Icma.az
close
up
RU
KİV Fransa millisinin start heyətini açıqladı: PSJ qapıçısının debütu Bakıda baş tutacaq

KİV Fransa millisinin start heyətini açıqladı: PSJ qapıçısının debütu Bakıda baş tutacaq

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransanın "L’Equipe" nəşrinin Bakıda çalışan jurnalistləri 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyun üçün Fransa millisinin ehtimal olunan start heyətini təqdim ediblər.

İdman.Biz-in məlumatına görə, bundan əvvəl Fransa yığmasının baş məşqçisi Didye Deşam komandasının Bakıda əsas heyətlə çıxış etməyəcəyini bildirmişdi. Daha sonra Kilian Mbappe və bir sıra digər aparıcı futbolçuların milli komandadan ayrıldığı məlum olub.

Jurnalistlərin məlumatına əsasən, qapıda PSJ-nin 24 yaşlı qolkiperinin - Lukas Şevalyenin debüt edəcəyi gözlənilir. Müdafiə xəttini Malo Qusto, İbrahim Konate, eləcə də qardaşlar Lukas və Teo Ernandes formalaşdırmalıdır. Dayaq zonasının Kefren Turam və Uorren Zair-Emri cütlüyündən ibarət olacağı proqnozlaşdırılır. Hücum xəttində isə Florian Toven, Maqnes Akluş və Kristofer Nkunku üçlüyünün çıxış edəcəyi ehtimal edilir. Yeganə mərkəz hücumçusu kimi Ukrayna ilə oyunda əvəzləmədən meydana daxil olaraq parlaq təsir bağışlayan Yuqo Ekitiqe nəzərdən keçirilir.

Azərbaycan və Fransa milli komandaları arasında qarşılaşma bazar günü, 16 noyabrda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Seçmə mərhələnin D qrupunda son turlardan əvvəl vəziyyət belədir: Fransa - 13, İslandiya - 7, Ukrayna - 7, Azərbaycan - 1.

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri