Icma.az
close
up
RU
Ürək də “istirahət” etməlidir!

Ürək də “istirahət” etməlidir!

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Kifayət qədər yuxu insanın sağlamlığı üçün çox vacibdir. Uzanmış vəziyyətdə istirahət etmək, ürək-damar sisteminin üzərinə düşən gərginliyi çıxararaq, onun işini normallaşdırır.

Uzanaraq istirahət etməyi heç nə ilə əvəz etmək olmaz.

“Uzanmış vəziyyətdə”, və ya ayaqları yuxarı qaldırmaqla oturaq vəziyyətdə, vaxtaşırı olaraq istirahət edilməsi (xüsusən də ayaq üstə işləyənlər üçün), arterial hipertoniyanın inkişaf etməsinin, aşağı ətraflarda qan dövranının pozulmasının profilaktikası üçün vacib hesab edilir.

Ümumiyyətlə, qan dövranının normal fəaliyyəti üçün vaxtaşırı olaraq bədənin vəziyyətini dəyişmək lazımdır. Məsələn, iş vaxtı siz uzun müddət oturmalı olursunuzsa, hər dəfə imkan olduqca, müəyyən vaxt keçdikdən sonra ayağa qalxaraq otaqda bir qədər gəzmək, oturduqda isə ayaqlarınızın vəziyyətini tez-tez dəyişdirmək, onları büküb-açmaq, hərəkət etdirmək lazımdır. Amerikanların, bizim əqidəmizə görə ədəbsiz hesab edilən – oturarkən ayaqları stolun üzərinə qoymaq adətləri, həkimlər tərəfindən qan dövranı pozulmasının gözəl profilaktikası hesab edilir. Ona görə imkan olan kimi bir az da olsa “amerkansayağı” oturmağa çalışın.

Əgər siz psixoloji gərginlik (stres) keçirmisinizsə, 15-20 dəqiqə ərzində mütləq ayaqlarınız yuxarıda olmaqla oturmağa və ya daha yaxşı olar ki, uzanmağa çalışın. Psixoloji gərgiliiyə məruz qalan zaman ayaq üstə olmaq, ürək-damar sisteminə olan gərginliyi kəskin şəkildə artırır.

Gün ərzində normal yuxu 8-10 saat təşkil etməlidir, həm də imkan olarsa gün ərzində də istirahət etmək yaxşı olar. Çarpayıda yatarkən ayaq tərəf bir qədər hündür (7-10 sm-dək) olmalıdır. Bu daha tez yuxulamağa və dərin yuxuya getməyə kömək edir, həmçinin ürək-damar sisteminin normal vəziyyətinin bərpa edilməsini təmin edir. Səhərlər yataqdan qalxarkən bədənin üfüqi vəziyyətdən şaqulu vəziyyətə keçməsi – qan dövranı üçün ciddi sınaqdır. Buna görə, saatın zəngi vuran kimi, tez bir zamanda yataqdan sıçramaq adətindən imtina etmək lazımdır. Yataqdan tələsmədən, tədricən qalxmaq lazımdır.

Yuxudan qalxan kimi fiziki gərginliklə məşğul olmayın. Səhərlər acqarına 1 stakan soyumuş çay, itburnu şirəsi və s. içmək lazımdır. Gecə ərzində ürək-damar sistemində olan mayenin həcmi azaldığı üçün onun yerini doldurmaq tələb olunur ki, bu da qan dövranını yaxşılaşmasına səbəb olur. Gün ərzində imkan olduqca, uzanmış vəziyyətdə istirahət etməkdən imtina etməyin.

Ağır və uzun iş günündən sonra yorğunluga fikir vermədən tez bir zamanda idman zalına, və ya qaçışa getməyə tələsməyin. Yaxşı olar ki, bədənin yorğunluğuna güzəştə gedərək bir qədər istirahət edəsiniz.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 04:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri