Icma.az
close
up
RU
Unibank müştəriləri artıq pul ödəyir, amma kredit cədvəli dəyişmir

Unibank müştəriləri artıq pul ödəyir, amma kredit cədvəli dəyişmir

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial şəbəkələrdə Unibank-la bağlı yayılan narazılıq geniş müzakirə doğurub. AzPost xəbər verir ki, istifadəçi Rasim Qasımov yazır ki, kredit müqaviləsində aylıq ödəniş 650 manat göstərilsə də, ilk ayda bank əlavə 350 manat alıb. Lakin bu ödənişə baxmayaraq, mobil tətbiqdə nə əsas borcda, nə də faiz hissəsində heç bir dəyişiklik görünmür və kredit cədvəli əvvəlki kimi qalır.

Unibank tərəfindən verilən cavaba əsasən, artıq ödəniş kreditin müddətini azaldır, lakin bu dəyişiklik sistemdə əks olunmur. Bu isə istifadəçidə sual doğurub: Əgər ödəniş artırsa, niyə sistemdə bu, şəffaf şəkildə görünmür?

Bankın bu davranışı müştəri hüquqlarının pozulmasıdırmı?

Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 47.1-ci maddəsinə əsasən, banklar müştəriləri ilə apardıqları əməliyyatlarda tam şəffaflıq və məlumatlandırma vəzifəsi daşıyır. Həmin qanunda göstərilir ki, bank müştəriyə bütün şərtlər və dəyişikliklər barədə dəqiq və vaxtında məlumat verməlidir.

Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, bağlanmış müqavilə tərəflər üçün məcburi hüquqi sənəddir və tərəflər müqavilə şərtlərinə riayət etməyə borcludurlar. Əgər ödəniş şərtləri dəyişirsə və bu tətbiqə və ya ödəniş cədvəlinə əks olunmursa, bu, müqavilənin birtərəfli və qeyri-şəffaf icrası kimi dəyərləndirilə bilər.

Vətəndaş bu halda nə etməlidir?

Hüquqşünasların fikrincə, belə hallarda vətəndaşlar aşağıdakı addımları atmalıdır:

Yazılı müraciət – İlk növbədə banka yazılı şəkildə müraciət edib, ödəniş cədvəlinin niyə yenilənmədiyini soruşmalıdır.

Şikayət – Əgər banka edilən müraciət nəticəsiz qalarsa, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına  şikayət edilə bilər.

İstehlakçı hüquqlarının müdafiəsi – Azərbaycan Respublikası  “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8-ci maddəsinə əsasən, müştəri keyfiyyətsiz və qeyri-şəffaf xidmətə görə məsuliyyət tələb edə bilər.

Məhkəmə müraciəti – Son olaraq, vətəndaş öz hüquqlarını qorumaq məqsədilə məhkəməyə müraciət edə bilər.

Banklar kredit ödənişlərini şəffaf göstərməlidir

Maliyyə ekspertləri qeyd edir ki, banklar artıq ödənişləri müvafiq kreditin əsas və faiz hissəsinə bölərək, avtomatik olaraq cədvəli yeniləməlidir. Əks halda bu, müştərinin yanlış məlumat əsasında qərar verməsinə səbəb ola və bank-müştəri etibarını zədələyə bilər.

Bankın mövqeyini dərc etməyə hazııq.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azpost.info
archiveBu xəbər 23 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri