Icma.az
close
up
RU
Universitetlərdə təhsil müddəti azaldılacaq?

Universitetlərdə təhsil müddəti azaldılacaq?

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəzi ali təhsil ixtisaslarının tədris müddətinin azaldılması ilə bağlı müzakirələr gündəmdədir. Təklifə əsasən, bəzi sahələr üzrə bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi nəzərdə tutulur. Bəs hansı ixtisasların təhsil müddəti azaldıla bilər və ya azaldılmalıdır?

Təhsil eksperti Rizvan Fikrətoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, xüsusilə mühəndislik, informasiya-kommunikasiya texnologiyaları (İKT), kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi kimi sahələr, həmçinin mədəniyyət və incəsənət, teatrşünaslıq, sənətşünaslıq, aktyorluq və jurnalistika ixtisaslarında buna ehtiyac var:

“Nəzəriyyədən çox praktikaya ehtiyac olan sahələrdə təhsil müddəti azaldıla bilər. Hazırda universitetlər əsasən nəzəriyyəyə üstünlük verirlər. Tələbələr demək olar ki, dörd il ərzində eyni fənləri təkrar keçirlər. Məsələn, birinci və ikinci kursda keçilənlər üçüncü və dördüncü kursda da müəyyən qədər təkrar olunur. Bununla yanaşı, qeyri-ixtisas fənləri də çox yer tutur ki, onların bir qismi, əslində, o qədər də lazım deyil. Məsələn, orta məktəbdə tarix keçmiş bir tələbə universitetdə də yenidən tarix fənni keçirsə, bu, artıq absurd və yanlışdır. Bu səbəbdən düşünürəm ki, I, II, III qrupların bəzi ixtisaslarında təhsil müddəti dörd ildən üç ilə endirilə bilər. Bu, daha çevik bir yanaşma olar. Tədris prosesində praktika və nəzəriyyə paralel şəkildə qurulmalı, bir çox ixtisaslarda isə praktika daha önə keçməlidir. Ancaq müəllimlik, hüquq və tibb kimi ixtisaslarda təhsil müddətinin azaldılması düzgün olmaz”.

R.Fikrətoğlu Azərbaycan əmək bazarında praktiki biliklərə daha çox önəm verildiyini qeyd edib:

“Bizim universitetlərin bir problemi də odur ki, verdiyi təhsillə əmək bazarı uyğunlaşmır. Bu problem aradan qaldırılmalıdır. Bu sahədə tədqiqatlar aparılmalıdır. Faktiki olaraq, bu gün cavabdeh qurumlar bu məsələlərə maraq göstərmir. Halbuki bu problem mütləq şəkildə qabardılmalı və əmək bazarı ciddi şəkildə araşdırılmalıdır. Universitetlərin diplom verdiyi məzunların iş tapmaqda qarşılaşdıqları problemlər təhlil olunmalıdır. Tələbə universiteti bitirir, amma iş üçün müraciət etdikdə deyirlər ki, uyğun gəlmirsən. Dörd il təhsil alan bir gənc niyə əmək bazarına uyğun gəlməsin? Deməli, keyfiyyətli və tələblərə uyğun kadr hazırlanmamışdır. Sadəcə təhsil müddətinin azaldılması problemi kökündən həll etmir”.

Təhsil eksperti Elçin Əfəndi isə açıqlamasında qiyabi və magistr təhsilinin azaldılmasından da danışıb:

“Qiyabi təhsil üzrə beş illik müddətin dörd ilə endirilməsi mümkündür. Eyni zamanda magistr pilləsində də tədris müddətinin iki ildən 1 il 6 ay və ya hətta bir ilə qədər azaldılması müzakirə olunur. Yəqin ki, bir müddət sonra biz ali qanunverici orqanın Elm və Təhsil Komitəsi tərəfindən bunun bir qanun layihəsi olaraq müzakirəyə çıxarılmasının da şahidi olacağıq. Gözləntilərimizə görə, laboratoriya şəraitin xüsusi tələb olunmadığı ixtisaslarda təhsil müddəti azaldıla bilər. Eyni zamanda texnologiya yönümlü ixtisaslarda da bu istiqamətdə addımlar atıla bilər”.

Ekspertin sözlərinə görə, qeyri-ixtisas fənlərinin sayının azaldılması da lazımdır:

“Bu yolla müddətin aşağı salınması daha real görünür. Çünki elə ixtisaslar var ki, orada tədris olunan qeyri-ixtisas fənləri bakalavr və yaxud magistr üçün bir o qədər də əhəmiyyət daşımır. Bu baxımdan digər əsas fənlərə daha çox kredit ayrılmasına və ümumi təhsil müddətinin qısaldılmasına imkan yarana bilər. Növbəti illərdə bakalavr təhsili üç il, magistura təhsili isə bir il altı ay müddətinə qədər endirilə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 11 Aprel 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri