Icma.az
close
up
RU
Uşağa blenderdən keçirilmiş yemək vermək olmaz Nitqi gecikdirir

Uşağa blenderdən keçirilmiş yemək vermək olmaz Nitqi gecikdirir

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Uşağa blenderdən keçirilmiş yemək verməklə onu təhlükəyə sürükləyirsiniz.


Medicina.az xəbər verir ki, bunu defektoloq-loqoped Esmira Qafarova bildirib.


Onun sözlərinə görə, bu, uşağın artikulyar aparatında hərəkət mexanizminin pozulmasına, yaxud zəifləməsinə gətirib çıxarır:

"Nitq artikulyar aparatın fəaliyyəti nəticəsində yaranır. Dil, dodaq, diş, çənə, yanaq əzələlərinin nitqin axıcı, səlis olmasında rolu var. Yeməyi blenderdən keçirməklə həm onun artikulyasiya aparatının pozulmasına, həm də nitqinin gecikməsinə səbəb olacaqsınız".


Həkim bununla bağlı riskləri də açıqlayıb:


"1. Çeynəmə bacarığının gec inkişaf etməsi

Uşaq 6–9 ay arası tədricən topalı, daha az üyüdülmüş qidalara keçməlidir. Qidanın hər zaman blenderlə tam maye edilməsi:

• Çeynəmə refleksinin inkişafını gecikdirə bilər,

• Ağız və çənə əzələlərinin zəif inkişafına səbəb ola bilər,

• Daha sonra bərk qidalara keçidi çətinləşdirə bilər.

2. Dil və nitq inkişafına təsir

Çeynəmə ağız əzələlərinin güclənməsinə kömək etdiyi üçün:

• Daim maye püre yemək nitq mexanizminin inkişafına dolaylı təsir göstərə bilər.

3. Boğulma riskinin artması (paradoksal)

Tamamilə maye qidalar bəzən:

• Çox tez udulduğu üçün uşaqda boğulma reflekslərini düzgün öyrənməyə mane ola bilər,

• Keçid mərhələsi gecikəndə uşaq daha sonra topalı qidalara keçəndə çətinlik və boğulma qorxusu yaşaya bilər.

4. Qida balansının pozulması

Bəzi valideynlər istəmədən:

• Qidanı həddindən artıq sulu edib kalori və qida dəyərini azalda bilirlər,

• bu da zəif çəki artımına səbəb ola bilər.

5. Sensor inkişafın məhdudlaşması

Uşaq müxtəlif teksturaları hiss etməklə:

• toxuma ayırd etmə,

• ağız koordinasiyası,

• dad fərqlərini tanıma kimi bacarıqlar qazanır.

Yalnız blenderlə hazırlanmış qida bu təcrübəni məhdudlaşdırır".



Bəs nə zaman blender istifadə etmək düzgündür?

"6 ayda əlavə qidaya başlanarkən püre şəklində yeməklər normaldır.

Mərhələlər üzrə getdikcə topalı, sonra kiçik yumşaq parçalı qidalara keçmək tövsiyə olunur.

Qidanı tam maye yerinə azca dənəli pürelər şəklində verməyə başlamaq, 7–9 ay arasında tədricən daha parçalı qidalara keçmək, uşaq həkiminin təlimatlarına uyğun əlavə qida planı izləmək tövsiyə olunur".

Aygün

Medicina.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 19 Noyabr 2025 03:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri