Uqoçi Daniels: 280 milyondan çox insan doğulduğu yerdən kənarda yaşayır
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Beynəlxalq Miqrasiya Təşkilatının Dünya Miqrasiya Hesabatına əsasən, 280 milyondan çox insan doğulduğu yerdən kənarda yaşayır".
Oxu.Az xəbər verir ki, bu sözləri Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniels BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən yüksəksəviyyəli panel iclasda deyib.
Onun sözlərinə görə, 2022-ci ilin sonuna qədər 71 milyondan çox insan öz ölkəsi daxilində miqrasiyaya məruz qalıb və bunun 20 milyonundan çoxu fəlakətlər səbəbindən baş verib.
"İqlim dəyişikliyinə görə bu göstəricilər daha da pisləşəcək. Proqnozlara əsasən, 2050-ci ilədək 260 milyondan çox insan öz ölkəsi daxilində yerdəyişməyə məruz qalacaq. Bilirik ki, effektiv iqlim tədbirləri bu rəqəmi 80 faiz azalda bilər. Buna görə miqrasiyanı uyğunlaşdırılmış həll yoluna çevirməyin yollarını düşünməliyik", - deyə Beynəlxalq Miqrasiya Təşkilatının rəsmisi əlavə edib.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 18 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















