Unikal xəbərlərin nisbəti üç dəfə artıb Əhməd İsmayılov
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
"Media haqqında” Azərbaycan Respublikası Qanunu onlayn media subyektləri tərəfindən özünəməxsus material istehsalını stimullaşdırıb.
AZXEBER.COM xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.
Əhməd İsmayılovun sözlərinə görə, "Media haqqında” Azərbaycan Respublikası Qanunu onlayn media subyektləri tərəfindən özünəməxsus material istehsalını stimullaşdırıb, ötən illərlə müqayisədə unikal materialların həcmi əhəmiyyətli dərəcədə artıb.
"Belə ki, tərəfimizdən veb-saytların son illərdəki fəaliyyəti təhlil edilib, nümunələr əsasında gündəlik informasiya məzmununun dəyərləndirilməsi həyata keçirilib. Nəticədə məlum olub ki, unikal xəbərlərin nisbəti üç dəfə artıb və hazırda mediada onların həcmi təqribən 35 faizdir. Təhlillər göstərir ki, islahatlar nəticəsində geniş oxucu kütləsi olan və artıq hərtərəfli formalaşmış onlayn media subyektləri ilə yanaşı, hətta kiçik auditoriyalı veb-saytların məzmununda belə ciddi dəyişikliklər müşahidə olunur”, - MEDİA-nın İcraçı direktoru vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 27 May 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















