Icma.az
close
up
RU
“Unudulmaz Əfəndiyevlər irsi” adlı tədbir keçirilib FOTOLAR

“Unudulmaz Əfəndiyevlər irsi” adlı tədbir keçirilib FOTOLAR

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 4-də Azərbaycan ədəbiyyatının görkəmli xadimləri – Xalq yazıçıları İlyas Əfəndiyev və Elçin Əfəndiyevin xatirəsinə həsr olunmuş “Unudulmaz Əfəndiyevlər irsi” adlı tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə iki görkəmli ədibin zəngin yaradıcılıq irsini əks etdirən “İlyas Əfəndiyev: Geriyə baxarkən” və “Elçin və kino” kitablarının təqdimatı gerçəkləşib.

Nəşrlərin ideya müəllifi Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevadır. Kitabların elmi məsləhətçiləri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və “Şərq-Qərb” nəşriyyatının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıdır.

Təqdimat mərasimini açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli İlyas və Elçin Əfəndiyevlərin Azərbaycan ədəbiyyatı tarixində xüsusi yerə malik olduqlarını, milli dramaturgiya və nəsrin inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Bakı Bələdiyyə Teatrının rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, tədqiqatçı, filologiya elmləri doktoru Abid Tahirli, “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı, “Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova çıxış ediblər.

Natiqlər yazıçılarla bağlı xatirələrini bölüşüb, onların əsərlərinin ölkənin ədəbi həyatı üçün əhəmiyyətindən danışıb, İlyas Əfəndiyevi və Elçin Əfəndiyevi fərqləndirən yüksək insani keyfiyyətləri vurğulayıblar. Qeyd edilib ki, Əfəndiyevlər ailəsinin yaradıcılığı Azərbaycanın mədəni irsinin önəmli tərkib hissəsidir, eyni zamanda, yeni nəsil yazıçılar və oxucular üçün ilham mənbəyidir.

Çıxışçılar tərəfindən bildirilib ki, onların yaratdıqları ədəbi-bədii nümunələr Azərbaycanla yanaşı, Türk Dünyasında, eləcə də beynəlxalq ədəbi çevrələr və oxucu auditoriyasında böyük maraq doğurur, milli mədəniyyətimizin tanıdılmasında mühüm rol oynayır.

Sonra Milli Məclisin deputatı Günay Əfəndiyeva çıxış edərək tədbirdə iştirak edən, Əfəndiyevlər ailəsinin zəngin ədəbi irsinin qorunub saxlanılması və təbliği ideyasını dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.

Təqdimat mərasiminin bədii hissəsində muğam televiziya müsabiqəsinin qalibi, xanəndə Nisbət Sədrayeva, tarzən Rüstəm Müslümov və Azərbaycanın Əməkdar artisti, kamança ifaçısı Toğrul Əsədullayev çıxış ediblər.

Tədbirdə Türkiyə, Özbəkistan və Tacikistanın Azərbaycandakı səfirləri, tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri