Ürək sağlamlığı üçün menyuya mütləq daxil edilməli olan məhsul
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Zeytun istehlakı ürək-damar sisteminin vəziyyətini yaxşılaşdırmaq üçün ən sadə və təsirli üsullardan biri ola bilər.
Demokrat.az xəbər verir ki, bunu Amerikalı kardioloq Brett Silav bildirib. O deyib ki, bu məhsulun tərkibindəki yağlar, xüsusilə də olein turşusu xolesterin səviyyəsini tənzimləməyə kömək edir. Zeytun orqanizmdə "pis" xolesterini azaldır, "yaxşı" xolesterinin səviyyəsini isə artırır.
"Olein turşusunun digər mühüm funksiyası bədəndəki iltihab proseslərini zəiflətməkdir. Çünki sistemli iltihab damarlarda xolesterin düyünlərinin yaranmasına və damar elastikliyinin itməsinə səbəb olur. Bu isə birbaşa yüksək təzyiqə və ürək problemlərinə yol açır. Zeytun istehlak etməklə bu riskləri minimuma endirmək mümkündür".
Mütəxəssisin fikrincə, zeytunun faydası təkcə sağlam yağlarla bitmir. Bu məhsul həm də liflər və antioksidantlarla zəngindir. Tərkibindəki dəmir qırmızı qan hüceyrələrinin stabil fəaliyyətini təmin edir, mis isə həm ürək sağlığını, həm də immuniteti gücləndirir. Zeytunu gündəlik qidalanma rejiminə əlavə etmək damarların elastikliyini qorumaq üçün faydalı addımdır.
İsmayıl
Demokrat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 26 Aprel 2026 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















