Icma.az
close
up
RU
Ürəyin “kiçik beyni”nin 3D xəritəsi hazırlanıb ARAŞDIRMA AZƏRTAC

Ürəyin “kiçik beyni”nin 3D xəritəsi hazırlanıb ARAŞDIRMA AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 22 dekabr, AZƏRTAC

Son illərdə Daniel Baq İnstitutunun alimləri Ceyms Şvabe və Rak Vadijepallinin apardığı araşdırmalar nəticəsində ürəyin sinir sisteminin ilk üçölçülü (3D) xəritəsi hazırlanıb. Bu araşdırma, ürəyin beyindən asılı olmadan işləyə bilən “kiçik beyin” adlanan yerli sinir sisteminin anatomiyasını və funksiyalarını öyrənməyə imkan yaradıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, araşdırmada yeni, bıçaq kənarında skan edən mikroskopiya texnologiyasından istifadə edilib. Bu üsulla, yüksək ayırdetməyə malik təsvirlər əldə edilərək sinir hüceyrələrinin yerləşməsi və gen ifadəsi müəyyən edilib. Əldə olunan məlumatlar, ürəyin sinir sisteminin tam rəqəmsal 3D modelinin yaradılması üçün hesablama texnologiyaları vasitəsilə birləşdirilib. Eyni zamanda, lazer tutma mikrodisseksiyası ilə neyronların dəqiq lokalizasiyası öyrənilib və ürəyin strukturları ətrafında sinir toxumalarının yerləşməsi araşdırılıb. Bu texnologiyalar sayəsində əldə edilən nəticələr ürəyin funksiyalarını, beyindən gələn sinirlərlə əlaqələrini və ürək xəstəliklərinin səbəblərini daha yaxşı başa düşmək üçün əsaslı məlumatlar təqdim edir.

Araşdırma çərçivəsində mühüm nəticələr əldə olunub. Belə ki, ürəyin yerli sinir şəbəkəsi, onun necə təşkil olunduğu və digər sinir toxumaları ilə əlaqəsi müəyyənləşdirilib. Həmçinin, ürəkdəki sinir toxumasının kişi və qadınlar arasında fərqləndiyi və kişilərdə daha sıx olduğu aşkarlanıb. Bu fərq, ürək xəstəliklərinin inkişaf riskindəki cins fərqliliklərini izah etməkdə mühüm rol oynaya bilər. Bundan başqa, siçovullar və donuzlar üzərində aparılan tədqiqatlar göstərib ki, ürək yalnız beynin “vagus” siniri vasitəsilə idarə olunmur, həm də öz daxili sinir sisteminə malikdir.

Ürək-damar cərrahiyyəsi üzrə mütəxəssis və Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin üzvü professor Fatih Gümüş, araşdırmanı “ürəyin iş prinsipini anlamaqda böyük addım” kimi qiymətləndirib. Onun sözlərinə görə, ürək xəstəliklərinin müalicəsində irəliləyiş əldə etmək üçün bu tip tədqiqatlar çox mühüm əhəmiyyət kəsb edir.

Tədqiqat nəticəsində elm adamları arasında ürəyin “kiçik beyni” haqqında daha ətraflı bilgilər əldə etməklə, bir çox ürək xəstəliyinin müalicəsində yeni üsulların hazırlanacağı fikri geniş dəstək qazanıb. Ürək xəstəliklərinin profilaktikasında və müalicəsində tətbiq ediləcək bu biliklər, dünya səhiyyəsində yeni perspektivlər vəd edir. Tomas Cefferson Universitetinin nəşr etdiyi bu araşdırma, gələcəkdə daha çox sayda insan üzərində aparılacaq tədqiqatların təməlini qoyur. Elm ictimaiyyəti bu biliklərin ürək xəstəliklərinin həllində inqilabi dəyişikliklərə yol açacağını gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Dekabr 2024 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri