Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Ünvanlı sosial yardım aztəminatlı ailələrə dövlət qayğısıdır

Ünvanlı sosial yardım aztəminatlı ailələrə dövlət qayğısıdır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər aparılan ardıcıl islahatlar sosial müdafiə sisteminin bütün istiqamətləri üzrə mühüm irəliləyişlərə imkan yaradıb. Bütün bunlar ölkəmizdə sosial inkişafın davamlı xarakter aldığını göstərir. Bu kontekstdə aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması, gündəlik ehtiyaclarının ödənilməsi və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrə dövlət qayğısının mühüm formasıdır. Ünvanlı yardım alan ailələrin sayı 2018-ci ilə nisbətən ötən dövrdə 2 dəfəyə yaxın artıb. 2026-cı ilin 1 yanvar tarixinə 76,1 min ailə (336 min nəfər ailə üzvü) ünvanlı yardımla təmin edilir. Eyni zamanda, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan ehtiyac meyarı 2018-ci ilə nisbətən 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği 2018-ci ilə nisbətən 2,4 dəfə artaraq 175 manatdan 422 manata çatıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən, ötən ilin dekabr ayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 30 dekabr tarixinə ünvanlı sosial yardım alan ümumilikdə 76 min 103 ailənin hər birinə (337 min 932 nəfər ailə üzvü) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 200 manat birdəfəlik maddi yardım ödənilib.

Qeyd edək ki, son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar çərçivəsində bu sosial yardım proqramı təkmilləşdirilib. Bəs, ünvanlı sosial yardım almaq üçün müraciət proseduru necədir, hansı şərtlər tələb olunur? Hansı ailələrə yardım verilir və məbləği necə müəyyənləşdirilir?

Nazirliyin İctimai Şurasının sədri Elşad Məmmədov bildirdi ki, ünvanlı sosial yardım alınması üçün müraciət forması son illər xeyli sadələşdirilib. Sosial yardımın alınması üçün ailə tərkibi haqqında elektron qaydada müraciət olunur və ərizə bəyannamədə ailə tərkibi, gəlirləri, əmlakı barədə qeyd edilən məlumatlar müvafiq qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılır.

Bu zaman gəlirlərin ailənin adambaşına ehtiyac meyarından aşağı və yuxarı olması müəyyən edilir. Sosial yardım üçün müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının (2026-cı il üçün 300 manat) məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım almaq hüququna malikdirlər. Yardım təyin edilərkən ailə üzvünün əmək qabiliyyətini itirməsi, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulması əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etmə, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani oxuması, ailənin əmək qabiliyyətli üzvünün işsizlikdən sığorta ödənişi alması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması kimi məsələlər nəzərə alınır.

Ərizə-bəyannamədə qeyd edilmiş məlumatlar e-sistem tərəfindən bir çox qurumların informasiya bazalarındakı məlumatlar əsasında avtomatik qaydada yoxlanılarkən məlumatlarda uyğunsuzluq aşkar olunmadığı halda ailənin məişət şəraiti yoxlanılır. Yekunda yardımın təyin edilib-edilməməsi barədə elektron qaydada qərar qəbul edilir və bu barədə ailənin təmsilçisinə məlumat göndərilir. Onu da vurğulayım ki, son illər ünvanlı yardımın təyinatı şərtləri xeyli yumşaldılıb. Məsələn, artıq ailənin götürdüyü kredit ünvanlı sosial yardım təyinatına maneə yaratmır. Yaxud müraciət edən ailənin adambaşına düşən kommunal-rabitə xərclərinin orta aylıq məbləğinin ölkə üzrə yaşayış minimumuna nisbəti əvvəllər 10 faizdən çox olmamalı idisə, indi bu nisbət 15 faizə çatdırılıb.

Bu tədbirlərin davamı olaraq, 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ünvanlı yardım” elektron sistemi yenidən qurulmaqla ünvanlı sosial yardım proqramına müraciət proseduru daha da təkmilləşdirilib. Yəni ünvanlı yardım üçün müraciət edən şəxslərdən ərizə bəyannamədə ailə üzvlərinin pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, əməkhaqqı üzrə gəlirlər, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə, cəzaçəkmə müəssisəsində olması, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması, kommunal xərcləri, telefon nömrələri, əlilliyinin olması, əlilliyi olan şəxsə, 3 yaşadək uşağa qulluq etməsi və s. məlumatların qeyd edilməsi tələb olunmur.

Bu məlumatların müvafiq qurumların informasiya sistemlərindən əldə olunduğunu deyən Elşad Məmmədov qeyd etdi ki, ünvanlı yardım almış ailə yardım üçün təkrar müraciət etdikdə əgər ailə tərkibi və yaşayış ünvanı dəyişməyibsə, ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan, I dərəcə, yaxud II dərəcə əlilliyi olan iki və daha çox ailə üzvü, üç və daha çox uşaq varsa, həmin ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmadan da yardım təyin olunub-olunmamasına dair qərar verilir.

Ünvanlı sosial yardım almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Bir il ərzində ünvanlı sosial yardım almış ailə yenidən müraciət edə bilər. Ünvanlı dövlət sosial yardım proqramı aztəminatlı ailələrdəki uşaqların effektiv sosial müdafiəsinə təminat yaradır. Təsadüfi deyil ki, bu gün ünvanlı dövlət sosial yardımı təyin edilmiş ailələrin üzvlərinin yarıdan çoxu uşaqlardır.

Hazırda aparılan sosial siyasət cəmiyyətin hər bir fərdini əhatə edir. Bu siyasət ölkə vətəndaşının rifahının yaxşılaşdırılmasını, sosial cəhətdən həssas qrupların, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsini təmin edir. Məsələn, özünüməşğulluq proqramı vasitəsilə ötən dövrdə 100 mindən çox şəxs üçün kiçik ailə təsərrüfatları yaradılıb.

Mustafa KAMAL
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:331
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri