Icma.az
close
up
RU
Universitetlərin qapısında zəhər satışı: Gənclərimizin sağlamlığı köşklərdə “tüstülənir”

Universitetlərin qapısında zəhər satışı: Gənclərimizin sağlamlığı köşklərdə “tüstülənir”

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Bu köşk məsələsinə mütləq baxılmalı, orada insan sağlamlığı üçün məhsulların satılmasının qarşısı alınmalıdır

İllərdir yazırıq, dövlət orqanlarına, ictimaiyyətə mesaj ötürürük ki, siqaretlərin istənilən növü, o cümlədən elektron siqaretlər insan sağlamlığına ciddi təhlükədir, ağ ciyər xərçəngi, ürək-damar problemləri, infarktlara səbəbdir, dinləyən yox idi. Həmçinin orta məktəblərin, ali təhsil müəsssisələrinin qarşısında, yaxınlığında yerləşdirilən köşklərin də təyinatı üzrə fəaliyyət göstərmədiyi, bu köşklərdə siqaretlərin, həm də ədədlə satılmasının yeniyetmə və gənclərdə aludəçiliyə yol açdığını dəfələrlə qeyd etmişik. Real mənzərədən biri budur; Azərbaycan Texniki Universiteti və Memarlıq və İnşaat Universitetinin yerləşdiyi ərazidə, Məmməd Rahim küçəsində səkidə ticarət köşkü qoyulub. Niyə? Elə zənn ediblər ki, tələbələr oradan dəftər, kitab, qələm, tədrisə aid hansısa vəsait alacaq? Xeyr. Köşkün ora yerləşdirilməsinə icazə alan da, icazə verən də çox yaxşı bilir ki, hər iki universitetin tələbələri (oğlan, qız artıq fərq etmir, çünki tələbə qızlar da dəmir məhəccər kənarında əyləşib ya adi, ya da elektron siqaret tüsütülədirlər) dərsdən çıxdıqda, ya da tənəffüs zamanı köşkdən nə almasa da, siqaret mütləq alacaq. Bunu istənilən şəxs orada bir-iki dəqiqə dayanıb müşahidə edə bilər. Səki ilə hər gün minlərlə tələbə o tərəf-bu tərəfə addımlayır. Təbii ki, köşkdə satılan mallar – xüsusən siqaret və kimyəvi qatqılı, zərərli atışdırmalıqlar – çipsilər, Cola, Fanta, cizi-mizi… gənclərin diqqətini çəkir və qeyri-ixtiyari köşkə istiqamətlənirlər. Köşk sahibi və köşkün orada yerləşdirilməsinə izin verənlər də qaz vurub-qazan doldurur. Tələbələrin, gənclərin sağlamlığını məhv etmələri hesabına. Siqaret satışı təhsil müəssisələrindən uzaq olmalıdır, dənə ilə satılmamalıdır deyilsə də, “Tütün məmulatlarından istifadə” ilə bağlı rəsmi qadağalar qəbul edilsə də, işbazlar və havadarları öz bildikləri havanı çalır, havaya oynayanlar da tapılır. Məsələn, tələbələr. Bu və bunun eynisi olan köşklərdə ən çox satılan məhz siqaret və sadaladığımız ziyanlı qidalardır. Ziyanı bəlli olan köşk tələbələrin lap dizinin dibinə qədər gətirilirsə, gənclərin zərərli vərdişlərdən uzaqlaşması necə baş verəcək? Heç bir nəticə verməyən “maarifləndirmə” yoluyla? Göz gördüyünə vərdiş edir, deyilənə yox. Gənclərimizin gələcəyi və sağlamlığı bu cür köşklərin satılan siqaretlərin tüstüsündə fənaya gedir. 

Müsbət olan budur ki, Milli Məclisin ötən iclasında nəhayət bu problemə diqqət ayrılıb. Təki, nəticə olsun. Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək. Həmçinin, nikotin tərkibli elektron siqaretlər də tütün məmulatı hesab ediləcək. Parlamentin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev deyib ki, hələ də gənclər arasında siqaretə, xüsusilə elektron siqaretə aludəçilik meyilləri var. O qeyd edib ki, bu çox acınacaqlıdır: "Qadınlarımız, qızlarımız bir çox hallarda elektron siqaretdən istifadə edirlər. Bu, bizi düşündürür". Deputat Əlibala Məhərrəmzadə deyib ki, elektron siqaretin onkologiya xəstəliyinin yaranmasına da təsirləri var. Son illərdə onkologiya xəstələrinin sayı artır. Ola bilsin ki, bu da səbəblərdən biridir. O bildirib ki, bu siqaretlər tütünlə bağlı olmadığı üçün, bizə iqtisadi olaraq xeyrindən çox ziyanı var: "Birmənalı olaraq elektron siqaretlərin Azərbaycanda təbliğatının, satışının, reklamının qadağan edilməsinin tərəfindəyəm. Çünki marketinq səbəbindən də insanlar buna meyl edirlər. Bizim xanımlarımız da kifayət qədər bundan istifadə edirlər. Bu, hər yerdə müşahidə olunur. Bu da çox pis haldır". Millət vəkili Musa Quliyev bildirib ki, tütün məhsullarının məhdudlaşması, onun reklamının qadağan olunması haqqında bizim qanunlarımız var: "Təəssüf olsun ki, bu qanunlarımız kifayət qədər hüquqi cəhətdən əsaslandırılmış və mükəmməl olsa da, onun işləməsi haqqında o sözləri deyə bilmirik". O bildirib ki, xüsusən tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunumuz demək olar ki, işləmir: "Çox təəssüf olsun ki, qanunun işləməsinə nəzarət edən qurumlar da bu nəzarəti kifayət qədər aparmırlar. Hətta məktəblərin lap yaxınlığında da siqaret köşkləri qoyulub, hətta dənə-dənə siqaretlər satılır. Bütün bunlar hamısı qanunun çox ciddi şəkildə pozulmasıdır. Mən çox arzu edərdim ki, qanuna nəzarət edən orqanlar bu sahədə öz fəaliyyətlərini artırsınlar".

Təhsil məsələləri üzrə ekspert Elmin Nuri Sherg.az-a açıqlamasında qeyd etdi ki, bu, sosioloji problemdir: 

- Məsələ təhsil müəssisələrinin yaxınlığında köşklərin olması deyil, həmin köşklərdə hansı məhsulların satılmasıdır. Köşkün məktəbə, ali təhsil müəssisəsinə yaxın olması, əgər orada həqiqətən də tədris üçün lazım olan vəsaitlər satışa çıxarılırsa, müsbət hesab edilməlidir. Lakin təəssüf ki, bu köşklərdə, bəlkə, lazımi vəsaitlər də satılır, amma eyni zamanda zərərli məhsullar da. Nəticədə şagirdlər, yeniyetmələr zərərli məhsullara meyl edir. Bir çox universitetlərin qarşısında və yanında köşklər var. 18 yaşını keçmiş vətəndaş tütün məhsulları almaq hüququna malikdir. Təbii ki, şəxsən mən, bu cür köşklərdə satılan mal və məhsulların ziyanlı olmasıyla bağlı deyilənlərlə razıyam. Əlbəttə, heç doğru deyil. Bu, sosioloji problemdir. Təhsil müəssisələrinin qarşısında, yaxınlığında ziyanı faydasından daha çox olan qurğular, hər hansı vasitələr olmasa yaxşıdır. Biz gənclərimizi elmə, təhsilə, sağlam həyat tərzinə təşviq etməliyik. Tələbə tənəffüs zamanı, yaxud dərsə gedib-gələndə yolunun üstündəki köşkdən rahatlıqla siqaret, eləcə də mütəxəssislərin hədsiz ziyanı barədə xəbərdarlıq etdiyi elektron siqaret alırsa, bu köşk məsələsinə mütləq baxılmalı, orada insan sağlamlığı üçün məhsulların satılmasının qarşısı alınmalıdır. Bu cür köşklərdə zəruri, faydalı əşyalar satılmalıdır, siqaret kimi ziyanlı məmulatlar deyil. Qanun varsa, ona əməl edilməlidir. Marketlərə də bir vaxt xəbərdarlıq edilmişdi ki, azyaşlı uşaqlara siqaret satışı qadağandır. Valideyn əgər övladını siqaret almağa göndərirsə, övladının gələcəyini ilk növbədə özü məhv edir. Çalışmaq lazımdır ki, ziyanlı vəsitələrə əlçatanlıq çətin olsun. Tələbə niyə dərsdən çıxar-çıxmaz siqaret satışı ilə qarşılaşmalıdır? Əlbəttə, belə olan halda siqaretə meyillilik yaranacaq və getdikcə bu, vərdiş halını alacaq.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Dekabr 2025 01:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see282

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see259

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see237

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see231

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see212

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see185

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see179

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see174

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see167

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see151

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see150

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see148

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see146

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see142

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see142

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see142

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see142

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see139

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see136

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri