Icma.az
close
up
RU
Ursula Fon der Lyayen: Aİ hibrid müharibə təhdidlərinə qarşı genişmiqyaslı cavab verməyə ehtiyac duyur

Ursula Fon der Lyayen: Aİ hibrid müharibə təhdidlərinə qarşı genişmiqyaslı cavab verməyə ehtiyac duyur

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Son zamanlar baş verən pilotsuz uçuş aparatları ilə bağlı insidentlər və hava məkanının digər pozuntuları göstərir ki, Avropa hibrid müharibə ilə üzləşib və buna yalnız ənənəvi müdafiə tədbirləri ilə deyil, daha genişmiqyaslı addımlarla cavab verilməlidir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa Parlamentində (Strasburqda) çıxışı zamanı bildirib. “Bu, təsadüfi təqiblər deyil”, – deyə fon der Lyayen çıxışında qeyd edib.

O əlavə edib: “Bu, bizim vətəndaşlarımızı qorxutmaq, iradəmizi sınağa çəkmək, İttifaqımızı parçalamaq və Ukraynaya dəstəyimizi zəiflətmək məqsədi daşıyan ardıcıl və getdikcə güclənən kampaniyadır. Artıq vaxtıdır ki, buna öz adı ilə müraciət edək – bu, hibrid müharibədir”.

Fon der Lyayen bütün insidentlərə görə Rusiyanın məsuliyyət daşıdığını deməsə də, onun sözlərinə görə, Moskvanın məqsədi “Avropada ixtilaf toxumu səpməkdir”.

Avropa rəsmiləri artıq son vaxtlar baş vermiş bəzi insidentlərə görə məsuliyyəti Rusiyanın üzərinə qoyublar.

“Rusiyanın hibrid müharibəsinə qarşı mübarizə yalnız ənənəvi müdafiə tədbirlərindən ibarət deyil”, – deyə Fon der Lyayen vurğulayıb. “Bu, hamımızdan yeni düşüncə tərzi tələb edir. Biz ya kənardan müşahidə edərək Rusiyanın təhdidlərinin artmasına seyrçi qalacağıq, ya da bu təhdidlərə birgə, qətiyyətli və təmkinli şəkildə cavab verəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri