Icma.az
close
up
RU
Unibank və BlueOrchard Finance Ltd. 23 milyonluq kredit sazişi imzaladı

Unibank və BlueOrchard Finance Ltd. 23 milyonluq kredit sazişi imzaladı

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın aparıcı özəl banklarından olan “Unibank” KB və İsveçrənin nüfuzlu “BlueOrchard Finance Ltd.” investisiya idarəetmə şirkəti arasında ümumi məbləği 23 milyon ABŞ dolları olan subordinasiya və senior kredit sazişləri imzalanıb.

"Unikal" xəbər verir ki, bu vəsaitdən 13 milyon ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə və beynəlxalq tənzimləyici standartlara  uyğun olaraq 2-сi kapital kimi tanınacaq.

Yeni kredit sazişi “Unibank”ın kapital mövqeyini daha da gücləndirəcək və bankın strateji hədəflərinə – xüsusilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsinə xidmət edəcək. Bu sahələrdə dayanıqlı maliyyə resurslarına olan tələbatın ödənilməsi "Unibank" üçün prioritet istiqamətlərdən biridir.

“Unibank” KB-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:

“BlueOrchard-dan subordinasiya krediti cəlb etmək həm ölkəmizə, həm də bankımıza beynəlxalq maliyyə qurumlarının inamını göstərən mühüm göstəricidir. Kapital bazasının möhkəmlənməsi bizə mikro və KOB seqmentlərinə kredit portfelini artırmaq, fərdi sahibkarları və kiçik müəssisələri daha çox dəstəkləmək imkanı verəcək. Bu isə mikro, kiçik və orta sahibkarların kapitala çıxış imkanlarını genişləndirmək istiqamətindəki missiyamızla uyğundur.”

“BlueOrchard Finance Ltd.” şirkətinin Avrasiya üzrə regional direktoru Ketevan Xuskivadze isə qeyd edib:

“Biz Unibank-la əməkdaşlığa başlamaqdan məmnunuq. Unibank real iqtisadiyyatı dəstəkləməyə sadiq olan dinamik maliyyə institutudur. Bu əməliyyat çərçivəsində təqdim olunan maliyyələşdirmə, inkişaf etməkdə olan bazarlarda mikro, kiçik və orta sahibkarlığın kapitala çıxış imkanlarını artırmaq yönündəki missiyamızla tam şəkildə uzlaşır..”

“Unibank” KB haqqında

1992-ci ildə təsis olunan “Unibank” KB Azərbaycan bank sektorunun aparıcı özəl maliyyə qurumlarından biridir. Bank fərdi və korporativ müştərilərə geniş çeşiddə məhsul və xidmətlər təqdim edir, xüsusilə mikro, kiçik və orta sahibkarların ehtiyaclarına yönəlmiş həllər təklif edir. Unibank müasir texnologiyaları tətbiq etməklə dayanıqlı inkişaf strategiyasını həyata keçirir və ölkənin iqtisadi tərəqqisinə fəal töhfə verir.
? www.unibank.az

“BlueOrchard Finance Ltd.” haqqında

“BlueOrchard” — Schroders Group-un tərkibinə daxil olan, dünyanın aparıcı təsir yönümlü (impact investing) investisiya idarəedicisidir. Şirkət cəmiyyət və ətraf mühit üçün uzunmüddətli müsbət təsir yaratmaqla yanaşı, investorlar üçün sabit gəlirlilik təmin etməyə çalışır.

2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə yaradılan “BlueOrchard”, dünyada mikromaliyyə borc investisiyalarının ilk kommersiya idarəedicisi olub. Bu gün şirkət müxtəlif aktiv sinifləri üzrə investisiya həlləri təqdim edir, milyonlarla sahibkarı inkişaf etməkdə olan bazarlarda kapitalla təmin edir və təsirli investisiyaların əlçatanlığını artırır.

Peşəkar investisiya meneceri və “blended finance” üzrə qabaqcıl təcrübəyə malik tərəfdaş kimi “BlueOrchard” beynəlxalq maliyyə institutları üçün etibarlı əməkdaş sayılır. 2024-cü ilin sonuna olan məlumata əsasən, şirkətin investisiyaları 300 milyondan çox insanın rifahına töhfə verib.
? www.blueorchard.com


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri