Sahibkarların elektrik xərclərinin yarısını dövlət ödəyəcək
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək.
Banco.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, sahibkarlığa dövlət dəstəyi hər zaman iqtisadi siyasətin əsas prioritetlərindən biri olub.
“İqtisadi siyasətin prioritetləri müəyyənləşdirilərkən özəl sektorun iqtisadi artımın, innovasiyaların və məşğulluğun aparıcı qüvvəsi olması daim diqqət mərkəzində saxlanılıb”, – deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, özəl sektorun inkişafı istiqamətində görülən işlər yeni müəssisələrin yaradılmasında, məşğulluğun artmasında, innovasiyaların tətbiqində, istehsalın və ixracın genişlənməsində müsbət nəticələrini göstərib.
A.Bayramov vurğulayıb ki, dövlətin dəstək tədbirləri Azərbaycanın əldə etdiyi makroiqtisadi göstəricilərə və qeyri-neft-qaz sektorunun inkişafına töhfə verir.
O bildirib ki, məhz bu təcrübə əsasında cari ildə sahibkarlar üçün yeni dəstək alətlərinin təqdim edilməsinə başlanılıb.
“Bakı və Abşeron iqtisadi rayonu nəzərə alınmadan digər ərazilərdə fəaliyyət göstərən sahibkarların kreditləri üzrə faizlərin yarısı artıq dövlət tərəfindən ödənilir”, – deyə nazir müavini bildirib.
A.Bayramovun sözlərinə görə, sahibkarlara verilən kreditlər üzrə zəmanətlərin limiti də 20 faizdən 50 faizədək artırılıb.
O qeyd edib ki, 2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının 50 faizi dövlət tərəfindən qarşılanacaq.
Bununla yanaşı, ixracatçıların daşıma və sertifikatlaşdırma xərclərinin bir hissəsi də kompensasiya olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 12 Noyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















