Icma.az
close
up
RU
Universitetlərə niyə rektor tapılmır?

Universitetlərə niyə rektor tapılmır?

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalsa da, bəzi ali təhsil müəssisələrinin hələ də rektorsuz fəaliyyət göstərməsi diqqət çəkir.

Universitet kimi mürəkkəb və çoxşaxəli idarəetmə strukturuna sahib qurumlarda rəhbərliyin olmaması, təkcə inzibati qərarların ləngiməsi ilə yox, eyni zamanda strateji inkişafın dayanıqlılığına da təsir göstərir.

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova qeyd edib ki, hazırda bəzi ali təhsil müəssisələrinin rektorsuz fəaliyyət göstərməsi təhsil idarəçiliyində müəyyən boşluqlara səbəb ola bilər.

“Rektor yalnız inzibati rəhbər deyil, həm də universitetin strateji inkişafına istiqamət verən əsas fiqurdur. Onun yoxluğu qərarların qəbulunu ləngidə, beynəlxalq əməkdaşlıqları, elmi layihələrin idarə olunmasını və resursların səmərəli bölüşdürülməsini çətinləşdirə bilər”.

Mövcud vəziyyətdə bu boşluqların qismən kompensasiya olunması üçün prorektorların səlahiyyətləri artırılır və həm Elm və Təhsil Nazirliyi, həm də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarət həyata keçirilir. Lakin bu mexanizmlər yalnız keçid dövrü üçün müvəqqəti xarakter daşıyır”.

O həmçinin vurğulayıb ki, boşluqların aradan qaldırılması üçün isə bir neçə mühüm istiqamət nəzərə alınmalıdır:

“Əvvəla, rektor vəzifəsi boşaldıqda məsuliyyətin kim tərəfindən və hansı səlahiyyətlərlə icra olunacağı əvvəlcədən müəyyən edilməlidir. Digər tərəfdən, təyinat prosesi peşəkarlıq, obyektivlik və şəffaflıq prinsiplərinə əsaslanaraq sürətli şəkildə həyata keçirilməlidir”.

P.Məmmədova onu da əlavə edib ki, bundan əlavə, universitetlərin inkişaf planları fərdi fiqura bağlı qalmamalı, institusional dayanıqlılıq üzərində qurulmalı və strateji xəttin davamlılığı təmin olunmalıdır:

“Belə yanaşma həm idarəçilikdə çevikliyi təmin edəcək, həm də ali təhsil müəssisələrinin uzunmüddətli dayanıqlığını və beynəlxalq rəqabət qabiliyyətini gücləndirəcəkdir”,- deyə o bildirib.

Xatırladaq ki, Azərbaycanda hazırda bir sıra ali təhsil müəssəsinin rektoru yoxdur.

Sumqayıt Dövlət Universitetinin sonuncu rektoru Rüfət Əzizov bu ilin fevral ayınadək bu vəzifəni icra edib. Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə o, ADNSU-ya rektor təyin olunub. 12 fevral 2025-ci ildə isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinə rektor əvəzi təyin olunub. O, rektorun səlahiyyətlərini icra edir.

Azərbaycan Dövlət Dəniz Akademiyası da yeni tələbələrini rektorsuz qarşılayacaq. Ali təhsil müəssisəsinin sonuncu rektoru Heydər Əsədov olub. O, ötən ilin sentyabr ayında deputat seçilib və rektor vəzifəsindən azad olunub. 

Bakı Xoreoqrafiya Akademiyasının sonuncu rektoru Timuçin Əfəndiyev 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilib. Onun 80 yaşı var və hazırda təqaüddədir.  4 ildir ki, rektor vəzifəsini Akademiyanın Tədris işləri üzrə prorektoru Əməkdar artist Nailə Məmmədzadə icra edir.
Naxçıvan Müəllimlər İnstitutunda 2020-2024-cü ildə rektor pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov olub. O, ötən il parlament seçkilərində iştirak edərək  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VII çağırış deputatı seçilib və bu səbəbdən İnstitutdakı vəzifəsindən azad edilib. Artıq 1 ildir ki, ali təhsil ocağında rektor vəzifəsi boşdur. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri