Icma.az
close
up
RU
Uşağın ucaboy olmasını istəyirsinizsə, bu qidaları yedizdirin SİYAHI

Uşağın ucaboy olmasını istəyirsinizsə, bu qidaları yedizdirin SİYAHI

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bütün valideynlər uşaqlarının ucaboy olmasını istəyir. Bəs buna necə nail olmaq olar? Bəzi mütəxəssislər hesab edir ki, ucaboy olmaq genetika ilə bağlıdır.

Bəziləri isə  uşaqların uzun boylu olmasının birbaşa onların qida rasionu ilə əlaqədar olduğunu iddia edir. Hər bir halda valideynlər övladlarına yedirtdikləri qidalara xüsusi diqqət yetirməlidirlər. Ailem.az uşaqların boyunun uzanmasına kömək edən qidaları təqdim edir.

Süd və süd məhsulları:

Kalsium mineralının təməli süd və süd məhsullarıdır. Xüsusilə sümük və dişlərin inkişafına lazım olan kalsium ehtiyacını qarşılamaq üçün süd, qatıq, ayran, pendir kimi qidaların yeniyetməlik dövründəki uşaqların qidalanma proqramına daxil edilməsi vacibdir. Gün ərzində uşaqlarınıza mütləq 2 stəkan süd, 1 stəkan qatıq verin. Həmçinin bunlarla yanaşı səhər naharda pendir çeşidlərinin olması, yeməklərin yanında ayran içilməsi kalsium almağa kömək edəcək.

Çedar (cheddar) pendiri:

Bütün pendir növlərinin tərkibində kalsium var. Amma 100 qram çedar pendirində 720 milliqram kalsium var. Evinizdə yeniyetmə varsa, çedar pendiri mətbəxinizdən əskik  olmamalıdır.

Küncüt:

Kalsium dəyəri ən yüksək olan qidalardan biri də küncütdür. Birbaşa yeyilməyən küncüt adətən smit, börək və başqa un məmulatlarının üzərinə səpilir. Amma diqqət etmək lazımdır ki, bu, aşırı dərəcədə olmasın. Çünki küncütün tərkibində yüksək miqdarda yağ var ki, bu da uşaqların artıq çəki almasına səbəb ola bilər.

Çərəzlər:

Uşaqların sevərək yedikləri çərəzlərin də tərkibində kalsium dəyəri yüksəkdir. Əgər uşaqlarınız kifayət qədər süd və süd məhsulları yemirsə, bunlara dəstək olaraq fındıq, fıstıq, badam, qoz kimi çərəzlərdən istifadə olunmalıdır. Gün ərzində təxminən bir ovuc dolusu çərəz yeməsi uşağın daha uzun boylu bir gələcəyi üçün əhəmiyyətlidir.

Uşaqlarda boy uzanmasının əsas səbəbi kalsium və D vitamininin birlikdə qəbul olunmasıdır. Yuxarıda bəhs etdiyimiz zəngin kalsium qaynaqlarının yanında, D vitamini ilə bol olan qidalar da qəbul etmək lazımdır. Balıq yağı kalsium əmilməsini dəstəkləyir, D vitamini ilə zənginolan süd, pendir və yumurta da istifadə oluna bilər. D vitamininin ən zəngin qaynağı isəgünəş işığıdır. Lazımi qədər günəş işığından faydalana bilməyən şəxslərdə istənilən qədər boy uzanması mümkün deyil. Bundan əlavə C vitamini dəyəri yüksək olan qidalar da bədəndə kalsiumun əmilməsini asanlaşdırır. Bu səbəblə bütün qida qruplarından kifayət qədər və balanslı şəkildə istifadə olunması əhəmiyyətlidir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri