Icma.az
close
up
RU
Universitetlər praktiki dərslərə az önəm verilir: Bəzi tələbələr yalnız sənəd imzalatmaqla “praktika” keçir

Universitetlər praktiki dərslərə az önəm verilir: Bəzi tələbələr yalnız sənəd imzalatmaqla “praktika” keçir

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda ali təhsil müəssisələrində nəzəri biliklərə üstünlük verilməsi tələbələrin peşə bacarıqlarında çatışmazlıqlara səbəb olur. Xüsusilə texniki, media, tibb, hüquq və pedaqogika kimi sahələrdə praktik dərslərin yetərsizliyi gənclərin əmək bazarına hazır olmadan universiteti bitirməsinə gətirib çıxarır.

Bəs universitetlərdə praktiki dərslərə niyə daha az önəm verilir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda universitetlərdə praktiki dərslərə verilən önəm nəzəriyyə ilə müqayisədə ya çox zəifdir, ya da formal xarakter daşıyır. Rəsmi sənədlərdə - məsələn, ali təhsil standartlarında və proqramlarında - praktiki məşğələlərin əhəmiyyəti vurğulansa da, real icrada bu yanaşmanın tam həyata keçirilmədiyi aydın görünür.

Onun sözlərinə görə, praktik dərslər çox zaman “mövcudluğu göstərmək üçün” təşkil olunur və tələbənin real bacarıq qazanmasına yönəlmir. Bunun bir neçə əsas səbəbi var:

"Əvvəla, bir çox universitetdə maddi-texniki baza zəifdir. Laboratoriyalar, praktik simulyasiya otaqları, təcrübə mərkəzləri ya yoxdur, ya da köhnədir və müasir tələblərə cavab vermir. Məsələn, mühəndislik, tibb, informasiya texnologiyaları kimi sahələrdə yüksək keyfiyyətli praktiki dərs üçün texniki avadanlıq, proqram təminatı və müasir avadanlıqlar şərtdir. Ancaq Azərbaycan universitetlərinin böyük əksəriyyətində bu imkanlar məhduddur”.

Müsahibimiz bildirib ki, ikinci problem müəllim hazırlığı ilə bağlıdır. Bir çox akademik müəllim heyəti hələ də ənənəvi nəzəri bilik ötürmək metodikasına əsaslanır və praktiki dərs aparmaq üçün ya təcrübəsi yoxdur, ya da motivasiyası yoxdur. Halbuki, dünya praktikasında, məsələn, Almaniyada, Skandinaviya ölkələrində və ya ABŞ-də müəllimlər həm də praktik vərdişlərin ötürülməsi üzrə ayrıca ixtisaslaşır, sənaye və real sektor təcrübəsi olan kadrlar universitet dərslərinə cəlb edilir. Azərbaycanda isə bu praktika sistemli şəkildə qurulmayıb. Ən yaxşı halda sənaye nümayəndələrinin iştirakı ilə bir neçə seminar təşkil olunur, amma davamlı əməkdaşlıq və tələbənin bacarıq inkişafını izləyən sistem qurulmur.

Ekspertə görə, praktiki dərslərə münasibətdə başqa bir ciddi problem də ondan ibarətdir ki, universitetlərdə praktika imkanı nəzəri baxımdan verilsə də, tələbələrin istehsalat təcrübəsi çox zaman kağız üzərində həyata keçirilir:

"Bir çox tələbə sadəcə sənəd imzalatmaqla “praktikanı keçmiş” olur. Bu, həm universitetin tələbəyə real bacarıq qazandırmaq borcunu yerinə yetirməməsi, həm də əmək bazarında kadrların rəqabətə davamlı olmaması kimi ağır nəticələr doğurur. Statistikaya baxsaq, Azərbaycanda ali təhsil məzunlarının təxminən 40%-i ilk bir il ərzində ixtisası üzrə iş tapa bilmir. Bu göstəricinin əsas səbəblərindən biri də məhz praktiki hazırlığın zəif olmasıdır".

Kamran Əsədov: Bəzi müəllimlərin praktiki dərs aparmaq üçün ya təcrübəsi, ya da motivasiyası yoxdur

K.Əsədov bu mövzuda dünya təcrübəsindən də bəhs edib:

"Dünya təcrübəsində praktiki dərslərin çəkisi nəzəri dərslərlə ya bərabər tutulur, ya da bəzi sahələrdə praktikaya daha çox vaxt ayrılır. Məsələn, Finlandiyada pedaqoji təhsil alan tələbə 4 illik təhsil müddətində təxminən 1 ili praktiki dərslərə və məktəblərdə işləməyə sərf edir. Almaniyada mühəndislik ixtisasları üzrə bakalavr tələbələri 5-6 aylıq istehsalat təcrübəsi keçmədən diplom ala bilmirlər. İT və texnologiya sahəsində ABŞ-da universitetlərdə “co-op” sistemləri (cooperative education) var: tələbə təhsili ilə yanaşı real iş yerlərində işləyir və həm

Azərbaycanda praktiki dərslərin keyfiyyətini artırmaq üçün universitetlərdə müasir laboratoriyalar və simulyasiya mərkəzləri yaradılmalı, müəllim heyəti praktik dərs vermə bacarıqları üzrə təlimlərə cəlb olunmalıdır. Eyni zamanda, ali təhsil müəssisələri real sektorla əməkdaşlığı genişləndirməli, tələbələrin qiymətləndirilməsində praktiki bacarıqlara daha çox önəm verilməlidir. İstehsalat təcrübələri formal yox, real bilik və bacarıq qazandıracaq şəkildə təşkil edilməlidir.

Kamran Əsədov vurğulayıb ki, bu dəyişikliklər həyata keçirilsə, universitetlər yalnız diplom verən deyil, eyni zamanda iş bacarıqları olan məzunlar yetişdirən mərkəzlərə çevrilə bilər:

"Əks halda, nəzəri biliklə yüklənmiş, lakin bacarıqsız məzun problemi daha da dərinləşəcək və nəticədə həm məzunların, həm də universitetlərin əmək bazarındakı nüfuzu zəifləyəcək".

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Aprel 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see224

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see208

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see206

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see157

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see145

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see144

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see141

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see140

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see140

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see139

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see139

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see137

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see137

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see136

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see134

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see133

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see130

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see130

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see130

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri