Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Zaqatalada unudulmaz anlar...

Zaqatalada unudulmaz anlar...

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

... Yanımda əyləşib. Tədbirin başlanmasına hələ bir az qalıb. Hamıdan tez gəlib. Üzündə təbəssüm var, sevinc var. Tanış oluruq. Xanım Muxtarova uzun illər rayon xəstəxanasında çalışıb. İndi təqaüddədir. Öyrənirəm ki, bu məktəbə Şıxəli Qurbanovun adı 1967-ci ildə verilib. Odur ki, elə həmin ilin sentyabrında əlinə çanta götürüb ilk dəfə dərsə gəlməsindən danışır: “İndiyədək yadımdadır, – deyir, – anamın başıma lent bağlamağı da, əlimdən tutub qonşu uşaqlarla birlikdə dərsə gətirməyi də... İnanın ki, hamıdan əvvəl biz gəlmişdik, lap bugünkü kimi. Sinif yoldaşlarımın hamısını, müəllimlərimi yaxşı xatırlayıram. Onların arasında sağ qalanlar da var, dünyasını dəyişənlər də...”

... Görüş başlayır. Yaxından, uzaqdan çoxlu qonaq gəlib. Azərbaycan Yazıçılar Birliyinin Şimal-Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərli də burdadır. Məktəb rəhbərliyinin əli kimə çatıbsa, dəvət eləyib. Aralarında çağırılmayanlar da var. Eşidib özləri gəliblər.

Tədbirin Novruz günlərində keçirilməsinin də ayrı ləzzəti var. İclas salonu başdan-başa bəzənib. Bu da təsadüfi deyil. Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına 3 saylı məktəbdə böyük ədibin 100 illik yubileyi keçirilir.

Bəri başdan deyim ki, yubileyə əməlli-başlı hazırlıq görülüb. Məktəbin həyətində qoyulmuş büst bərpa edilib. Ətrafı abadlaşdırılıb. Birinci mərtəbədə görkəmli ictimai-siyasi xadimin həyat yolunu əks etdirən panno quraşdırılıb.

İlk söz məktəbin direktoru Vüsal Qurbanova verilir. O, məktəbin yaranması tarixindən, ona 58 il bundan əvvəl Şıxəli Qurbanovun adının verilməsindən, həyətdə görkəmli ictimai-siyasi xadimin həmin büstünün qoyulmasından danışır. Böyük monitorda Şıxəli Qurbanovun həyat və fəaliyyətini əks etdirən şəkillər, video-süjetlər nümayiş etdirilir. Salona qızı Gülnarə Qurbanovanın səsi yayılır. O, atasına göstərilən bu diqqətə görə rayon rəhbərliyinə, Şəki–Zaqatala Regional Təhsil İdarəsinə, məktəbin kollektivinə və bir də bu tədbirin keçirilməsində xidməti olan hər kəsə Qurbanovlar ailəsi adından təşəkkürünü bildirir.

Sonra məktəbin şagirdlərinin ifasında yubilyarın şeirləri səsləndirilir, sözlərinə yazılmış mahnılar ifa olunur. “Əcəb işə düşdük” komediyasından parçalar nümayiş etdirilir.

Salondakılara baxıram. Novruz bayramının keçirilməsində böyük xidmətləri olan və bu bayrama pasport verən Şıxəli Qurbanovun belə xatırlanması hamıda iftixar hissi yaradıb.

Şəki–Zaqatala Regional Təhsil İdarəsinin rəisi Günay Mahmudova da gələn qonaqların arasındadır. Çıxış üçün söz ona verilir. Günay xanım tədbirdən çox razı qaldığını bildirir, gələcəkdə də belə tədbirlərin keçirilməsini tövsiyə edir.

... Aradan neçə gün keçib. Düşünürəm ki, hamı bu tədbirdə xoş anlar yaşayıb. Mənim isə ölməz bəstəkar Süleyman Ələsgərovun Şıxəli Qurbanovun sözlərinə yazmış olduğu və respublikanın əməkdar artisti Ehtiram Hüseynovun oxuduğu “Nə gözəlsən, mənim Şuşam” mahnısı yadımdan çıxmır.

Hər yay sənin yaylağına,
Uçub gələn azad quşam.
Nə gözəlsən, mənim Şuşam,
Cəlalına vurulmuşam.

Çox qəribədir ki, bütün tədbir boyu bu mahnını zümzümə eləmişəm. Özü də çox illər qabaq, təxminən 40 il bundan əvvəl, bu gün daha da gözəlləşən Şuşamızda olduğu kimi...

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see644

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see614

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see611

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see498

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see459

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see424

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see396

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see386

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see345

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see337

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see334

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see326

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see323

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see320

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see317

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see313

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see309

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see306

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see302

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri