Ursula fon der Leyen Putini artıq Avropaya hücum edən yırtıcı adlandırıb
Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya diktatoru Vladimir Putin yırtıcıdır. O, Ukraynada dayanmayacaq və artıq Avropa ölkələrinə hücum edir.
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Latviyanın baş naziri Evika Silina ilə birgə mətbuat konfransı zamanı deyib.
"Ölkənizin və digər Baltikyanı ölkələrin bizə xəbərdarlıq etdiyi risklər təəssüf ki, reallaşdı. Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi 4 ildir ki, davam edir. Putin yırtıcıdır. Putinin etibarlı şəxsləri illərdir hibrid hücumlar və kiberhücumlarla cəmiyyətlərimizə hücum edir", - fon der Leyen deyib.
O, misal kimi “silahlanan miqrantları” da göstərib.
"Buna görə də, Ukraynanın müdafiəsini gücləndirməklə yanaşı, öz müdafiəmiz üçün də daha böyük məsuliyyət daşımalıyıq. Bu, bizim birlikdə başlatdığımız 800 milyard avroluq müdafiə sənayesi planının məntiqidir", - Avropa Komissiyasının rəhbəri əlavə edib.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 30 Avqust 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















