Icma.az
close
up
RU
Universitet müəllimlərini də imtahan gözləyir: Keçə bilməsələr...

Universitet müəllimlərini də imtahan gözləyir: Keçə bilməsələr...

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesi ilk dəfə 2022-ci ildə start götürüb.  

Cari  2026-cı ildə isə sertifikasiya imtahanlarının test mərhələsinib iyunun 17-19-u və 23-25-i tarixlərində keçirilməsi planlaşdırılır. Növbəti sertifikatlaşdırmaya  təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə, həmçinin ibtidai sinif, riyaziyyat, Azərbaycan dili və ədəbiyyatı və digər fənn müəllimləri cəlb olunacaq. 

Ümumilikdə indiyədək sertifikatlaşdırma prosesinə 80 mindən çox müəllim cəlb olunub. Yekun mərhələlərdə ilk dəfə imtahan verən müəllimlərin sayı ilə birlikdə bu rəqəmin 100 mini ötməsi gözlənilir. 

Qeyd edək ki, hazırda sertifikasiyaya ancaq ümumi təhsil müəssisələrində çalışan müəllimlər cəlb olunur. Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində təxminən 15 000 – 16 000 civarında professor-müəllim heyəti çalışır. 

Bugünlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov bildirib ki, ingilis dilində dərs deyən müəllimlərə çox, Azərbaycan dilində dərs deyənlərə isə az maaş verilir: 

“Düşünürük ki, bu yanaşma tamamilə səhv idi və dəyişməlidir. İngilis dili müəllimlərimizə gəlincə, demək olar ki, hamısı sertifikatlıdır. Çox az sayda müəllimimizin sertifikatı yoxdur. Onların ingilis dili səviyyəsi kifayət qədər yüksəkdir. Mən əminəm ki, ölkəmizdə ingilis dili səviyyəsi üzrə ən güclü kafedralardan biri məhz bizim ingilis dili kafedramızdır. 

Bu ildən etibarən yeni bir qayda tətbiq edirik. Birinci kursda tələbəyə dərs deməyə başlayan müəllim ikinci kursun sonunda yenidən imtahan verəcək, özünü inkişaf etdirəcək. Biz bu proses vasitəsilə müəllimlərin yekun nəticələrini də qiymətləndirəcəyik". 

Ümumiyyətlə, son illər biliyindən asılı olmayaraq, ali təhsil müəssisələrində tədrislə məşğul olan müəllim heyətinin sayı artıb. Eyni zamanda, bəzi ali təhsil müəssisələri var ki, orada tələbələr ancaq diplom xatirinə təhsil alırlar. Yəni keyfiyyətli tədris olmadığına görə məzunların bilik və bacarıqları da əmək bazarının bugünki tələblərinə cavab vermir. 

Bu il ümumtəhsil məktəblərində sertifikasiya mərhələsinin başa çatacağını nəzərə alsaq, universitet müəllimləri üçün sertifikasiya imtahanı  tətbiq  edilə bilərmi?    

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Dövlət İqtisad Universiteti daim həm müəllim-professor heyətinin inkişafı  istiqamətində qərarlar qəbul edilir, o cümlədən ümumtəhsil və akademik göstəricilərin yüksəlməsi ilə bağlı müvafiq yeniliklərə imza atır: 

“Bu alınmış qərar da düşünürəm ki, akademik göstəricilərə müsbət mənada təsir göstərəcək. Ümumiyyətlə, təhsilverənlərin öz üzərində işləməsi, bilik və bacarıqlarını daha da yaxşılaşdırması üçün  mövcud əsrdə onların müntəzəm olaraq yoxlanılması bir növ zərurətə çevrilib. Çünki hər keçən gün yeniliklər baş verir. 

Həmin yeniliklərlə də ayaqlaşmaq vacibdir. Bu baxımdan, növbəti mərhələdə biz tam və orta ümumtəhsil müəssisələrində sertifikasiya prosesini bitirdikdən sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən növbəti mərhələdə ali təhsil müəssisələrində dərs deyən professor-müəllim heyətinin də sertifikasiya prosesinə cəlb olunması,  diaqnostika, attestasiya, akkreditasiya kimi adlar altında onların bilik və bacarıqlarının ölçülməsi zərurətə çevrilir”. 

Ekspertin sözlərinə görə,  hazırda əksər universitetlərdə müəllim-professor heyəti yaşlı nəslin nümayəndəsidir, onların bilik və bacarıqlarından, təcrübələrindən istifadə etmək olar: 

“Ancaq bəzi məqamlarda görürük ki, onların İKT bilikləri yüksək deyil. Bu, hazırda zəruri bilik hesab olunur. 

O cümlədən, mövcud çağırışlara, müasir təhsil standartıarına cavab   vermələri mütləq yoxlanılmalıdır ki, ümumilikdə təhsil alanların, tələbələrin akademik göstəricilərinə müsbət töhfə vermiş olsunlar. 

Əgər bunlara cavab vermirlərsə, o zaman onların yerlərini yeni gənc nəsil tutmalıdır.  Gənc müəllim heyəti prosesə cəlb olunmalıdır”.     

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: imtahan Elçin Əfəndi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyun 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri