Urmuda Qərbi Azərbaycanın müqavimət simvolu olan Kazım Xan Quşçunun lövhəsi quraşdırılıb
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Urmu Şəhər Şurasının səyləri ilə Urmu-Salmas yolundakı hava limanı meydanında Qərbi Azərbaycanın rus, erməni və kürd işğalçılarına qarşı müqavimətinin simvolu olan Kazım Xan Quşçunun lövhəsi quraşdırılıb.
Gunaz.tv
Adlandırma komitəsi daha əvvəl 3 Xordad körpüsündən hava limanı meydanına qədər olan Salmas yoluna Kazım Xan Quşçunun adının verilməsinə razılıq vermişdi və bulvar və ya hava limanı meydanında onun heykəlinin qoulması planlaşdırılmışdı.
Xatırladaq ki, 20-ci əsrin ikinci onilliyində cilo və erməni silahlı qüvvələri, İsmayıl Simitko kimi silahlı təcavüzkarlar Rusiyanın, İngiltərənin, Amerikanın və Fransanın köməyi və rəhbərliyi ilə bölgədə Urmiyə, Salmas, Xoy və ətraf kəndlərdə minlərlə türkü qırğına məruz qoyan zaman Kazım Xan Quşçu Urmu kəndlilərindən müqavimət bölüyü yaradaraq işğalçılara qarşı müqavimət göstərmişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 Mart 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















