Icma.az
close
up
RU
Unudulmaz imza

Unudulmaz imza

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ulduz Əliyeva, jurnalist

Sadıq Xanəliyev Heydər Əliyevin çox sevdiyi jurnalist, pedaqoq, şairlərdəndi...

“Hörmətli Sadıq Xanəliyev! Sizin mənə həsr etdiyiniz “Silinməz” şeiriniz çox xoşuma gəldi.

Sizə hörmət və təşəkkürlə: Heydər Əliyev

Azərbaycan Respublikasının prezidenti”

Dağların sinəsinə uzanan yolun lap qurtaracağında yerləşən dağlar qoynunda, dilbər guşədə bir kənd var. Bist kəndi. Azərbaycanın incisi adlandırılan Ordubad rayonunun Bist kəndi demək olarki, Ordubadın ucqar kəndlərindəndir. Bu kəndə gedib çatmaq üçün Naxçıvan şəhərindən iki satlıq yol qət etməli olursan. Kəndə çatanda isə cənnətin bu guşəsi üçün nəyinki iki saat, günlərlədə yol gəlmək olar düşüncəsinə dalır insan. Mənim isə bu kəndə yol almaqda səbəbim dəyərli pedaqoq, el ziyalısı, insanların dostu, Ulu öndərin çox sevdiyi şair Sadıq Xanəliyevlə həmsöhbət olmaq idi. Mən Sadıq müəllimi 2000-ci ildən tanıyıram. Gözəl şeirlər müəllifi, əsil pedaqoq kimi hər zaman ondan nümunə götürüb, ziyasının nurundan bəhrələnmişik.

Sadıq Şahsuvar oğlu Xanəliyev 1936-cı il martın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndində anadan olub. Sadıq müəllim, 55 il müəllimlik etmiş, əməkdar müəllim, publisist, yazıçı, SSRİ maarif əlaçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatçısı, 8 kitab müəllifi, zəngin mənəviyyat sahibidir. Hal hazırda Bist kəndində yaşayır. Sadə, səmimi, mübaliğələrdən uzaq olan, ziyasının nurundan hər kəsin çırağını işıqlandırmağa çalışan şairin həyatyanı sahəsində xüsusi bir otaq var. Sadıq müəllimdən o otaqa baxmağı xahiş etdim. Divardan asdığı açarı götürərək, otağa baxmağa razılıq verdi. Biz həmin otaqa doğru getdik. Astaca qapını açıb, “buyurun” dedi. Dostluğa, yoldaşlığa xüsusi dəyər verən Sadıq müəllim bu otağı “Dostluq müzeyi- Xatirə kitabxanası” adlandırıb. İçəri daxil oldum. Sanki bir muzeyə, zəngin bir kitabxanaya düşmüşdüm. Divarın dörd bir tərəfi, kitablar, xatirə suvinirlər, jurnallar və biri birindən maraqlı əşyalarla dolu idi. Masanın üzərində 50-60 səhifədən ibarət albom vardı. Onu əlimə aldım və vərəqləməyə başladım. Vərəqlədikcə Azərbaycan ziyalılarının və dünya şöhrətli xarici yazıçıların Sadıq Xanəliyev haqqında söylədikləri fikirləri, xatirələri oxudum. Dostluğa, yoldaşlığa xüsusi dəyər verən Sadıq müəllim haqqında gözəl fikirlər yazılmışdı.

Ukraynanın Klişkova kəndinin fəxri üzvü seçilmiş, SSRİ-Fransa cəmiyyətinin “Normandiya-Neman” medalı ilə təltif edilmiş Sadıq Xanəliyev görkəmli şəxsiyyətlərin ürək sözlərini bu xatirə albomuna toplamış və onları dəyərli bir xəzinə kimi qorumuşdu.

Akademik Yusif Məmmədəliyev, Süleyman Rüstəm, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Rəsul Həmzətov, Mirvari dilbazi, Mixail Stelmax və başqaları Xanəliyevin pedaqoji fəaliyyəti və ədəbi mühitlə əlaqəsini yüksək qiymətləndirmişlər.

Albomu vərəqlədikdə ilk diqqətimi çəlb edən ümummilli lider, hər zaman xalqının ziyalısını diqqət mərkəzində saxlayan, dahi şəxsiyyət Heydər Əliyevin sözləri oldu.

“ Hörmətli Sadıq Xanəliyev! Sizin mənə həsr etdiyiniz “Silinməz” şeiriniz çox xoşuma gəldi. Sizə hörmət və təşəkkürlə: Heydər Əliyev

Azərbaycan Respublikasının prezidenti”

Bu sətirləri oxudum və daha bir maraqlı foto diqqətimi cəlb etdi. Ümummilli lider Heydər Əliyevin Sadıq müəllimə bağışladığı imzalı fotosu. Fotonu əlimə alıb maraq dolu baxışlarla Sadıq müəllimə döndüm. Baxışlarımdan suallarımı anladı və ümummilli liderlə necə görüşdüklərini, səmimi söhbətlərini danışmağa başladı. Sadıq müəllim deyir ki; “İsti bir yay günündə Heydər Əliyevlə onun Naxçıvandakı evində görüşmüşdük. O, mənim şeirlərimi tez-tez oxuyurdu. Ona həsr etdiyim “Silinməz” şeirini çox bəyənmişdi. Uzun söhbət etdik. Qızı Sevil xanımda yanımızda idi. Sevilə dedi ki, “heç kim Sadıq müəllim kimi mənə şeir yaza bilməz.” Həmin gün şəklinin üzərində “21.08.90” yazıb, imzasını çəkib mənə verdi. ” Səmimi söhbətimiz olmuşdu. Deyirdiki, bir ay gəlib sizdə qalacağam. Ordubadın təbiətinin vurğunu idi.” “Silinməz”şeirindən

Sıxır əllərini köhnə tanışlar... İtir ürəklərdən hicran karvanı. Çatır vüsalına həsrət baxışlar, Dəyişməz heç nəyə, inan bu anı!

Vətəndə hər yerdə sevirlər səni, Sadiq ürəklərdən bu eşq tükənməz! Mən tərif yazmıram, qınama məni, Vətən tarixindən adın silinməz!

Sadıq müəllim deyir ki, “ “Silinməz”, “Nə yaxşı ki, sən varsan Azərbaycanda!”, “Əkdiyin güllər solmaz!” adlı şeirlərimi Heydər Əliyevə həsr etmişəm. Ən çox sevdiyi “Silinməz” şeirim idi. Onun vəfatı məni çox kədərləndirmişdi. “Əkdiyin güllər solmaz!” şeirini Heydər Əliyevin vəfatı xəbərini eşidəndəndən sonra yazdım.” Sadıq müəllim danışdıqca sanki, o günlərə qayıtmışdı. Aram-aram fikirlərini ifadə edir, ulu öndərin səmimiyyətindən ağızdolusu danışırdı. Sadıq müəllim deyir ki, dostluq mənəvi sərvətdir. Şeirlərinin birində yazır; Ən böyük varlıqdır dostluq dünyada, Göylərdə baş əyir bu ülvi ada.

Dostluq kimi böyük sərvətin sahibi olan şairin dostlarının ona yazdığı məktublar, göndərdiyi portretlər, qəzet sütunlarından nümunələr, teleqramlar və xatirə yazılar Sadıq müəllim haqqında çox söz deyir. Həmin albomdan bir neçə sətirləri təqdim edirəm.

“Sadıq bəy, salam! Sizə Neft Daşlarında çəkdirdiyim şəkli göndərirəm.Sizə minnətdaram. Sizə can sağlığı və xoşbəxtlik arzulayıram. Sizin Ziya Bünyadov

Hörmətli Sadıq müəlim!

Məktubunu və jurnalı aldım. Həqiqətən sən çox böyük işlərlə məşğulsan! Kaş müəllimlərimizin müəyyən bir qismi səndən və gördüyün işlərdən nümunə götürələr.

Sənə, əziz dost, dərin hörmətlə Bəxtiyar Vahabzadə

Hörmətli Sadıq müəllim!

Uzaq dağ kəndində yaşayan bir oğlumuza necə olarki, məktub yazmayım?! Azərbaycan ziyalılarının ürəyi işığı, hərarıti o günəşdən, zəkası qüvvəti o torpaqdan alıb. Bu məktublar Vətən torpağının ətrini, xalqımızın isti nəfəsini evimizə gətirir. İşinizdə müvəffəqiyyətlər arzu edirəm. Mirvari Dilbazi Xalq şairi

Hörmətli Sadıq Şahsuvaroğlu! Şeirlərinizi oxudum. Bu şeirlər sizin vətəninizin gözəlliklərini tərənnüm edir. Maksim Tank Belarusiya xalq şairi, akademik

Sadıq müəllim haqqında yüzlərlə belə fikirlər, məktublar var. Belə insanlarla həmsöhbət olduqca mənəvi kamilliyin, zənginliyin nə qədər ölməz əsərlər yaratdığının şahidi olur insan. Vətəninə, torpağına bağlı , gələcəyə mənəvi xəzinə mirası qoyan Sadıq müəllim bu gün və gələcək nəsillər üçün gözəl nümunədir. Şair, pedaqoq, mənəvi dəyərlərin təbliğatçısı, dostluq çələngi hörmüş bir şəxsiyyət hər zaman nurundan şölə saçır.

Yazıçı Həmid Arzulunun Sadıq Xanəliyevə ithaf etdiyi şeirində yazır

Gəzdin sərhədləri ümid qanadlı, Müqəddəs duyğular oyatmaq üçün. Xalqların qəlbində məhəbbət adlı, Bir dostluq körpüsü yaratmaq üçün.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Yanvar 2025 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see207

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see171

ABŞ ın Texas ştatında hərbi helikopter qəzasında 2 nəfər ölüb

13 Avqust 2026 03:06see171

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see169

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

13 Avqust 2026 04:05see168

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see168

“Apache” qəzaya uğradı Ölənlər var Video

13 Avqust 2026 04:14see167

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see165

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see164

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see163

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see156

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see154

Tək yaşayan qadına hücum edən gənclə bağlı son qərar Məhkəmə

13 Avqust 2026 14:29see153

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see152

BMT Baş katibinin ofisi bildirib ki, Quterreş Yaxın Şərqdəki vəziyyətə diqqətlə yanaşır

13 Avqust 2026 08:14see151

Maşınla vurulan piyada xəstəxanada öldü Foto

13 Avqust 2026 10:03see151

Fidan Liviyada böhrandan çıxış yollarını müzakirə edib

13 Avqust 2026 02:25see149

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see145

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see141

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri