Icma.az
close
up
RU
Körpəni iyrəndirməklə döşdən ayırmaq olmaz!

Körpəni iyrəndirməklə döşdən ayırmaq olmaz!

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Körpə döşdən imtina etsin deyə döş giləsinə xoşagəlməz və acı “bir şey çəkmək” kimi süddən kəsmə üsulu heç məsləhət deyil.

Əmizdirən anaların əksəriyyəti razılaşar ki, ən yaxşı süddən kəsmə üsulu – tədricən, yumşaq şəkildə əmizdirmələrin sayını azaltmaqdır. Bu halda, süddən tam kəsilmə zamanı həm ana, həm uşaq, həm də ananın döşü buna hazır olur və hər şey yüngül və ağrısız şəkildə baş verir. Bu cür yanaşma tərzi ilə uşaq minimal dərəcədə stresə məruz qalır, yəni, uşağın sağlamlığı və psixikasına mənfi təsir dəyməsi riski minimuma endirilir. Ananın südünün miqdarı da minimal dərəcədə olur, odur ki, o, qəfil süddən kəsmə səbəbilə şişmiş döşlərin sağılması kimi problemlərlə üz-üzə qalmır.

Bəzən elə olur ki, ana körpə döşdən imtina etsin deyə döşün giləsinə hər hansı bir maddə çəkəndə, körpə döşdən imtina edir, lakin ana, qəfil süddən kəsmənin mənfi nəticələrini müşahidə etmir. Gözə çarpan nəticə, uşağın sadəcə bir neçə gün qəmgin  gəzməsi olur (bu, adətən gün ərzində bir neçə dəfə süd əmən 2 və daha yuxarı yaşda olan uşaqlara aiddir). Lakin, tez-tez elə olur ki, ana bu üsulla uşağın döşdən imtina etməsini istəyir, uşaq isə ya bu acı substansiyanı yeyir, ya ağlayaraq döşü istəyir və ya bir neçə gün dözdükdən sonra onun davranışı qəfil dəyişir, o anasının qucağından sallaşır, tez-tez ağlayır və sairə.

Bu niyə baş verir? Çünki, körpənin əmməyə olan güclü tələbatı qəfildən ödənməmiş qalır. Bəlkə də, uşaq artıq süddən kəsilməyə hazırdır və xüsusi nəticələr müşahidə olunmayacaqdır. Lakin ola bilsin ki, qəfil dəyişkənlik nəticəsində uşaq stres keçirsin, xəstələnsin (stresin təzahürü olaraq). Bu dəyişkənlik, gələcəkdə mənfi xatirələrə səbəb ola, mənfi psixoloji nəticələrə gətirib çıxara bilər (bəzi körpələr südün dadının qəfil dəyişməsini xəyanət kimi qəbul edirlər). Əgər körpə çox kiçikdirsə, o sadəcə olaraq, bu haqsızlığın niyə baş verdiyini anlamayacaqdır. Bir çox uşaqlar üçün bu münasibətlər çox dəyərlidir; məlumdur ki, uşaqlar mənfi dəyişikliklərdə özlərini günahlandırırlar :“Axı niyə belə oldu? Bəlkə südün acı dadmasının səbəbkarı mənəm?”. Əgər uşağın əmmə tələbatı qalıbsa, o bu tələbatını başqa yolla – hər hansı əşyaları sormaqla, xəstələnməklə, dava-dalaşla, özünə qapanmaqla və s. yollarla ödəməyə çalışacaqdır. Bəlkə də o, onun üçün ən əziz nemətin qəfildən, naməlum səbəbdən dadını dəyişməsini gələcəkdə xatırlayacaqdır.

Nəhayət, sırf tibbi nəticələri də unutmamaq lazımdır. Ağızın selikli qişasına hətta minimal miqdarda düşmüş hər hansı bir maddə həssas uşaqda anafilaktik şoka qədər allergik reaksiyaya səbəb ola bilər (bu, xüsusilə tibbi preparatlara, həmçinin aloe, yovşan kimi bitkilərə aiddir). Həmçinin döşə yaxılmış xardal, mayonez və digər məhsullar və ya tibbi preparatlar, xüsusən 1 yaşına qədər uşağın mədəsində ciddi problem əmələ gətirə bilər. Məsələ burasındadır ki, əksər uşaqlar ananın döşə sürtdüyü “acı maddəni” yeyirlər, odur ki, siz də buna hazır olun. Acı maddələrin acı olmasının səbəbi, onların insan orqanizmi üçün zərərli olduğu üçündür. Bu səbəbdən, bir yaşına qədər uşaqlar üçün bu üsul xüsusilə təhlükəlidir.

Əmizdirmələrin sayını tədricən məhdudlaşdıraraq körpəni süddən kəsməyin tərbiyəvi məqamları da var. Bu – körpə ilə razılaşmaq, onun tələblərini anlamaq, həmçinin ananın ehtiyac olduğu qədər israrlı davranması və bununla bərabər uşağa zədə vurmamaq bacarığına yiyələnməsidir. Əlbəttə ki, bəzən uşaq öz arasıkəsilməz tələbləri, istəkləri, əmmələri ilə, heç nə ilə razılaşmamaqla ananı o qədər yorur ki, bir dəfəyə onu süddən kəsmək anaya ən sadə və ən effektiv üsul kimi görünür. Özü də əksər hallarda bu üsulu anaya uğurlu üsul kimi dostları və ya qohumları tövsiyyə edir. Lakin, unutmaq lazım deyil ki, bu cür məsləhətlər özündə iki təhlükəni birləşdirir. Birincisi, bütün uşaqlar və bütün analar fərqlidir. Bir ana-balaya uyğun gəlmiş üsul, digər ana-balaya qətiyyən uyğun gəlməyə bilər.

Hər bir uşağın döşə bağlılığı fərqlidir və hər bir uşaq bunu fərqli şəkildə göstərir və büruzə verir. Hər bir uşaq südün rənginin/dadının dramatik şəkildə dəyişməsi ilə döşün qəfil əlindən alınmasına fərqli şəkildə reaksiya verir. Hər bir uşaq fərqli yaşda, fərqli əhval-ruhiyyədə fərqli reaksiya göstərə bilər. Bir uşağa uyğun gələn, bir anaya asanlıqla başa gələn üsul, digər ailədə tamamilə nəticə verməyə bilər. İkincisi isə, körpənin stresə reaksiyası özünü dərhal büruzə verməyə bilər; əgər bu üsulun tətbiqindən sonra mənfi reaksiyalar baş veribsə, analar bunu öz tanışlarına ümumiyyətlə bildirmirlər və tədricən özləri də unudurlar. Uzun müddət bundan əvvəl və heç tanımadığınız şəxslərin başına gəlmiş hadisələrə bel bağlamayın. Əhvalatlar öz yerində, amma uşaq sizin uşağınızdır, qərarı siz verirsiniz və nəticə ilə də siz üzləşməli olacaqsınız.

Bəzən qadınlar bu üsula stres vəziyyətində əl atırlar, məsələn: qəfil ciddi xəstəlik və müalicənin əmizdirməyə müvafiq gəlmədiyi hallarda, hamiləlik zamanı təhlükə üz verdikdə, ana güclü ağrılar səbəbilə körpəni tədricən süddən ayırma imkanına malik olmadıqda. Lakin, xoşbəxtlikdən, bu cür çıxılmaz vəziyyətlər nadir hallarda baş verir. Əgər körpə hələ çox balacadırsa və əmməyə tələbatı varsa, yaxşı olar ki, ona, əlindən alınmış döşü əvəzləyəcək əmzik, əmzikli şüşə və ya yumşaq oyuncaq verəsiniz. Körpəni daha çox qucaqlamaq, ona toxunmaq lazımdır. Baş verən bütün dəyişiklikləri maksimal şəkildə ona izah etməli, onu hələ də çox sevdiyinizi və günahın onda yox, ondan asılı olmayan bir vəziyyətdə olduğunu bildirməlisiniz.

Bəs əgər sizin vaxtınız varsa, lakin uşağı süddən tədricən ayıra bilməyəcəyinizi düşünürsünüzsə necə? Bir çox qadınlar bu prosesdən keçiblər – hər bir evlilikdə qadın bəzən boşanma barədə düşündüyü kimi, əmizdirmə zamanı da anaların beyninə qəfil süddən kəsmə barədə fikirlər gəlir. Ana düşünür ki, əmizdirmələrin hamısını dayandırsaydı çox yaxşı olardı: özünü müstəqil hiss edərdi, azad olardı, vaxtı çoxalardı, yeni məşğuliyyətlər meydana gələrdi…bəzən adama elə gəlir ki, əmizdirmələrin hamısını qəfildən dayandırmaq yeganə çıxış yoludur.

Problem ondadır ki, bu çıxış yolu lotereya kimidir və fərqli nəticə verə bilər. Bəxtinizi sınamağa dəyərmi? Bəlkə siz heç arzuladığınız nəticə ilə qarşılaşmadınız. Onda necə? Həqiqətənmi problem əmizdirmələrdədir? Yoxsa sözə qulaq asmayan körpədə və onunla razılığa gələ bilməməyinizdə, bəlkə də onunla daim 4 divar arasında qalmağınızdadır. Halbuki, əvvəllər həyatınız daha dolğun, maraqlı, rəngarəng idi.

Əksər hallarda analar daim körpəyə bağlılıqlarından, həmişə onun yanında olmaqdan, məsuliyyət daşımaqdan, uşaqlar xəstələndikdə onları müalicə etməkdən, tərbiyə etməkdən, oynamaqdan yorulurlar…çox vaxt gündəlik işdə işləmək, anaya bütün bu əhəmiyyətli yüklərdən daha asan gəlir.

Əslində sizi nəyin narahat etdiyini və kefinizi pozduğunu düşünün. Sizə hansı məqamlar mane olur və sizi yorur? Bu barədə nələr etmək olar? Bəlkə körpəni süddən qəfil kəsməyib, bir gün əvəzinə, bir neçə ay ərzində körpənizi və öz döşünüzü hazırlayaraq süddən kəsməyə tədricən davam edə bilərsiniz. Süd verdiyiniz hər əlavə ay, sizin və körpəniz üçün əhəmiyyətlidir. Əmizdirmə rejimini dəyişmək, əmizdirmələrin sayını məhdudlaşdırmaq çətindir. Amma axı bütün tərbiyə elementləri kimi analar bunu da tədricən öyrənirlər. Əmizdirmələri tədricən azaltmaqla, siz körpənin istəklərini məhdudlaşdırmaq, ana-bala cütlüyündə lider olmaq bacarığı və zəruri təcrübə qazanırsınız. Bu bacarıq olmadan körpəni tərbiyə etmək – çətin və əziyyət tələb edən prosesdir. Körpə də öz növbəsində tədricən anadan ayrılmaq və öz tələblərini başqa yollarla – acdıqda yemək və içmək, qorxduqda və kədərləndikdə anasını qucaqlamaq, darıxdıqda oynamaqla – ödəməyi öyrənir.

Döşə brilyant yaşılı və ya Xilak Forte preparatı sürtmək, tərbiyəvi problemin həlli yox, ondan qaçmaqdır. Belə olan halda, gec ya tez bu problem digər bir formada üzə çıxır. Əgər siz hər hansı problem səbəbilə əmizdirmələrin sayını azalda, körpə ilə razılaşa, ona etiraz edə, onun nə istədiyini anlaya və onun tələbini başqa üsulla ödəyə bilmirsinizsə və döşünüzə xoşagəlməz maddə sürtürsünüzsə, siz özünüzü təhlükəyə atır (özünüzdə laktostaz, mastit və körpədə stress riski) və körpə ilə kommunikasiya probleminin həlli yolunu tapa bilmirsiniz. Onsuz da, siz gec və ya tez bu problemi həll eləməli olacaqsınız…başqa zamanda və başqa məkanda.

Ana və ananın döşü balaca körpə üçün – xeyirxahlıq, zəriflik və sakitlik mənbəyidir. Əksər körpələr üçün – xüsusilə 2 yaşa qədər – döş, bu dünyanın sabitliyi və etibarlılığına olan inamdır və əgər bir gün bu inam sarsılarsa və körpə isti, doğma və etibarlı döş əvəzinə hər hansı acı və xoşagəlməz bir şey dadırsa, o özünü aldadılmış (bəzən isə günahkar) hiss edir və inamını itirir (əgər körpə süddən kəsilməyə heç hazır deyildisə). Bir anlıq özünüzü, sakitləşmək üçün öz sevimli anasına/döşə tərəf qaçan və əvəzində xardal alan körpənin yerinə qoyun…bu körpə balanın nə dərəcədə incidiyini və ümidinin necə boşa çıxdığını təsəvvür edə bilərsinizmi? Onda onu bu imkandan məhrum etməyə çalışın və bu ümidsizliyi özünüz də hiss edin.

Tərcümə edən: Xumar Ərşadlı
Mənbə: www.gvinfo.ru

Vib.az

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see158

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see155

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see143

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see140

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see140

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see132

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see132

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see131

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see127

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see126

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see123

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see122

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see122

Zelenski: ABŞ vitse prezidenti Putinin hərəkətlərinə haqq qazandırır”

14 Aprel 2025 09:54see120

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see119

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see117

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see115

Polislə generalın fotosu qarışdı… “Bu şəxs Polad Həşimov deyil” FOTO

14 Aprel 2025 11:49see112

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see111

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri