Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Ürəyim yenə də yazıb yaratmaq arzusu ilə döyünür

Ürəyim yenə də yazıb yaratmaq arzusu ilə döyünür

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dəyərli söz adamı, fədakar maarifçi, şair-publisist Şirxan Aranlı qələmə aldığı misraları ilə oxucu könlünə yol tapan yaradıcı şəxsiyyətdir. Ömrünün 75-ci baharını yaşayan şair xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə yorulmadan yazıb-yaradıb. O, azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı yazıları ilə bu sahəyə töhfələr verir. Pak və ülvi hisslərin tərənnümü müəllifin əsərlərində öz aydın təcəssümünü tapır. Azərbaycan tarixinin, mədəniyyənin öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri də daim ictimaiyyət tərəfindən maraqla qarşılanır.

Şirxan Aranlı 1950-ci il aprelin 13-də İmişli rayonunun Əlipənahlı kəndində anadan olub. Ailəsi 1952-ci ildə Ağcabədi rayonuna köçüb. Orta təhsilini Ağcabədidə alan Ş.Aranlı 1971-ci ildə Bakı Dövlət Universitetini, 1992-ci ildə isə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1971-ci ildə Ağcabədi rayon Komsomol Komitəsində başlayıb. 1975-ci ildə Bakı şəhəri F.Köçərli adına Respublika Uşaq Kitabxanasında metodist, 1975-77-ci illərdə Bakı şəhəri Respublika Kitab Palatasında şöbə müdiri, 1977-80-ci illərdə Ağcabədi şəhər 5 saylı orta məktəbdə hərbi rəhbər olub. 1980-88-ci illərdə Ağcabədi rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru, 1988-90-cı illərdə Ağcabədi rayon Partiya komitəsində təlimatçı, 1991-2000-ci illərdə Ağcabədi rayon Əhalinin Məşğulluğu Mərkəzində peşəyönümü üzrə baş mütəxəssis, 2001-2016-cı illərdə Ağcabədi Pedaqoji Kollecində pedaqoji təcrübə rəhbəri və kollecin "Sabahın müəllimi" qəzetində redaktor olub. 2018-2020-ci illərdə isə Ağcabədi rayon İcra Hakimiyyətinin orqanı olan "Aran" qəzetinin redaktoru vəzifəsində çalışıb.

2017-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.

Şirxan Aranlının "Mehribanlıq məhəbbətin tacıdır", "Harda qaldın Qarabağım", "Ürək sevəndə", "Mərhəmət yollarında", "Yurd həsrəti", "Ağcabədi: ensiklopedik toplu", "Mən olmayanda" adlı kitabları çapdan çıxıb. Yazıçının "Əlil arabasında gələn qazi" povesti, "Həsrət yurduna qayıdış" kitabları çapa hazırlanır.

Vətəninə, torpağına, elinə bağlı olan bir insan kimi Şirxan Aranlı ömrünün böyük bir qismini boya-başa çatdığı Ağcabədinin qədim tarixini, mədəniyyətini araşdırmağa həsr edib. Uzun müddət arxivlərdə və kitabxanalarda araşdırmalar aparmaqla Ağcabədi rayonuna aid naməlum sənədləri, faktları üzə çıxarıb, səriştəli, peşəkar mütəxəssis kimi onlardan yerli-yerində faydalanmaqla rayonun tanıdılması və təbliği istiqamətində mühüm əhəmiyyət kəsb edəcək böyük bir ensiklopedik toplu  hazırlayıb. Bu toplunu araya-ərsəyə gətirmək üçün səkkiz il gərgin əmək sərf edib. 2021-ci ildə çap olunan toplu ictimaiyyət tərəfindən maraqla qarşılanıb: "İki akademikin müsbət rəy verdiyi Ağcabədi Ensiklopedik topludur. Sevinirəm ki, bu toplunun ilk təbliğatçısı "525-ci qəzet" və xüsusən qəzetin baş redaktoru Rəşad Məciddir. Toplu barədə fəlsəfə doktoru olan iki alimin geniş təhlili qəzetin bütöv iki səhifəsində verilib. Çoxsaylı arxiv sənədləri və yaşlı insanların xatirələri əsasında yazılan bu kitab Ağcabədinin və onun kəndlərinin yaranma tarixini, toponomiyasını, ilk sakinlərini, əhalinin sayını, mətbuat, səhiyyə, təhsil, mdəniyyət tarixini, həmçinin bu sahələrin görkəmli adamlarının fəaliyyətini özündə əks etdirir. Bu kitab Ağcabədi tarixi barədə ilk sanballı kütləvi vəsait kimi ağcabədililərin stolüstü kitabına çevrilib. Tirajı az olduğundan kitabın hər həftə sosial şəbəkələrdə hissə-hissə oxuculara təqdim olunması mənə mənəvi güc verir".

Şirxan Aranlı 21 il Azərbaycan Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin sədri olub: "Fəxrlə deyə bilərəm ki, rayondakı köməksizlərin, tənhaların, kimsəsizlərin yaddaşında xeyirxah sədr kimi qalmışam. Maddi ehtiyacı olan xəstə, qoca, tənha insanlar bu Cəmiyyətin qapısını ümidlə açıblar. Ərzaq, paltar yardımından əlavə, 354 nəfər ehtiyaclı tənhanı həftədə iki dəfə evində isti ət yeməyi ilə təmin etmişik. Cəmiyyətdə xidmət illəri ömrümün ən mənalı illəri olub. Ölkədə ilk təşəbbüs olaraq Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin tarixi, müasir fəaliyyəti barədə "Mərhəmət yollarında" adlı kitab yazıb çap etdirmişəm. Qızıl Aypara medalı və Fəxri fərmanlar almışam". 

Bədii yaradıcılıqla davamlı məşğul olan Şirxan Aranlının bugünədək çox sayda şeir, poema, esse, hekayə və publisistik yazıları, bir neçə kitabı çap olunub. "Ürək sevəndə" romanını müasir gəncliyin problemlərinə həsr edib. "Yurd həsrəti" romanı isə Birinci Qarabağ müharibəsinə, bu müharibədə igidlik göstərən qəhrəmanlarımıza və o ağır günlərdə qarabağlıların, o bölgədə yaşayan insanların həyatına, qarşılaşdıqları məhrumiyyətlərə həsr edilib. Romanda təsvir etdiyi hadisələri, insanları dərindən müşahidə edib, baş verən faciələri  də, müharibənin gedişatını da, ermənilərə qarşı mübarizə aparan igidlərimizin qəhrəmanlığını da oxunaqlı şəkildə diqqətə çatdıra bilib. Müharibədən bəhs edən bir roman üçün bütün bunlar vacib şərtlərdir. "Yurd həsrəti" əsərini hadisələr romanı kimi səciyyələndirmək olar. Lakin istənilən bir romanda insan obrazları, yəni o hadisələrin mərkəzində duran personajlar həlledici rol oynayır. Hadisələr və obrazlar - roman üçün ən əsası bunlardır. Ancaq bir şərtlə: müəllif gərək hadisələri hərəkətə gətirən obrazları sənətkarlıqla təsvir edə, hər bir obrazın mükəmməl səciyyəsinə nail ola.

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Şərəfli, ancaq çətin və ən məsuliyyətli peşə sayılan müəllimliyi seçən bir vəzifənin öhdəsindən layiqincə gələn müəllim şagirdlərinin yaddaşında ömür boyu xüsusi yer tutur. Şirxan Aranlı da dərs dediyi tələbələrin yaddaşında ömürlük qalan və bu günədək haqqında hörmətlə danışılan müəllimlərdəndir.

Bir ömür karvanın alıb çiyninə,

Ömrün ocaq kimi çatar müəllim.

Yorulub bezməyi almaz eyninə,

Gecəni gündüzə qatar müəllim.

Şirxan Aranlının Ağcabədi Pedaqoji Kollecində pedaqoji fəaliyyətlə yanaşı, "Sabahın müəllimi" qəzetində redaktor kimi fəaliyyəti də uğurlu olub: "Kollecdə işlədiyim müddətdə "Sabahın müəllimi" qəzetində redaktor vəzifəsində çalışırdım. Mən yazıdan, yazmaqdan əl çəkə bilməzdim. Qəzetdə təkcə kollecin fəaliyyəti, gördüyü işlərlə yanaşı, Ağcabədinin tarixi, mədəniyyəti, incəsənətini tələbələrə aşılayan yazılar verirdim. Bu yazılar böyük maraqla oxunurdu".

Onun 50 illik əmək fəaliyyətinin son illəri Ağcabədi rayonunun yerli mətbuat orqanı, ictimai-siyasi qəzet olan "Aran" qəzeti ilə bağlı olub. Qəzetin redaktoru vəzifəsində çalışan Şaranlının rəhbərliyi ilə qəzetdə Ağcabədinin, eyni zamanda digər bölgələrin tarixini, mədəniyyəti barədə bir-birindən maraqlı yazılar yer alıb: "Üç il əvvəl 90 illiyini qeyd etdiyimiz qəzetin mən sayca 30-cu redaktoru olmuşam. Təbii ki, hər bir redaktor kimi mənim də öz fəaliyyət yönümüm, iş üslubum olub. Məncə, qəzet fəaliyyət göstərdiyi bölgənin güzgüsü olmalıdır. Sabir demiş, düzü düz, əyrini əyri əks etdirməlidir. Biz də kiçik kollektivimizlə çalışmışıq ki, bu amala sadiq qalaq. Qısa xəbərlərdən tutmuş, təsərrüfat sahələri barədə, bədii, elmi, tarixi mövzuda, həmçinin rayonun görkəmli elm, mədəniyyət adamları, yaradıcı insanları barədə yazılar qəzetimizdə ardıcıl yer alıb. Təbii ki, bunlarla yanaşı, tənqidi yazılara da xüsusi yer verilib. Belə yazılar nöqsanlara, müəyyən neqativ hallara qəzetin birbaşa müdaxiləsi, oxucularına təqdimatıdır. Mərhum Ənvər Əhməddən, Fazil Sarvandan, Yusif Əhmədovdan sonra tənqidi yazılara həsrət qalmış qəzetdə işlədiyim müddətdə ilk sayından etibarən öz təşəbbüsümlə "Mirzə Biləndərin bildikləri" adlı yeni tənqidi rubrika yaratdım. Oxucular tərəfindən böyük maraqla qarşılanan həmin rubrikada tənqidi yazılara müntəzəm olaraq verildi. Ağcabədi tarixini araşdırarkən bu bölgədə yaşayan əhalinin keçmiş həyat tərzinin, məişətinin, məşğuliyyətinin, adət-ənənələrinin, dünyabaxışının, şifahi xalq yaradıcılığının, etnoqrafiyasının öyrənilməsi də, bizcə, vacib amillərdəndir. Ağızdan-ağıza keçərək nəsildən-nəslə ötürülən şifahi xalq yaradıcılığı, adamlarımızın yaratdığı müxtəlif folklor nümunələri bu bölgənin həyat tərzi, etnoqrafiyası, tarixi, məişəti, coğrafiyası haqqında dolğun məlumat verir. Qarabağın bir bölgəsi kimi Ağcabədinin qədim türk, oğuz eli olduğunu, bu oymağın hər daşında, torpağında türkün izi qaldığını sübut edir. Bu barədə yazılar qəzetdə daim yer alıb və geniş oxucu auditoriyasını maraqlandırıb. Mən qəzetdə çalışdığım müddətdə çalışırdım ki, insanları maraqlandıran, düşündürən yazılar yer alsın. Yazmaq, insanları maarifləndirmək mənim böyük həvəslə, sevgi ilə gördüyüm işdir. Təəssüf ki, səhhətimlə əlaqədar qəzetdəki işimlə vidalaşmalı oldum. Amma ürəyim yenə də yazıb-yaratmaq arzusu ilə döyünür, məni yaşadan davamlı yaradıcılıq istəyidir. Görməli olduğum işlər, yazmalı olduğum yazılar, deməli, olduğum sözlər var".

Ş.Aranlı deyir ki, insanın ömür yolu onun əməllərinin ensiklopedik toplusudur. Bu topluya tez-tez nəzər salmaq lazımdır ki, yaşadığın ömrün yaxşısını və pisini görəsən. Bundan ibrət alıb gələcək fəaliyyətini düzgün tənzimləyəsən: "Bu baxımdan yaşadığım ömür payında bədii yaradıcılıqla bərabər, digər sahələrdəki fəaliyyətim də mənə mənəvi rahatlıq verir".   

Şirxan Aranlını 75 illik yubileyi münasibətilə "525-ci qəzet"in kollektivi olaraq səmimiyyətlə təbrik edir, ona möhkəm cansağlığı, fəaliyyətində yeni uğurlar diləyirik!

S.QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:336
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Aprel 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri