Icma.az
close
up
RU
Uşağa ilk telefon neçə yaşında alınmalıdır? Psixoloqdan vacib RƏY

Uşağa ilk telefon neçə yaşında alınmalıdır? Psixoloqdan vacib RƏY

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə uşaqlara mobil telefon almaq üçün doğru yaşın müəyyənləşdirilməsi valideynləri düşündürən əsas məsələlərdən biridir. Erkən yaşda smartfon istifadəsinin uşağın diqqətinə, sosial bacarıqlarına və psixoloji inkişafına təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Digər tərəfdən, təhlükəsizlik, təhsil və valideyn nəzarəti kimi amillər də telefondan istifadəni zəruri edən səbəblər arasında göstərilir.

Bəs balansı necə qorumaq və doğru qərarı vermək olar? Uşaqlara ilk mobil telefon neçə yaşından etibarən verilməsi daha məqsədəuyğun hesab olunur? Erkən yaşda smartfon istifadəsinin uşağın psixoloji, sosial və təhsil inkişafına əsas təsirləri hansılardır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən psixoloq Dilruba Həsənova bildirib ki, sualın cavabı rəsmi sənəddə qeyd olunan bioloji yaşla deyil, uşağın emosional yetkinliyi, tənqidi düşünmə qabiliyyəti, özünənəzarəti və şəxsiyyət inkişafının hansı mərhələdə olması ilə müəyyənləşməlidir. Çünki texnologiyanın həyatımıza təsiri, onu təhlükəli və ya faydalı edən istifadəçinin psixoloji hazırlığıdır.

Onun sözlərinə görə, insan beyninin inkişafı mərhələli şəkildə gedir. Xüsusilə diqqət, impulsların idarə olunması, emosional tənzimləmə, səbir və qərarvermə kimi funksiyalara cavabdeh olan beyin strukturları yeniyetməlik dövrünün sonlarına qədər formalaşmağa davam edir: “Bu səbəbdən erkən yaşlarda nəzarətsiz smartfon istifadəsi uşağın diqqətinə daha çox təsir edir, ani mükafat alma vərdişini gücləndirir, gözləmə və səbir bacarığını zəiflədir. Daim dəyişən vizual stimul və qısa məzmunlar beynin dərin düşünmə qabiliyyətini tədricən səthi informasiyanı sürətlə qəbul etmə vərdişi ilə əvəz edə bilir. Psixoloji olaraq isə uşaq şəxsiyyətini əvvəlcə real münasibətlərdə formalaşdırmalıdır, amma virtual mühitdə bəyənilmək ehtiyacı, sosial müqayisə, filtrdən keçmiş “ideal həyat” görüntüləri və davamlı təsdiq axtarışı özünəinamın xarici amillərdən asılı olmasına səbəb ola bilər. Həm də belə olan halda təbii ehtiyacları daha sürətli şəkildə təmin olunur. Bilirik ki, beynimiz də bu cür hal üçün daha uyğundur və nəticə etibarı ilə insanın sosial (əziyyətsiz əldə olunmuş uğura) meyilliliyi artır. Belə olduqda uşaq “kim olduğunu” deyil, “başqalarının onu necə görmək istədiyini” yaşamağa başlayır. Bu isə gələcəkdə narahatlıq, özgüvən problemləri və emosional asılılıq riskini artırır”.

Psixoloq qeyd edib ki, uşaqlara izah olunmalıdır ki, ekran heç vaxt insan münasibətlərini əvəz edə bilməz: “Empatiya, emosiyanı oxumaq, göz təması qurmaq, münaqişəni həll etmək, gözləməyi və paylaşmağı öyrənmək yalnız canlı ünsiyyət mühitində inkişaf edir. Telefon ünsiyyət vasitəsi ola bilər, amma ünsiyyətin özü deyil. Təhsil sahəsində də belədir, texnologiyadan düzgün istifadə olunmalıdır. Smartfon düzgün istifadə edildikdə öyrənmə imkanlarını genişləndirə bilər. Ancaq nəzarətsiz istifadə diqqət dağınıqlığı, oxuma vərdişinin zəifləməsi, yaddaşın passivləşməsi və akademik motivasiyanın azalması ilə nəticələnə bilər. İnformasiyaya asan çıxış düşünmə qabiliyyətini əvəz etməməlidir. Çünki bilik məlumat toplamaq deyil, məlumatı analiz edib düzgün nəticə çıxarmaqdır”.

D.Həsənova hesab edir ki, uşağa ilk smartfonu yalnız yaşına görə deyil, psixoloji hazırlığına görə vermək lazımdır: “Əksər uşaqlar üçün bu, təxminən 12-14 yaşdan sonra, aydın istifadə qaydaları, vaxt məhdudiyyəti və valideynin aktiv rəqəmsal müşayiəti ilə daha məqsədəuyğundur. Daha kiçik yaşlarda isə ehtiyac yaranarsa, internetə məhdud çıxışı olan sadə telefonlar daha sağlam seçim hesab edilə bilər. Yenə də vurğulayaraq qeyd edirəm ki, valideynin məqsədi uşağa texnologiyanı qadağan etmək deyil, onu texnologiyanı idarə etməyi öyrətmək olmalıdır. Çünki gələcəyin problemi telefona sahib olmaq deyil, telefondan asılı şəxsiyyətlərin formalaşmasıdır. Unutmayaq ki, uşaqlar gələcəyi texnologiya ilə deyil, şəxsiyyətləri ilə quracaqlar. Texnologiya isə yalnız həmin şəxsiyyətin istifadə etdiyi bir vasitə olmalıdır, onu formalaşdıran əsas qüvvə yox. Yeni insan özünü texnologiyanın əsiri yox, texnologiyanın idarəçisi kimi dərk etməlidir ki şəxsiyyətinin fərqində ola bilsin”.

Oğuz Ayvaz

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Avqust 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri