməyə, ölkənin milli prioritetlərinə və beynəlxalq öhdəliklərə töhfə verməyə kömək edəcək. Uzunmüddətli davanıqlılıq baxışımıza uyğun olaraq, karbon izinin qiymətləndirilməsi təcrübəmizi təkmilləşdirmək üçün PCAF-a qoşulmaqdan qürur duyuruq. PCAF-a qoşulmaqla biz dayanıqlı maliyyə və məsuliyyətli bankçılığa töhfə verməyi hədəfləyirik”.

Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığı (PCAF) kreditlər və investisiyalar hesabına maliyyələşdirilən istixana qazı emissiyalarının razılaşdırılmış standartlar üzrə qiymətləndirmələrini və açıqlamalarını təmin etmək üçün dünya maliyyə inistitutları arasında əməkdaşlıqdır. Qrup altı qitədən 500-dən çox maliyyə institutu ilə Şimali Amerika, Latın Amerikası, Avropa, Afrika və Asiya-Sakit okean regionunda sürətlə genişlənir.

Unibank haqqında

Unibank Azərbaycanın ən böyük özəl banklarından biridir. Bank 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilib və 2002-ci ilin oktyabr ayının 15-də aparıcı banklardan olan PROMTEXBANK-la birləşərək, adı “Unibank”a dəyişdirilib. Unibank müasir bankçılıq texnologiyalarına və yenilikçi məhsullara fokuslanaraq Azərbaycan bank sektorunda öz yerini möhkəmləndirib. Bank müxtəlif vaxtlarda The Banker və Euromoney tərəfindən Azərbaycanın Ən Yaxşı Bankı kimi tanınıb. Azərbaycan qiymətli kağızlar bazarının öncül iştirakçılarından olan “Unicapital” İnvestisiya Şirkətinin 100 %-lik nizamnamə kapitalı “Unibank”a məxsusdur. Unibank 2021-ci ildə ölkənin ilk yalnız mobil bankı olan LeoBank-ı istifadəyə verib. 2024-cü ildə bank Azərbaycanın kapital bazarında 20 milyon manatlıq yaşıl istiqrazlar buraxaraq, ölkənin aparıcı maliyyə institutlarından biri kimi mövqeyini daha da möhkəmləndirib. Ətraflı məlumat üçün: https://unibank.az

PCAF haqqında

Karbon Mühasibat Maliyyələri üzrə Tərəfdaşlıq (PCAF) 2019-cu ilin sentyabrında qlobal miqyasda istifadəyə verilib. Hazırda 500-dən çox maliyyə institutu PCAF təşəbbüsünə qoşulub. PCAF iştirakçıları öz kreditlərinin və investisiyalarının istixana qazı emissiyalarını ölçmək və açıqlamaq üçün Maliyyə Sənayesi üçün Qlobal İXQ Mühasibatlığı və Hesabat Standartını birgə hazırlamaq üçün birlikdə işləyirlər. Ətraflı məlumat üçün https://carbonaccountingfinancials.com ünvanına baxın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Aprel 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri