Icma.az
close
up
RU
Universitetlərdə dərslər saat 10:00 da başlaya bilər

Universitetlərdə dərslər saat 10:00 da başlaya bilər

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səhər saatlarında işçilərlə yanaşı, tələbələrin də kütləvi şəkildə yollara və ictimai nəqliyyata üz tutması Bakıda sıxlığı daha da artırır. Dövlət qurumlarında fərqli iş qrafiklərinin sınaqdan keçirilməsi universitetlərdə də oxşar modelin tətbiqini gündəmə gətirib.

Təhsil eksperti İlqar Orucov Modern.az-a bildirib ki, paytaxtda tıxacların azaldılması üçün növbəti addımlardan biri ali məktəblərdə dərslərin başlama və bitmə vaxtlarının yenidən tənzimlənməsi ola bilər.

“Dövlət qurumlarında iş saatlarının pilləli və fərqli qrafiklərə keçirilməsi urbanistika və dövlət idarəçiliyi baxımından uğurlu yanaşmadır. Növbəti fundamental addım ali məktəblərdə dərs saatlarının məlumatlara əsaslanan idarəetmə metodları ilə yenidən tənzimlənməsidir. Universitet qrafiklərinin dəyişdirilməsi sadəcə inzibati qərar deyil, paytaxtın logistik dayanıqlığı üçün real zərurətdir”, – ekspert deyib.

Onun sözlərinə görə, dövlət qulluqçularının, özəl sektor işçilərinin və tələbələrin eyni vaxtda – əsasən saat 08:00–09:00 aralığında yola çıxması nəqliyyat sisteminin ötürücülük imkanlarına ciddi təzyiq yaradır.

İ.Orucov qeyd edib ki, Bakının iri universitetləri əsasən “Elmlər Akademiyası”, “İçərişəhər”, “Gənclik” və “28 May” metrostansiyalarının ətrafında cəmləşib:

“Həmin ərazilərdə yerləşən universitetlərdə dərslərin başlama vaxtının bir-birindən 30–45 dəqiqə fərqləndirilməsi, yaxud saat 09:30 və 10:00-a keçirilməsi lokal nəqliyyat təzyiqini 20–25 faiz azalda bilər”.

Ekspert bildirib ki, universitet tələbələrinin valideyn müşayiətinə ehtiyac duymaması dərs qrafiklərinin daha çevik planlaşdırılmasına imkan verir:

“Orta məktəb şagirdlərindən fərqli olaraq, tələbələr ictimai nəqliyyatın müstəqil istifadəçiləridir. Buna görə onların dərs saatları müəyyənləşdirilərkən valideynlərin iş qrafikini nəzərə almaq zərurəti yaranmır. Bu isə tədris qrafiklərini şəhərin nəqliyyat xəritəsinə uyğunlaşdırmağa imkan verir”.

İ.Orucov dünya təcrübəsində də oxşar modellərin tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, Seulda bəzi ali məktəblərdə dərslərin saat 09:30 və ya 10:00-da başlaması səhər saatlarında metronun yüklənməsini azaltmağa kömək edib. Tokio universitetlərində tələbə axını günün müxtəlif saatlarına bölünür, Almaniya və Fransada isə ali məktəblər yerli nəqliyyat qurumları ilə birlikdə fərdi tədris qrafikləri hazırlaya bilir.

Ekspert hesab edir ki, Azərbaycanda universitetlər yerləşdikləri ərazinin nəqliyyat yükünə uyğun müstəqil qrafik müəyyənləşdirməlidir:

“Məsələn, Bakı Dövlət Universitetində dərslər saat 08:30-da, Azərbaycan Texniki Universitetində isə 09:30-da başlaya bilər. Yuxarı kurs tələbələrinin mühazirələrinin saat 11:00 və ya 12:00-dan sonra keçirilməsi də tələbə axınının gün ərzində bölüşdürülməsinə imkan verər”.

O, böyük auditoriyalarda keçirilən bəzi nəzəri mühazirələrin onlayn formata keçirilməsinin tələbələrin universitetə gəlmə tezliyini və ictimai nəqliyyatda sərnişin sıxlığını azalda biləcəyini də əlavə edib.

Lamiyə Cənnətzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Sentyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri