Icma.az
close
up
RU
Universitetlərdə hüquqşünaslıq üzrə tədrisin təkmilləşdirilməsi məqsədilə 5 kitab ictimaiyyətə təqdim edilib

Universitetlərdə hüquqşünaslıq üzrə tədrisin təkmilləşdirilməsi məqsədilə 5 kitab ictimaiyyətə təqdim edilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

Bu gün bp Azərbaycanda hüquq təhsili sahəsində keyfiyyətin artırılması istiqamətində yeni bir layihəni təqdim edib. Layihə yerli universitetlərdə hüquqşünaslıq üzrə tədrisin təkmilləşdirilməsi məqsədilə altı mühüm dərsliyin hazırlanması və nəşrindən ibarətdir. Layihənin məqsədi təhsildə mükəmməlliyin təmin olunmasına dəstək vermək, hüquqi savadlılığı təşviq etmək və ölkədə yeni nəsil hüquq mütəxəssislərinin yetişməsinə töhfə verməkdən ibarətdir.

AZƏRTAC xəbər verir ki, bp layihə çərçivəsində nəşr olunmuş 5 kitabı ictimaiyyətə təqdim edib.

Qalan altıncı kitabın nəşri isə bu ilin sentyabr ayına planlaşdırılır. Bu layihə bp-nin Azərbaycanda təhsilin inkişafına və bacarıqların artırılmasına dəstəyinin bir hissəsidir.

Tamamlanmış 5 kitabın təqdimat tədbirində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Hüquq təhsili sahəsində resursların yaradılmasına sərmayə qoymaqda məqsədimiz yerli hüquq mütəxəssislərinə yüksək keyfiyyətli tədris materialları hazırlamaqda dəstək verməkdir. Bu isə nəticə etibarilə ölkədə hüquq təhsilinin müasirləşməsinə və yüksək səviyyəli, hüquqları dərindən bilən yeni hüquqşünaslar nəslinin formalaşmasına töhfə verəcək. Yeni altı dərsliyin hər biri hüquq üzrə alimlər və mütəxəssislərlə sıx əməkdaşlıqda hazırlanıb. Ümid edirik ki, bu kitablar universitet tələbələrin, nəzəriyyə müəllimlərinin, eləcə də hazırda praktiki fəaliyyətdə olan hüquqşünasların müasir hüquq resurslarına artan tələbatının qarşılanmasına mühüm töhfə verəcək. Xüsusilə məmnunuq ki, layihəyə daxil edilmiş altı dərslikdən dördü Azərbaycanda ilk dəfə nəşr olunur və bu da ölkənin akademik hüquq mühitində əlamətdar bir hadisədir”.

Layihəyə aşağıdakı kitablar daxildir:

1. “Beynəlxalq Tibb Hüququ. Xüsusi hissə” – Azərbaycanda yeni olan bu dərslik səhiyyə və insan hüquqları sahələrinin kəsişməsini əhatə edir və ölkənin beynəlxalq tibbi əməkdaşlıqda artan iştirakını əks etdirir. Kitab tibbi etika, səhiyyə xidmətlərinin hüquqi tənzimlənməsi və beynəlxalq institutların rolu da daxil olmaqla geniş mövzuları əhatə edir.

2. “Azərbaycan Respublikasının Mediasiya Hüququ. Ümumi Müddəalar” – Azərbaycanda bu sahədə ilk olan bu dərslik mediasiyanın hüquqi çərçivəsini təqdim edir, onun prinsipləri, quruluşu və normativ aspektləri barədə ətraflı məlumat verir. Dərsliyin məqsədi hüquq təhsilində mövcud boşluqları doldurmaq və Azərbaycanda mediasiya mədəniyyətinin inkişafına dəstək olmaqdır.

3. “Mediasiya Hüququ. Xüsusi hissə” – Azərbaycanda bu sahədə ilk olan bu nəşr mediasiya hüququnun elmi və doktrinal əsaslarına həsr olunub. Dərslik mediasiyanı hüquqi bir sahə kimi hərtərəfli təhlil edir və bu institutun həm akademik, həm də praktiki baxımdan daha yaxşı anlaşılmasına töhfə verir.

4. “Beynəlxalq Publik Hüquq Kursu. Ümumi Hissə” (birinci cild, ikinci nəşr, yenilənmiş) – bu kitab beynəlxalq publik hüquq üzrə ilk akademik kursun yenilənmiş nəşridir və bu sahənin öyrənilməsində əhatəli doktrinal yanaşmanı təqdim edir. Kitab beynəlxalq hüququn predmeti və prinsipləri, mənbələri, beynəlxalq hüququn subyektləri, mübahisələrin həlli mexanizmləri və beynəlxalq hüquqi məsuliyyət kimi əsas anlayışları əhatə edir. Yenilənmiş nəşrdə beynəlxalq hüquq nəzəriyyəsi və təcrübəsindəki yenilikləri əks etdirən mühüm əlavələr və dəyişikliklər yer alıb.

5. “Beynəlxalq Publik Hüquq Kursu. Xüsusi Hissə” (ikinci cild, ikinci nəşr, yenilənmiş) – bu dərslik beynəlxalq public hüququn xüsusi sahələrinin, o cümlədən beynəlxalq müqavilələr hüququnun, xarici əlaqələr hüququnun, beynəlxalq təşkilatlar hüququnun, humanitar hüququn və beynəlxalq iqtisadi hüququn ətraflı təhlilini təqdim edir. Yenilənmiş nəşr yeni nəzəri yanaşmaları və elmi nailiyyətləri əhatə edir. Dərslik qlobal hüquq sistemi və Azərbaycanın bu sistemdəki rolu ilə bağlı daha dərin anlayışın formalaşmasına dəstək verir.

6.“İnsan Hüquqları. Ensiklopediya” – Azərbaycanda bu sahədə ilk olan bu geniş həcmli tədris vəsaiti hələ nəşr olunmayıb. Kitaba insan hüquqlarının həm nəzəri, həm də praktiki aspektlərini əhatə edən minlərlə məqalə daxil edilib. Ensiklopediya insan hüquqlarının tarixini, inkişafı və təsnifatını, eləcə də beynəlxalq və milli hüquqi çərçivələri araşdırır. Məqsəd insan hüquqları sahəsində daha dərin anlayış formalaşdırmaq və Azərbaycan cəmiyyətində hörmət mədəniyyətini və hüquqi savadlılığı təşviq etməkdir.

Altı tədris vəsaitinin hamısı tələbələr, müəllimlər, elmi ictimaiyyətin nümayəndələri, hüquqşünaslar, insan hüquqları müdafiəçiləri, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, magistr və doktorantlar, hüquq alimləri və təcrübəçiləri, eləcə də mediatorlar və siyasətçilər daxil olmaqla geniş auditoriya üçün nəzərdə tutulub. Layihənin ümumi dəyəri 230038 AZN-dir (135316 ABŞ dolları) və bu məbləğə məzmunun hazırlanmasından nəşr və layihənin idarə olunmasına qədər bütün xərclər daxildir. Layihə “Müasir Beynəlxalq Hüquq və Davamlı İnkişaf” ictimai birliyi tərəfindən icra olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see221

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see219

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see197

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see179

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see178

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see177

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see176

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see174

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see173

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see168

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see157

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see153

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see149

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see147

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see145

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see145

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see144

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri