Icma.az
close
up
RU
“Urban Hackathon 2026”da gənclər dayanıqlı şəhər mobilliyi üçün həllər təqdim edib

“Urban Hackathon 2026”da gənclər dayanıqlı şəhər mobilliyi üçün həllər təqdim edib

Apa.az saytına istinadən Icma.az xəbər verir.

13-16 mart tarixlərində Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində təşkil olunan “Urban Hackathon 2026: Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu” uğurla başa çatıb.

APA xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və SABAH.Hub-ın dəstəyi ilə baş tutub.

Hakaton sürətli urbanizasiya, yol tıxacları, ictimai nəqliyyatın inteqrasiyası və “last-mile” problemləri kimi çağırışlara innovativ və əlverişli həllər təqdim etməyə yönəlib. Tədbirin əsas məqsədi gənclərin yalnız ideya istehsalçısı deyil, həm də şəhərlərin gələcəyini formalaşdıran aktiv iştirakçı kimi çıxış etməsinə nail olmaqdır.

Tədbirdə ölkənin müxtəlif ali təhsil müəssisələrindən 150-dən çox tələbə iştirak edib, 30-dan artıq komanda 48 saat ərzində layihələr üzərində işləyib. İştirakçılar yaşıl mobillik, multimodal nəqliyyat sistemləri, mikromobillik həlləri və rəqəmsal şəhər platformaları üzrə innovativ yanaşmalar təqdim ediblər.

Hakaton müddətində komandalar şəhərsalma, sahibkarlıq, maliyyə modelləşdirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri üzrə ekspert mentorluğu alıblar. Bu, ideyaların real bazar potensialına malik tətbiq oluna bilən həllərə çevrilməsini təmin edib.

Final mərhələsində komandalar layihələrini problemin əsaslandırılması, həll mexanizmi, məhsul və ya xidmət modeli, iqtisadi davamlılıq və sosial təsir meyarları əsasında təqdim ediblər. Münsiflər heyəti innovativ yanaşma və tətbiq potensialı əsasında qalibləri seçib və mükafatlandırıb.

“Urban Hackathon 2026” gənclərin şəhər inkişafında rolunu gücləndirir, WUF13 öncəsi şəhər innovasiyalarının təşviqi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Mart 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri