Icma.az
close
up
RU
Ürək həkimi infarkt riskini artıran 4 amili açıqladı

Ürək həkimi infarkt riskini artıran 4 amili açıqladı

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Amerika Birləşmiş Ştatlarında hər 34 saniyədə bir nəfər ürək-damar xəstəlikləri səbəbilə həyatını itirir.

Sherg.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, qlobal yük artır və ürək xəstəlikləri 2022-ci ildə dünya üzrə 19,8 milyon insanın ölümünə səbəb olub. Buna görə də bu gün ürək sağlamlığına diqqət yetirmək ən əsas prioritetlərdən biridir. Ürək-damar cərrahı Dr. Ceremi London sosial şəbəkə paylaşımında ürək əməliyyatı keçirən xəstələrdə rast gəlinən ortaq cəhətləri açıqlayıb.

25 ildən artıq klinik təcrübəyə malik cərrah, bu ortaq xüsusiyyətlərin adətən ürək əməliyyatı tələb edən şəxslərdə xəstəliyin başlıca səbəbi olduğunu bildirib. O həmçinin dəyişdirilə bilən risk faktorlarına diqqət etməyin niyə vacib olduğunu izah edib.

Həkim deyib:

“Ağrılı həqiqət budur ki, əməliyyat yalnız kəskin problemi həll edir, lakin altda yatan xroniki problemi aradan qaldırmır. Davranış dəyişikliyi problemin kök səbəbini müəyyən etməyin və aradan qaldırmağın ən təsirli yoludur.”

1. Siqarət

Dr. Londonun sözlərinə görə siqaret çəkmək, bədəninizə – xüsusilə də ürəyinizə edə biləcəyiniz ən zərərli davranışlardan biridir.

“Siqaret çəkmək qan damarlarının daxili səthinə ziyan vurur və bunun birbaşa ateroskleroza – damar divarlarında piylənmə və lövhə yığılmasına səbəb olduğu sübut edilib. Bu proses damarları sərtləşdirir və daraldır, ürəyə və digər orqanlara qan axınını məhdudlaşdırır,” – deyə o bildirib.

O əlavə edib ki, siqaret tüstüsündəki karbonmonoksit qanda hemoglobinə oksigendən daha asan bağlanır və bu da ürəyə gedən oksigen miqdarını azaldır. Ardınca əlavə edib:

“Zəncirvari şəkildə çox siqaret çəkmək lazım deyil. Ara-sıra siqaret belə ürək xəstəliyinə yol açır.”

"PLOS Medicine" jurnalında dərc olunan son araşdırma göstərib ki, az siqaret çəkən şəxslərdə belə heç siqaret çəkməyənlərlə müqayisədə ürək xəstəliyi və ölüm riski əhəmiyyətli dərəcədə yüksəkdir.

Dr. Londonun tövsiyəsi isə qısadır:

“Yaxşı xəbər odur ki, həll yolu sadədir: Siqareti tərgidin.”

2. Obezlik

Ürək əməliyyatı olunanların ikinci ortaq xüsusiyyəti piylənmədir. Həkim bildirir:

“Obezliyin artmasını birbaşa müşahidə etdik. Fastfood və emal olunmuş qidaların populyarlığı artdıqca, obezlik səssiz qatilə çevrildi.”

Obezlik yüksək təzyiqə, damar divarlarına zərər verən xroniki iltihabla nəticələnərək ateroskleroza və beləliklə ürək xəstəliyi riskinin artmasına səbəb olur.

Amerika Ürək Assosiasiyasının 2024-cü il araşdırmasına görə, ABŞ-də obezliklə əlaqəli ürək xəstəliyi ölümləri 1999–2020-ci illər arasında 180% artıb.

3. Diabet

Həkim Londona görə, xüsusilə 2-ci tip şəkərli diabet də ağır ürək xəstəliklərinə və nəticədə əməliyyat ehtiyacına gətirib çıxarır.

“Tip 2 diabet həyat tərzi ilə bağlı xəstəlikdir. Bu isə onu aradan qaldırmaq üçün həyat tərzi dəyişikliyi tələb etdiyi anlamına gəlir,” – deyə o qeyd edib.

Kilo vermək, sağlam qidalanmaq və müntəzəm fiziki aktivlik kimi sadə addımlar xəstəliyin geriləməsinə səbəb ola bilər.

Ürək Assosiasiyasının 2023-cü il araşdırması göstərib ki, tip 2 diabeti olan hər 3 yetkindən 1-də aşkarlanmayıb qalan ürək-damar xəstəliyi var.

4. Genetika

Ürək xəstəliyi riskini artıran dördüncü amil isə genetik xüsusiyyətlərdir.

Kardioloq bildirir: “Genlərinizdən qaça bilməzsiniz. Lakin onların necə ifadə olunmasına təsir göstərə bilərsiniz.”

Bu təsir üç əsas davranışla mümkündür: sağlam qidalanma, müntəzəm hərəkət və stresin idarə edilməsi.

Həkim əlavə edir:

“Vacib olan bir dəfə sağlam yemək, bir dəfə idmana getmək və ya bir dəfə yaxşı yatmaq deyil. Bunlar kiçik qələbələrdir. Önəmli olan qaçırdığınız zaman belə davam etdirmək istəyəcəyiniz bir rutin yaratmaqdır.”

Nəticə olaraq, əgər həyatınızda bildirilən bu xüsusiyyətlərdən bəziləri varsa, bu dəyişiklik etməyin vaxtı gəldiyi deməkdir. Dr. Londonun vurğuladığı kimi:

Ürəyinizi qorumağın ən təsirli yolu dəyişdirilə bilən həyat tərzi amillərinə fokuslanmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri