Icma.az
close
up
RU
İnfarkt və insult riskini artıran qidalar

İnfarkt və insult riskini artıran qidalar

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ürək-damar problemləri dünyada ən çox yayılmış və ən təhlükəli xəstəliklərdən biridir. Mütəxəssislər bildirirlər ki, riskləri azaltmaq düzgün qidalanma, normal çəkini qoruma, müntəzəm fiziki aktivlik və siqaret, alkoqol kimi zərərli vərdişlərdən imtina hesabına mümkündür. Bununla belə, insanın dəyişdirə bilmədiyi faktorlar da var. Buna görə də təsir edə biləcəyimiz sağlamlıq amillərini nəzarətdə saxlamaq xüsusilə vacibdir.

Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.

Qırmızı ətin riski

Mütəxəssislərin fikrincə, risk amillərindən biri də qidalanmadır. Kardioloqlar hesab edirlər ki, 50 yaşdan sonra qırmızı ət istifadəsini məhdudlaşdırmaq lazımdır.

“Steyk çoxlu doymuş yağ ehtiva edir ki, bu da xolesterinin səviyyəsini yüksəldir”, - deyə həkim Supriti Behuriya izah edir. Pis xolesterinin yüksək göstəricisi damar divarlarında aterosklerotik lövhələrin əmələ gəlməsinə səbəb olur və bu da infarkt və insult ehtimalını artırır.

Dr. Çen əlavə edir ki, qırmızı ət orqanizmdə iltihabi prosesləri gücləndirir, bununla da ürək-damar xəstəlikləri və 2-ci tip diabet riskini artırır. Bundan başqa, yağlı ət yeməkləri artıq çəkinin yığılmasına səbəb olur.

Dr. Behuriyanın sözlərinə görə, yaşlı insanlarda daha çox ürəyin işemik xəstəliyi, hipertonik xəstəlik, ürək çatışmazlığı, qulaqcıq fibrilasiyası və miokard infarktı diaqnozu qoyulur.

50 yaşdan sonra nələri qidalanmaya daxil etmək olar?

Kardioloqlar qidalanmada üstünlüyü balığa (məsələn, qızılbalığa), eləcə də bitki mənşəli zülallara - paxlalılara, mərciməyə və qoz-fındığa verməyi tövsiyə edirlər. Bu məhsullar liflə zəngindir və doymuş yağ ehtiva etmir.

Bununla belə, tamamilə steykdən imtina etməyə ehtiyac yoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri