Icma.az
close
up
RU
Ürəkdamar xəstəlikləri və xərçəngdən qoruyan sirli qida

Ürəkdamar xəstəlikləri və xərçəngdən qoruyan sirli qida

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son zamanlar market rəflərində adət etmədiyimiz bir qida növü ilə tez-tez rastlaşırıq - qara düyü.

Mütəxəssislər bildirir ki, bu düyü növü ağ düyüdən daha faydalı olur. Çünki qara düyünün qidalandırıcı dəyəri çox yüksəkdir. Ailem.az bu qəribə düyü barədə türkiyəli dietoloq Fatma Gönenin məlumatlarını diqqətinizə çatdırır.

O deyir ki, qara düyü antioksidant dəyərinin yüksək olması səbəbi ilə qocalmanın qarşısını alır: “Hər nə qədər bişməmiş düyünün rəngi qara olsa da, bişdiyində bənövşəyi bir rəng alır. Dünyada "superfood" (super qida) olaraq adlandırılan, mineral və vitamin baxımından ən zəngin qidalar arasındadır. Antik çağlardan bəri çinlilər tərəfindən istehlak olunmaqda olan qara düyü "qadağan düyü” olaraq da bilinir. Qadağa olaraq adlandırılmasının səbəbi çox az yetişdiyi üçün sadəcə imperatorların yeməsinə icazə verilməsindən qaynaqlanır. Bişdiyində isə bir az əzildiyi üçün Asiya mətbəxində daha çox şirniyyat olaraq yeyilir”.

Mütəxəssis bu düyünün ağ düyüdən fərqi barədə də məlumat verdi. Onun sözlərinə görə, qara düyünün ağ düyüdən fərqi qabığından ayrılmamasıdır. Bu səbəblə vitamin, mineral, antioksidant və lif baxımından daha zəngindir. Ağ düyüyə nəzərən daha çox maqnezium və antioksidant tərkiblidir. Proteinlə də zəngindir: "Qara düyü lisin və triptofan kimi essensial amin turşularla zəngindir. Tiamin (B1), riboflavin(B2), fol turşusu (B9) vitaminləri, dəmir, sink, kalsium və fosfor mineralları ilə zəngindir. 100 qr qara düyü 8,5 q protein, 3,5 mq dəmir və 4.9 q lif tərkiblidir. Ürək-damar xəstəlikləri, xərçəng və digər xroniki xəstəliklərə qarşı qoruyucudur. Tərkibindəki E vitamini ilə bərabər immunitet sistemini qüvvətləndirir. Liflə zəngin olması bağırsaqların işləməsini düzənləyir, toxluq hissini artırır və qan şəkərinin yavaş yüksəlməsinə şərait yaradır”.

Dietoloq deyir ki, qara düyü qlüten tərkibli olmadığından qlütensiz qidalanmanı seçənlər üçün əhəmiyyətli bir alternativdir. Qlütensiz və vegetarian qidalanan şəxslər üçün protein baxımından da zəngin bir seçimdir.

Ağ düyüyə nəzərən daha çox maqnezium tərkibi səbəbi ilə xüsusilə sümük, sinir toxuması, əzələlərin işləməsi və ürək sağlamlığı üçün əhəmiyyətli bir qaynaqdır. Həmçinin antioksidant dəyəri yüksəkdir.

Antioksidantlar bədənin immunitet sistemini qüvvətləndirərək yaşlanmağın təsirlərini də azaldır”.

F.Gönen bildirir ki, tərəvəzli, ətli, ya da toyuqlu plov olaraq istifadə edə bilərsiniz: “Qaynadıb salatlarınıza, şorbalarınıza, dolmalarınıza əlavə edə bilərsiniz. Xüsusilə idmanla məşğul olan şəxslər üçün gözəl bir kompleks karbohidrat alternatividir”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:328
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri