Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Universitetə qəbul olunmuş şəhid xanımları ilə görüş keçirilib

Universitetə qəbul olunmuş şəhid xanımları ilə görüş keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ailələrinə hər zaman yüksək diqqət və qayğı göstərilir. Şəhid ailələrinin sosial problemlərinin həll edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərini təşkil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə həyata keçirilən “Sən tək deyilsən” layihəsi də bu siyasətin tərkib hissəsidir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 30-da keçirilən tədbir bu istiqamətlərdən biri olan “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının iştirakçıları ilə görüşə həsr edilib.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova yaxın zamanda Zəfər gününün 5 illiyinin qeyd ediləcəyinə diqqət çəkib. Bildirib ki, qısa müddətdə əldə olunan tarixi Zəfər Azərbaycan Ordusunun rəşadəti, xalqın birliyi və Ali Baş Komandanın əzmi nəticəsində qazanılıb. O, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini böyük ehtiramla yad edərək, ərazi bütövlüyümüz naminə göstərdikləri fədakarlığı xüsusi vurğulayıb.

Komitə sədri əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın himayəsi ilə sosial siyasətin mühüm tərkib hissəsi kimi şəhid ailələrinin və aztəminatlı ailələrin dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi proseslərdə iştirakının təmin olunması və mövcud problemlərinin həllinə yönəlik layihələr həyata keçirilir.

Sədr bildirib ki, qadınların dövlətin ictimai-siyasi həyatında iştirakı daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə fəaliyyət dövlət qurumları, özəl sektor və QHT-lərlə birgə həyata keçirilir. O, xüsusilə şəhid ailələrinin cəmiyyətə inteqrasiyasının prioritetlər sırasında olduğunu vurğulayıb.

B.Muradova 2023-cü il sentyabrın 21-də ABA ilə komitə arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində qadınların iqtisadi gücləndirilməsi, aztəminatlı ailələrdən olan qızların təhsili, regionlarda dəstək mərkəzlərinin yaradılması və digər layihələrin icrasının nəzərdə tutulduğunu xatırladıb.

Komitə sədri “Sən tək deyilsən” layihəsinin “Gələcəyə əmin addımlarla” proqramının şəhid xanımlarının təhsilinə dəstək göstərməklə yanaşı, onların ölkənin ictimai həyatında aktiv iştirakına şərait yaratdığını söyləyib. O, layihənin artıq 4 ildir uğurla icra olunduğunu və bu müddətdə 34 şəhid xanımının təhsilinə dəstək göstərildiyini qeyd edib.

Çıxışının sonunda komitə rəhbəri əldə etdikləri nailiyyət münasibətilə şəhid həyat yoldaşlarını təbrik edib: “Biz inanırıq ki, sizin nümunəvi addımlarınızdan ruhlanan xanımlarımız da qarşılaşdıqları çətinlikləri inamla dəf edəcək, çalışacaq, təhsil alacaq və hər zaman xalqına, dövlətinə layiq şəxsiyyət kimi yaşayacaqlar”,-deyə o əlavə edib.

ABA-nın prezidenti Zakir Nuriyev şəhid xanımlarının dəstəklənməsi məqsədilə həyata keçirilən layihənin vacibliyini vurğulayıb və təşəbbüsə görə komitə sədrinə təşəkkürünü bildirib.

Z.Nuriyev əldə edilən Zəfərin Ali Baş Komandanın uzun illər düşünülmüş siyasəti və ordumuzun, əsgərlərimizin canı və qanı bahasına mümkün olduğunu söyləyib. O, şəhid xanımlarının təhsil yolunda atdıqları bu addımın bütün cəmiyyət üçün böyük motivasiya olduğunu, Azərbaycan qadınının gücü, iradəsi və bacarığını nümayiş etdirdiyini bildirib. Qeyd edib ki, qadınların uğuru bütövlükdə cəmiyyətin uğuru deməkdir və bu addım təkcə şəhid xanımları üçün deyil, bütün qadınlar üçün güclü bir mesajdır: “Cəmiyyətin sabahı qadınların nailiyyətlərindən asılıdır. Onların güclü olması sabahımızı möhkəmləndirir”.

Çıxışlar dinlənildikdən sonra layihə haqqında film nümayiş etdirilib. Daha sonra şəhid xanımlarına sertifikat və hədiyyələr təqdim olunub.

Layihə iştirakçıları çıxış edərək övladlarına həm ana, həm də ata kimi dəstək olmağa, eyni zamanda daim inkişaf edərək örnək olmağa çalışdıqlarını bildiriblər. Dövlətin daimi dəstək və qayğısının bu yolda onlara güc verdiyini qeyd edən şəhid xanımları, layihə çərçivəsində onlara göstərilən diqqətə görə minnətdarlıqlarını dilə gətiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri