Icma.az
close
up
RU
Uşağı olan analara şad xəbər: İş saatları qısalılacaq DETALLAR

Uşağı olan analara şad xəbər: İş saatları qısalılacaq DETALLAR

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda analıq məzuniyyətindən sonra qadınların əmək bazarına qayıtmasını asanlaşdıracaq yeni mexanizmlər müzakirə olunur. Təkliflər arasında uşağı müəyyən yaşa çatana qədər analar üçün çevik və ya hibrid iş rejiminin tətbiqi, iş saatlarının qısaldılması və daha erkən işdən çıxmaq imkanının yaradılması da yer alır.

Mütəxəssislər hesab edirlər ki, belə yanaşma həm qadınların məşğulluğunu qorumağa, həm də ölkədə doğum səviyyəsinin artırılmasına töhfə verə bilər.

"Yeni Sabah" xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov “modern.az”a bildirib ki, son illər Azərbaycanda əmək hüquqlarının genişləndirilməsi istiqamətində mühüm dəyişikliklər həyata keçirilib və atalıq məzuniyyətinin qanunvericiliyə daxil edilməsi də beynəlxalq təcrübənin tətbiqinin nümunəsidir. pizza sifarişi

Deputatın sözlərinə görə, təbii artımın stimullaşdırılması üçün fərqli mexanizmlərin tətbiqi mümkündür:

"Bəlli bir yaşa qədər övladı olan anaların iş rejiminin çevik və ya hibrid formada təşkili hazırda müzakirə olunan məsələlərdəndir. Məşğulluq strategiyasında da çevik iş modelinin tətbiqi nəzərdə tutulur. Düşünürəm ki, bu modelin tətbiq olunduğu vətəndaşlar sırasında məhz azyaşlı övladı olan analar da yer ala bilər".

V.Bayramov hesab edir ki, anaların iş vaxtının bir hissəsini ofisdə, digər hissəsini isə məsafədən yerinə yetirməsi həm ailə həyatını, həm də əmək fəaliyyətini uzlaşdırmağa imkan verər.

"Bu halda analar bəlli saatlarda ofisdə, digər saatlarda isə evdən işləyə bilərlər. Bu, həm uşağın tərbiyəsi üçün əlavə imkan yaradar, həm də işəgötürən üçün əlavə maliyyə yükü formalaşdırmaz. Hibrid iş modeli iqtisadi baxımdan da daha məqsədəuyğundur".

Deputatın fikrincə, bu yanaşma həm qadınların əmək bazarında qalmasına, həm də ölkədə təbii artımın dəstəklənməsinə xidmət edə bilər.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanda demoqrafik vəziyyət yeni təşviq mexanizmlərinin tətbiqini zəruri edir.

Onun sözlərinə görə, doğum göstəricilərinin ildən-ilə azalması analıq məzuniyyəti və işləyən analarla bağlı siyasətin yenidən nəzərdən keçirilməsini tələb edir.

"Bizdə demoqrafik vəziyyət yaxşı deyil. Doğuş sayı hər il azalır. Ona görə də həm analıq məzuniyyətinin müddəti, həm də bu dövrdə maaşın tam ödənilməsi ilə bağlı dəyişikliklərə ehtiyac var".

İqtisadçı bildirib ki, dövlət və özəl sektor arasında fərqli yanaşmalar mövcuddur.

"Dövlət sektorunda çalışan qadınların vəziyyəti daha rahatdır. Çünki onların ödənişlərini dövlət həyata keçirir. Özəl sektorda isə uzunmüddətli və tam ödənişli analıq məzuniyyəti işəgötürən üçün ciddi maliyyə yükü yarada bilər".

N.Cəfərlinin fikrincə, bu səbəbdən dövlət özəl sektora dəstək mexanizmləri formalaşdırmalıdır.

"Əgər özəl sektorda çalışan analar üçün əlavə güzəştlər tətbiq ediləcəksə, dövlət vergi güzəştləri və ya maliyyə dəstəyi proqramları təqdim etməlidir. Əks halda bəzi işəgötürənlər qadın işçiləri işdən uzaqlaşdırmağa üstünlük verə bilərlər".

İqtisadçı hesab edir ki, qanunvericilikdə ediləcək dəyişikliklər həm doğum göstəricilərinin yüksəlməsinə, həm də işəgötürənlərin maraqlarının qorunmasına xidmət etməlidir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 İyul 2026 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri