Icma.az
close
up
RU
UNUNESCOdan tələb!

UNUNESCOdan tələb!

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Təşkilatın baş direktoru Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin məktubuna cavab verəcəkmi?

Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO Azərbaycanın erməni işğalında olmuş ərazilərinə hələ də missiya göndərməyib. Dörd ildən çoxdur ki, torpaqlarımız erməni işğalından azad olunub, ərazi bütövlüyümüz təmin edilib. Lakin UNESCO hələ də ermənilər tərəfindən viran edilmiş ərazilərimizə missiya göndərmək niyyətində deyil. Eyni zamanda, bu təşkilat indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus olan tarixi, mədəni və dini irsin dağıdılmasına susur. Bununla bağlı müraciətlər isə cavabsız qalır.

Ermənistan xalqımıza məxsus irsi məhv edib

Qeyd edək ki, bu məsələ ilə əlaqədar Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri UNESCO-nun Baş direktoru Odri Azuleyə açıq məktub ünvanlayıb. Məktubda deyilir: “Biz sizə Ermənistanın Azərbaycan xalqına məxsus mədəni və tarixi irsi məqsədli şəkildə məhv etməsindən dərin narahatlığımızı ifadə etmək və bununla bağlı əməli addımların atılmasına çağırış etmək məqsədilə müraciət edirik. Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi, Vedi və digər bölgələrdə Azərbaycan xalqının mədəni irsi məhv edilib, mənimsənilib. Məsələn, İrəvanda yerləşən Dəmirbulaq məscidi 1990-cı illərin əvvəllərində buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə bir neçə mərhələdə məhv edilib. Qala məscidi, Şah Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi, Sərtib Xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi, Hacı İnam məscidi və Ermənistan ərazisində yerləşən 300-dən artıq digər dini və mədəni abidələri eyni aqibətlə üzləşib. Bundan əlavə, Ermənistan ərazisində Aşağı Şorca, Qullubulaq, Saral və Ağadada kimi 500-dən artıq Azərbaycan qəbiristanlığı təhqir edilərək dağıdılıb”. Azərbaycan QHT-ləri bunu qəbuledilməz sayıb, o da vurğulanıb Aşıq Ələsgərin məzarı da bu cür münasibətlə üzləşib.

Qeyd olunub ki, bu geniş miqyaslı kampaniya yalnız fiziki dağıntılarla məhdudlaşmayaraq, Azərbaycan kəndlərinin tarixi adlarının da tamamilə dəyişdirilməsi və erməni adları ilə əvəzlənməsi ilə müşayiət edilib: “Ermənistan ərazisində qalan yeganə məscid - İrəvandakı Göy Məscid saxtalaşdırılaraq “fars məscidi” kimi təqdim edilir”.

Təpəbaşı məhəlləsi tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir

Məktubda xüsusi qeyd edilir ki, İrəvanda yerləşən və Azərbaycanın tarixi şəhərinin yeganə qalıqları olan Təpəbaşı məhəlləsi tamamilə məhv təhlükəsi ilə üz-üzədir, bununla bağlı dəfələrlə məsələ qaldırılsa da, UNESCO praktiki addımlar atmayıb: “UNESCO-nun məsələyə təcili müdaxiləsi zəruridir. Təşkilatın üzv dövlətlərindən biri tərəfindən mədəni mülkiyyətin məqsədyönlü şəkildə məhvinə və Azərbaycanın mədəni irsinin, tarixi köklərinin inkar edilməsinə qarşı UNESCO prinsipial və ardıcıl mövqe nümayiş etdirməlidir. Biz - Azərbaycanın QHT nümayəndələri UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərməsini, Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətini monitorinq etməsini və sənədləşdirməsini, Ermənistandan UNESCO sənədləri də daxil olmaqla, beynəlxalq konvensiyalar çərçivəsində mədəni irsin qorunması üzrə öhdəliklərinə əməl etməsinin tələb olunmasını bir daha xahiş edirik”.

Açıq Məktubu “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Qərbi Azərbaycan İcması, “Miras” Mədəni İrsin Təbliği İctimai Birliyi, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyi, “Zəngəzur” Cəmiyyətləri, Beynəlxalq Avrasiya Mətbuat Fondu, D.Əliyeva adına Azərbaycan Qadın Hüquqları Cəmiyyəti, Azərbaycan Milli İnsan Hüquqları Cəmiyyəti, “Hüquqların və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi, “Obyektiv” Milli Dəyərlərin Təbliği İctimai Birliyi, “Prioritet” Sosial İqtisadi Tədqiqatlar Mərkəzi, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi, “ICOMOS Azərbaycan” İctimai Birliyi, Cəfər Cabbarlı Mədəniyyət, Elm və Təhsilin İnkişafı İctimai Birliyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyi, Azərbaycan Mədəni İrsinin Qorunması və Turizmə Dəstək Assosiasiyası, “Əbədi Turan” Kitab Fondu, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması”, Mirzə Ələkbər Sabir Fondu, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyi, “İz” Mədəni İnkişaf və Dəstək İctimai Birliyi və Müvəkkil Hüquq Mərkəzi imzalayıb. Hələlik UNESCO Açıq Məktuba heç bir cavab verməyib.

Odre Azule kimdir?

Xatırladaq ki, Odre Azule Fransanın mədəniyyət naziri vəzifəsində çalışıb.  2017-ci ilin oktyabrından isə UNESCO-nun baş direktoru vəzifəsini icra edir. Ermənistanın 30 illik işğalı dövründə UNESCO ərazilərimizə missiya göndərməməsini siyasətə qarışmaması ilə əlaqələndirirdi. Eyni zamanda, işğalçı Ermənistan buna mane olurdu. Ancaq 44 günlük Vətən müharibəsindən sonra qurumun mövqeyində birdən-birə dəyişiklik müşahidə olundu. Belə ki, UNESCO-nun bəzi rəhbər şəxsləri  Ermənistanın Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki xristian abidələrini guya dağıtması ilə bağlı iddialarına cavab olaraq öz missiyalarını regiona göndərməyə hazır olduqlarını bildirdilər. Təşkilat rəsmilərinin Ermənistanın müraciətinə belə çevik reaksiya verməsi cəmiyyətimizdə haqlı etiraz doğurdu. Azərbaycan missiyanın regiona gəlib obyektiv araşdırma aparmasına tərəfdardır və bununla bağlı mövqeyini UNESCO-ya çatdırıb. Lakin görünən odur ki, təşkilat rəsmiləri yalnız ermənilərin marağına uyğun missiya təşkil etmək istəyirlər. Bu yanaşma isə Azərbaycan üçün qəbulolunmazdır. Çünki belə yanaşma UNESCO-nun elan olunmuş prinsipləri ilə bir araya sığmır və suallar doğurur. Təşkilat öz statusuna uyğun fəaliyyət göstərməli və obyektivlik nümayiş etdirməlidir.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Dekabr 2024 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri